şənbə günü, 07 noyabr 2026
     

Paşinyanın avantürist Qarabağ bəyanatlarının daxilə hesablandığını ruslar da görməyə başlayır

Image


Ermənistan rəsmilərinin, o cümlədən baş nazir Nikol Paşinyanın verdiyi açıqlamalar, bunlara paralel olaraq cəbhədə düşmənin artan təxribatları Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti daha gərgin mərhələyə daxil edir. Belə görünür ki, düşmənə yeni aprel döyüşləri dərsi verilməsə, İrəvan məsələnin dinc müstəvidə həlli istiqamətində müvafiq addımlar atmayacaq.

Əslində, hərb müstəvisində ordumuz Paşinyana da müvafiq dərs verib. Elə Paşinyanın hakimiyyəti dövründə ordumuzun Naxçıvan və Qazax istiqamətində irəliləməsi bunun ən real təsdiqidir. Amma İrəvanın təxribatları ordunun yenidən dövriyyəyə girməsini də qaçılmaz edir. Buna məhz Ermənistanın özü şərait yaradır. Xüsusən də düşmənin artan cəbhə təxribatlarına indi ordunun daha sərt reaksiya verməsi labüd sayılır. Digər tərəfdən, Ermənistan rəhbərlyinin fəaliyyəti onu göstərir ki, düşmən Qarabağ məsələsində danışıqlar prosesini müxtəlif cəhdlərlə dalana salmaq və status-kvonu saxlamaq niyyətindən geri çəkilmir. Xatırladaq ki, Levon Ter-Petrosyandan tutmuş Ermənistanın bütün prezidentləri, baş nazirləri Qarabağ kartını öz hakimiyyətlərini gücləndirmək, cəmiyyətin fikrini yayındırmaq üçün istifadə ediblər. Görünən budur ki, Nikol Paşinyan da həmin siyasçətə sadiq qalır. Lakin Paşinyan sələfləri ilə müqayisədə daha avantürsit mövqe sərgiləyir.  Məsələn, o, hakimiyyətə gələndən sonra “Qarabağ danışıqlarda müstəqil tərəf olmalıdır” tezisini gündəmə gətirdi və danışıqlar prosesinə “yeni don” geyindirmək istədi. Paşinyan anlayırdı ki, Azərbaycan bu tezisi rədd edəcək və məhz rəsmi Bakını danışıqları pozan tərəf kimi göstərmək üçün belə fikri ortaya atmışdı. Bu oyun liderlərin martın 29-da keçirilən Vyana görüşündə alt-üst edildi və İrəvan substantiv danışıqlar aparmağa məcbur edildi. Paşinyanın avqustun 5-də işğal altındakı Xankəndidə “Miatsum” bəyanatı danışıqlar prosesinin pozulması cəhdlərinin məntiqi davamı idi. “Qarabağ Ermənistandır, vəssalam”, deyən Paşinyan bununla işğalçı olduqlarını rəsmən etiraf etdi. Doğrudur, xarici işlər naziri Zoqrab Mnatsakanyan “baş nazir mənəvi birləşmədən danışır” deməklə bu etirafa yön verməyə çalışdı, lakin işğalçı ölkə birinci şəxsinin dilindən öz simasını artıq etiraf etmişdi. Belə ki, “Qarabağ Ermənistandır” deməklə Paşinyan özü də bilmədən etiraf etmiş oldu ki, münaqişənin subyektləri yalnız Ermənistan və Azərbaycandır. Bununla dünya bir daha gördü ki, Ermənistan Azərbaycan ərazilərinin anneksiyasını həyata keçirməyə çalışır. 

Digər tərəfdən o da faktdır ki, Paşinyan təxribatçı mövqe sərgiləməklə ermənilərin diqqətini dərin sosial-iqtisadi və siyasi xarakterli problemlərdən yayındırmaq istəyir. Verdiyi vədlərin heç birini yerinə yetirə bilməyən Paşinyanın elektoral bazası sürətlə zəifləməkdədir. Çünki
Paşinyanın hakimiyyətə gəldiyi 1,5 il ərzində Ermənistanda yoxsulluğun səviyyəsi 50 faizə qədər qalxıb. Sosial-iqtisadi problemlər dərinləşir, inqilabdan sonra maaşların artırılması gözlənilsə də, hökumət iş yerlərinin ixtisarına başlayıb. Sosial problemlərə,  işsizliyə görə keçirilən etiraz aksiyaları polis dəyənəkləri ilə dağıdılır, əhali sürətlə ölkəni tərk edir. “Qraparak” qəzeti vəziyyətin getdikcə ağırlaşdığını, bunların Paşinyan iqtidarı üçün ciddi təhdidlər yaratdığını yazır: “Hətta iş o yerə çatıb ki, Ermənistanın iqtisadiyyat naziri erməni diplomatlarla son görüşdə də ölkə iqtisadiyyatının ağır vəziyyətindən danışıb. İqtisadi vəziyyətdən danışan nazir kədərlənərək diplomatları xaricdən sərmayə axtarmağa çağırıb.  Erməni nazir bildirib: “Biz bu gün adambaşına düşən gəlirə görə aparıcı ölkələrdən təxminən 15 dəfə aşağı səviyyədəyik. Məhsuldarlığımız Avropanın hər hansı bir ölkəsinə nisbətən səkkiz dəfə aşağıdır. Avrasiya İqtisadi ölkələrindən isə ən azı iki dəfə. Demək olar ki, bütün sahələrdə iqtisadiyyat oxşar vəziyyətdədir”. Amma bəla bundadır ki, Ermənistana heç kim sərmayə yatırmaq isətmir. Bu prosesdə ölkəyə inamın yoxluğu, Qarabağ münaqişəsinin davam etməsi ciddi rol oynayır”.  Bu və digər məsələlər artıq Paşinyan üçün ciddi çətinliklərə çevrilib. Bu fonda o, Qarabağ məsələsində sərsəm mövqe sərgiləməklə diqqəti fərqli istiqamətə yönəltməyə çalışır. Bunu Rusiyanın hərbi eksperti İqor Korotçenko da təsdiq edir:  “Bu fonda da bəllidir ik, Nikol Paşinyanın Qarabağla bağlı son bəyanatları siyasi avantürizmdir. Bu bəyanatlar ictimaiyyətin diqqətini Paşinyan hakimiyyətinin buraxdığı səhvlərdən yayındırmaq məqsədi daşıyır”. Onun sözlərinə görə, Paşinyanın Qarabağla bağlı son bəyanatları onun müvəqqəti məntiqlə hərəkət etdiyini göstərir: “Onun ölkə ictimaiyyəti qarşısında əsas məsuliyyəti iqtisadi rifahı yüksəltməkdir. Paşinyan ölkə iqtisadiyyatını inkişaf etdirməli, maaşları artırmalı, əhalinin yaşayış səviyyəsini yüksəltməli idi. Lakin indiyə kimi o bunu edə bilməyib. Buna görə də ictimaiyyətin diqqətini özünün buraxdığı səhvlərdən yayındırmaq üçün Qarabağ münaqişəsi ilə bağlı hərbi ritorikadan istifadə edir, müharibə şüarları səsləndirir. Paşinyan gözəl başa düşür ki, onu hakimiyyətə gətirən küçə kütləsi eynilə onun hakimiyyətini yıxa da bilər. Onun məntiqi müvəqqəti məntiqdir. Bu cür bəyanatlar verərək vəziyyəti gərginləşdirmək istəyir. Paşinyanın bəyanatları populizmdən başqa bir şey deyil. Fikrimcə, 6 aydan, maksimum 1 ildən sonra onun bu cür populist bəyanatları daha Ermənistan ictimaiyyətinə təsir edə bilməyəcək. Ermənistan cəmiyyəti çörək istəyir, güllə yox. Paşinyan bu cəmiyyətə istədiyi çörəyi verməsə, bu onun sonu olacaq”.

Korotçenko Ermənistan siyasi rəhbərliyinin Qarabağla bağlı məsuliyyətsiz bəyanatlarının uzun illərdir aparılan danışıqlar prosesinə də böyük ziyan vurduğunu söyləyib: “Bu, uzaqgörən siyasət deyil. Çünki diplomatik yolla aparılan danışıqları pozur. Gec-tez Ermənistan Azərbaycan torpaqlarından qoşunlarını çıxarmalı olacaq. Heç olmasa, ilkin olaraq ətraf 7 rayonu boşaltmalıdırlar. Doğma yurdlarından, evlərindən qovulan azərbaycanlı əhali Dağlıq Qarabağa qayıtmalıdır. Dağlıq Qarabağın mübahisəsiz Azərbaycanın ərazisi hüdudlarında olması şərtilə bu regiona xüsusi status verilməsi mümkündür. Bütün bunlardan sonra Azərbaycan Dağlıq Qarabağa investisiya yatıra bilər. Əminəm ki, Azərbaycanın tərkibində olan Dağlıq Qarabağda yaşayacaq ermənilər Ermənistanda yaşayan ermənilərdən daha yaxşı həyat səviyyəsinə malik olarlar. Fikrimcə, Paşinyan bunu yaxşı başa düşür. Ona görə də, onun səsləndirdiyi bəyanatları siyasi populizm deyil, daha çox siyasi avantürizm adlandırardım”. Ekspert vurğulayır ki, belə vəziyyətdə Paşinyanın açıqlamalarına ATƏT-in Minsk Qrupunun sərt reaksiya sərgiləməsi lazımdır: “Anlaşılandır ki, həmsədrlər bu cür bəyanatları rədd edirlər”.

Digər ekspertlər də hesab edir ki, artıq söz beynəlxalq ictimaiyyətin, xüsusilə Minsk Qrupunundur. Yəni həmsədrlər işğalçı ölkədən sülh danışıqlarını pozmağın hesabatını tələb etməlidir. Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə məcbur etməli və anneksiya siyasəti yürütdüyünə görə işğalçı ölkəyə sanksiyaların tətbiqini nəzərdən keçirməlidir. Əks halda Azərbaycan hərbi əməliyyatlara start vermək məcburiyyətində qalacaq ki, bunun da məsuliyyəti, yuxarıda qeyd edilənlərdən aydın göründüyü kimi, Ermənistanın üzərinə düşəcək.

Rusiyalı ekspert Oleq Kuznetsov da məsələyə bu prizmadan yanaşaraq bildirir ki, Ermənistan Azərbaycanın hərbi gücünü mütləq mənada nəzərə almalıdır: “Azərbaycan ötən illər ərzində hərbi cəhətdən əhəmiyyətli üstünlüklər əldə edib. Məhz bu durumda Ermənistan rəsmiləri Qarabağ məsələsində veridikləri bəyanatlarda çox ehtiyatlı olmalıdır. Digər tərəfdən, Paşinyanın bəyanatları Azərbaycanın münaqişəni güc yolu ilə həll etmək üçün arqumentlərini və əsaslarını daha da gücləndirəcək. Belə ki, bu bəyanatlar çox açıq şəkildə danışıqlar prosesinin məhz kim tərəfindən sabotaj edildiyini və kimin konstruktiv mövqedə olduğunu göstərir”.

Hələlik isə hesab olunur ki, bu gedişlə ordunun yenidən işə qarışması qaçılmaz olacaq. Ölkəmizin iqtisadi qüdrəti və malik olduğu potensial isə ordunun qarşısında qoyulan vəzifəni qısa müddətdə həll edəcəyini tam qətiyyətlə deməyə əsas verir. Burada düşmənə o da yaxşı məlumdur ki, Azərbaycan ordusu bu gün ən müasir standartlara cavab verən texnika ilə təmin edilməkdədir. Silahlı Qüvvələrimizin peşəkar şəxsi heyəti müasir silah və texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən müasir yaylım atəşli reaktiv sistemləri ilə komplektləşdirilib. Bu isə yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərini böyük bir ərazidə məhv etməyə imkan verir. Bundan başqa, hərbi birləşmələrin zirehli texnikası üzərində modernləşdirmə işlərinin başa çatdırılması nəticəsində ordumuz maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini, hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv etmək imkanı əldə edib. Ümumiyyətlə, artıq heç kimə sirr deyil ki, Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir. Azərbaycan öz ordusunu durmadan gücləndirdiyi halda, Ermənistanda bu proses tamamilə əks istiqamətdə cərəyan edir. Məhz bu da mümkün döyüş əməliyyatlarının nəticələri əvvəldən müəyyən etməyə əsas verir. Hesab edilir ki, Ermənistan tərəfi təxribatçı bəyanatlarını davam etdirsə, həmçinin cəbhədə atəşkəs rejimi ilə bağlı razılaşmaları yenə pozsa, Azərbaycan mütləq şəkildə güc variantına əl atacaq. Bu şəraitdə isə Ermənistanın xilası mümkünsüz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ