şənbə günü, 07 noyabr 2026
     

Fuad Abbasov “Qarabağlılara ev kirayə vermirik” mesajını niyə ictimailəşdirdi… - MÜSAHİBƏ

Image


Fuad Abbasov: “Bəlkə də demək istəyirlər ki, qarabağlı ev istəyirsə, getsin torpağını alsın”
“Onsuz da bizim cəmiyyətdə yerlibazlıq, qohumbazlıq var”

 

Jurnalist Fuad Abbasov kirayə ev axtararkən “xoşagəlməz”  halla rastlaşması ilə bağlı bir təbliğat kampaniyasına start verib. 

Bu barədə jurnalist öz  şəxsi “Instagram” hesabında paylaşım edib. Evi icarəyə verən maklerlə  söhbətinin səs yazısını paylaşan jurnalist gözlənilməz cavabla qarşılaşdığını bildirir. "Biz qarabağlıya kirayə ev vermirik" deyən makler Fuadı xeyli təəccübləndirib. Jurnalist həmin danışığın səs yazısını da paylaşıb. Əslində belə bir addımın məhz tanınmış jurnalist tərəfindən atılması xeyli sual doğurur. Çünki biz çox nadir hallarda görmüşük ki, maklerlər evi kirayəyə verəndə kiminsə regional mənsubiyyəti ilə maraqlanır. Onların maraqlandıqları əsas məsələ evi götürəcək şəxsin ailəli və ya subay olması, əgər tələbələrdirsə, evdə qızların və ya oğlanların qalacağı ilə bağlı olur. Yəqin Fuad kimi jurnalist yaxşı bilir ki, onun apardığı bu təbliğat çox həssas olan regionlararası  münasibətlərin gərginləşməsinə yönəlmiş ola bilər. Təsadüfi deyil ki, mövzu ilə bağlı aparılan ictimai müzakirələrdə qeyd edilir ki, Fuad bu hadisəni qəsdən quraşdırıb. Bir anlıq götürək ki, hansısa makler Fuada belə bir sözü həqiqətən deyib. Daima  sinəsinə döyüb Azərbaycan fədaisi olduğunu deyən jurnalistə yaraşarmı ki, belə lazımsız təbliğatı ilə ölkədə regionlararası münasibəti qızışdıran bir fəaliyyət ortaya qoysun? Bütün bu suallara aydınlıq gətirmək üçün jurnalist Fuad Abbasovun özü ilə əlaqə saxladıq. Onunla olan söhbətimizi təqdim edirik.

- Kirayə ev axtaranda xoşagəlməz halla rastlaşmağınızla bağlı paylaşım edib, səs yazısı yayıbsınız. Hansı əmlak bürosu ilə danışıbsınız?

- Bəli, belə hal olub. Ancaq hansı büro ilə danışdığımı bilməmişəm.

- Sizə doğrudanmı kirayə ev lazımdı, yoxsa mövzu ilə bağlı jurnalist araşdırması aparırdınız?

- Düzünü deyim ki, kirayə evlə bağlı problemim də yoxdu. Yəni elə bir halda deyiləm ki, kimsə mənə evini kirayə verməsin. Sadəcə olaraq, bu işlə məşğul olanların “qarabağlılara ev vermirik” ifadəsini ictimailəşdirməyə qərar verdim ki, onlar ayılsınlar. Bilsinlər ki, indi 25 il əvvəlki vəziyyət deyil. Yəni Qarabağdan gələn qaçqın girdiyi evdən çıxmasın. Mən ev sahiblərini də başa düşürəm ki, onların fikirində qarabağlılar belə qalıb. Əgər bir adam min manat verib iki aylıq ev kirayələmək istəyirsə, ona evə girib çıxmamaq lazım ola bilməz. Təəssüf ki, “qarabağlı girdiyi evdən çıxmaya bilər” kimi stereotip hələ də yox olmayıb. Qoy bilsinlər ki, qaçqınların böyük hissəsi yerləşib. Dövlət onlara yaxşı və ya pis də olsa ev verib. Belə fikirdə qalmaq yaxşı deyil.

- Yəni hesab edirsiniz ki, sizə evin verilməməsində hallandırılan regional səbəb siyasi deyil,  başqa amillə bağlıdır?

- Böyük  bir ehtimalla, burda mənəvi, siyasidən çox iqtisadi səbəb var. Ola bilsin ki, hansısa ev sahibi və ya makler belə halla rastlaşıb. Onun əlində bir mənəvi, etik səbəbi də var. Mən burda başqa bir yanaşma da görürəm. Bəlkə də demək istəyirlər ki, qarabağlı ev istəyirsə, getsin torpağını alsın.

- Biz kirayə bazarında ev axtaranlara başqa sualların verildiyini bilirik. Nədənsə, kimin haralı olması ilə bağlı ona kirəyə ev verilməməsi ilə illk dəfədir rastlaşırıq. Bəlkə burda hansısa piar məqsədiniz var?

- Mənim özüm də bunu çox qəribə qarşıladım. Çünki adətən biz Moskvada gördük ki, “qarabalalara ev vermirəm” ifadəsi çox işlənir. Yəni daha çox bizi nəzərdə tutub bunu deyirdilər. İndi də Bakıda görürük ki, burda da qarabalaları qarabağlılarla əvəz edib, onlara ev vermirlər.

- Siz kifayət qədər təcrübəli jurnalistsiniz. Yəqin bilirsiniz ki, bu cür təbliğatınızla ölkəmizidəki təhlükəsizlik mühitinə xeyirdən çox ziyan vermiş olursunuz. Ola bilməzdi ki, regional münasibətlərin qızışdırılması komponentləri olan paylaşımı etməyəsiniz?

- Əlbəttə ki, etməmək olardı. Sizinlə razıyam. Onda vəziyyət olduğu kimi də davam edəcəkdi. Maklerlər, ev sahibləri “qarabağlılara ev vermirik”  kəlməsini işlətməkdə davam edəcəkdilər. Bunu mən ictimailəşdirəndən sonra, ən azından  belə tendensiya azalacaq. Hamı sussa da olmur axı. Kimsə bunu deməlidir, ya yox? Önsuz da bizim cəmiyyətdə yerlibazlıq, qohumbazlıq var. Biz jurnalistlər belə halları mütləq yazmalıyıq.

- Bu mövzu ətrafında gedən polemikalardan görürük ki, hətta bu səhnənin sizin tərəfinizdən məqsədli təşkil edildiyi qənaətində olanlar da var. Buna münasibətiniz necədir?

- Mənim paylaşımımda həmin elanı verən maklerin adı və telefonu qeyd edilib. Kim inanmırsa, zəng vurub maraqlana bilər. Hətta maklerin özü yazıb ki, onluq olan məsələ deyil, tələbi ev sahibi qoyub.

- Sizin paylaşımınızdakı maklerin danışdığı ləhcə də  maraqlı gəldi bizə. Oxşar naxçıvanlı ləhçəsində danışırdı. Bəlkə elə bu amili əsas götürüb məsələni ictimailəşdiribsiniz ki, rezonans böyük olsun…

- Mənim üçün maklerin hansı ləhçədə danışması elə də böyük rol oynamır. Çünki makler əmrə bağlı adamdır. Ona nə deyiblərsə, həmin tələbi irəli sürür.

- Axı bu həm də bir regionun güya digər regionun insanlarına antipatiya bəslədiyi qənaətini də hasil edə bilər. Elə deyilmi?

- Məgər indiyə qədər bu istiqamətdə münasibətlər gərgin olmayıb?

- Şəxsən biz bunu müşahidə etmirik…

- Bilirsiniz, biz jurnalist kimi məhz belə problemləri gündəmə gətirməliyik ki, insanlara ayrıseçkilyə yönəlik amillərə son qoyulsun. Azərbaycanda hələ xanlıqlar dönəmindən kimin haralı olmasına böyük önəm verilib. Mən bu problemi dilə gətirməklə çoxlarının deyə bilmədiyi mövzuya toxunmuşam.

Görəsən Fuad bəy Moskvada qarabağlılara öz dediyi kimi pis münasibət olduğunu görəndən sonra niyə Bakıda da qarabağlılara pis münasibət olduğunu gündəmə gətirmək və araşdırmaqda maraqlı olub?

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ