Sentyabrın 2-dən ölkəmizdə keçiriləcək “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.
Müdafiə Nazirliyindən “Trend”ə bildirilib ki, sentyabrın 6-dək davam edəcək təlim Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək.
Təlimə hazırlıq dövründə qonaqlar üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.
“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyətinin ölkəmizə gəlişi ilə bağlı
Müdafiə Nazirliyindən o da bildirilib ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Təlimlər sentyabrın 2-dən 16-dək keçiriləcək.