Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirmək istəsə, ritorikasını dəyişdirməlidir. Bunu “Trend”ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Nikol Paşinyanın son təxribatçı açıqlamalarını şərh edərkən deyib.
M.Brayza bildirib: "Düşünürəm ki, Paşinyana qarşı Ermənistandakı siyasi qüvvələr çox güclüdür. Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü. Həssas çıxışlar etdi. Geriyə addım atmalı, ritorikanı, bu ifadələri dəyişdirməli, danışıqları davam etdirmək istədiyi təqdirdə danışmalıdır".