şənbə günü, 07 noyabr 2026
     

Yeni Qarabağ savaşı Ermənistanın gözlədiyindən də tez başlaya bilər…

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyi artıran ritorikasını davam etdirməsi konfliktin hərbi həll ehtimalını getdikcə artırır. Xüsusən də Paşinyanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmaq cəhdi onun konflikti sülh yolu ilə çözmək ümidləri qarşısına çəkdiyi növbəti böyük əngəl sayılır. Belə mövqe sərgiləməklə Paşinyan həm də beynəlxalq hüququn prinsiplərini pozmaqla müharibə ehtimalını daha da artırır.

Digər tərəfdən o da birmənalı həqiqətdir ki, Paşinyan bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırışla beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə məhəl qoymadığını, vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirdiyini də bir daha sübut edib. Bu mənada hesab edilir ki, Minsk Qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin bu addımlarını qiymətləndirməli və adekvat cavab verməlidir. Əks təqdirdə yeni Qarabağ savaşı Ermənistanın gözlədiyindən də tez başlaya bilər. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Paşinyanın son sərsəmləməsinə münasibəti də təsdiq edir: "Ermənistanın bu və ya digər rəhbərinin mövqeyindən asılı olmayaraq, Azərbaycan özünün beynəlxalq tanınmış və əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa edəcək, çünki ədalət və hüquq Azərbaycan tərəfindədir. Bu vaxt gəlib çatacaq və bölgədə vəziyyətin inkişafı nəzərə alınarsa, bu vaxt hər an yetişə bilər". Bu açıqlamadan da aydın görünür ki, münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Bakı çox açıq şəkildə bəyan edir ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Xatırladaq ki, bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Həmin beynəlxalq hüquq çox aydın təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi, ayrılmaz hissəsidir. Bu səbəbdən Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qorunması, bərpa edilməsi, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtması üçün bütün mümkün vasitələrdən istifadə etmək hüququna da malikdir. Əslində, Bakı buna tam hazır olduğuun açıq şəkildə bəyan edir. Amma görünür ki, Ermənistanın indiki rəhbərliyi bunlardan lazımi nəticə çıxarmağa çətinlik çəkir. Məhz bundan irəli gəlir ki, Ermənistanın baş naziri, eləcə də xarici işlər nazirinin Qarabağla bağlı kəskin çıxışlar etmələri rəsmi Bakı qarşısında, demək olar ki, müharibədən başqa seçim qoymur. Bu gedişlə hərbi əməliyyatların başlama ehtimalı olduqca yüksəkdir. Hadisələr faktiki olaraq bu istiqamətə gedir.

Özü də Ermənistan burada nəzərə almalıdır ki, savaş başladığı halda regionda geosiyasi vəziyyət də onun lehinə olmayacaq. Ekspertlər diqqəti ona yönəldir ki, İranla ABŞ arasındakı olduqca soyuq münasibətlər və Rusiyanın daxilində gedən proseslər hərbi əməliyyatlar məsələsini Azərbaycan üçün əlverişli edir. Rəsmi Tehran, ölkəsinin İsrail və ABŞ-la pis münasibətləri fonunda hərbi əməliyyatlar başlayarsa, ən azından tərəfsiz qalacaq. ABŞ və İsrail isə Azərbaycanın yanında yer alacaq. O ki qaldı şimal qonşumuza, Kreml də daha çox Bakıya meyllənir. Bunu erməni şərhçi Akop Badalyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya son səfəri və bu zaman yaşananlar fonunda daha aydın müşahidə etdiklərini bildirir. Badalyan hesab edir ki, Ərdoğanla Putinin yaxınlaşması yeni hədəfləri müəyyənləşdirir: “Sual yaranır, növbəti hədəfdə kim olacaq? Hələlik, Rusiya və Türkiyə hərbi sənayedə aktiv əməkdaşlıq edir və 2023-cü ildə kosmik layihənin həyata keçirilməsi planlaşdırır. Lakin bu proseslər Ermənistanın hədəf taxtasına çıxarılacağı təhlükəsini artırır, xüsusilə proseslərdə Rusiya baş nazirinin müavini, “Roskosmos”un rəhbəri Dmitri Roqozin amili diqqət çəkir. “Roskosmos”un rəhbəri bu günlərdə Ermənistanın Müdafiə Nazirliyini məhkəməyə verdi. Əsas budur ki, Ermənistan Müdafiə Nazirliyi Rusiyanın ORSİS silah şirkətinin silah çatdırılması ilə bağlı tenderdə əldə etdiyi qələbəni ləğv edib. ORSİS-in açıqlamasında bildirilir ki, şirkət tenderin şərtlərini yerinə yetirib, lakin sonra əsas gətirilmədən ləğv ediblər. Ermənistanın İstintaq Komitəsi Rusiya şirkətinin müraciətinə əsasən araşdırmalara başlayıb, lakin Müdafiə Nazirliyi hələlik heç bir şərh vermir. Məlumatlar var ki, ORSİS şirkəti Roqozinindir. Bu şəxs “aprel müharibəsi” dövründə Azərbaycana silah satışı haqqında intensiv danışıqlar aparır, Ermənistanı narazılığını dilə gətirdiyi üçün hədələyirdi. Görünür, Roqozin Azərbaycan və Türkiyənin maraqlarını müdafiə edir, Ermənistana qarşı sərt mövqe sərgiləyir. Maraqlıdır ki, Roqozinin Türkiyəyə silahlarla bağlı yeni təklifi bu kontekstdə təsadüfi sayılmır. Görünür, Rusiya-Türkiyə-Azərbaycan oxunda Ermənistana qarşı təhlükəli gələcək hazırlanır”. Bu arada, Ermənistanla Rusiya arasında növbəti qalmaqal mənbəyi sayılan ORSİS şirkətinin nümayəndəsinin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi mayda ilk dəfə olaraq bir neçə milyon dollarlıq hərbi texnikanın çatdırılmasına dair tender elan edib. Tələblərə yalnız Rusiya şirkəti cavab verib, lakin tender naməlum səbəblərdən bağlı elan olunub.
Şirkətdən bildirilib ki, cinayət işi xidmətə səhlənkar yanaşma haqqında maddəyə əsasən açılıb. Məlumat istintaq orqanları tərəfindən təsdiqlənib və iş tamamlandıqda əlavə informasiya veriləcəyi bildirilir. Qeyd olunduğu kimi, ORSIS şirkəti apelyasiya komissiyasına və Ermənistanda onun maraqlarını müdafiə edən vəkilə müraciət edərək, məhkəmə iddiası qaldırıb. Hadisə ilə bağlı Ermənistanın Rusiyadakı səfirliyinin hərbi attaşesi məlumatlandırılıb. Ermənistan Müdafiə Nazirliyi cinayət işinin açılması haqqında məlumatları təsdiq edib.  
ORSIS şirkəti “PromTechonology” qrupunun bir hissəsini təşkil edir. Bu şirkət bir neçə ildir ki, İrəvanı silah, hərbi sursat və optika ilə təmin edir. Erməni mediası yazır ki, şirkətin Ermənistana qarşı mənfi rəyləri ilə seçilən Dmitri Roqozinlə əlaqəsi var. Belə ki,ORSIS şirkətinin direktoru vəzifəsində, yaxın keçmişdə Dmitri Roqozinin oğlu Aleksey Roqozin işləyib. Akop Badalyan qeyd edir ki, Dmitri Roqozin Kremlin ağırçəkili fiqurlarındandır və ona bağlı şirkətə qarşı Ermənistanda atılan addımlar İrəvan üçün yaxşı heç nə vəd etmir: “Dmitri Roqozinin gedişləri sayəsində Rusiyanın Azərbaycana daha yeni silahlar satması, yəqin ki, qaçılmaz olacaq. Eyni zamanda o, Qarabağ məsələsində Bakını bundan sonra daha aktiv müdafiə edəcək. Deməli, regionda vəziyyət daha sürətlə bizim əleyhimizə işləyir. Bakı bunlardan istifadə edib savaşa başlaya bilər. Azərbaycan tərəfinin rəsmi bəyanatlarında müharibə ehtimalının daha çox qabardılmasının arxasında duran səbəblərdən biri elə bununla bağlıdır. Təəssüf ki, Ermənistan rəsmilərinin mövqe və açıqlamaları da Bakı üçün əlavə imkanlar açır”.

Ermənistanın “Past” qəzeti də yazır ki, Nikol Paşinyanın Qarabağ məsələsində verdiyi açıqlamalar vəziyyəti gərginləşdirir, savaş ehtimalını artırır. Qəzet yazır ki, hətta baş verənlərə Paşinyanın müəllimi sayılan sabiq prezident Levon Ter-Petrosyan və onun rəhbəri olduğu Ermənistan Milli Konqresinin təmsilçiləri də narazılıqla yanaşır. Nəşr xatırladır ki, “Ter-Petrosyan cəbhəsi” hesab olunan və Nikol Paşinyanla əməkdaşlıq edən blok avqust ayının 5-də Paşinyanın işğal altında olan Xankəndidəki təxribatçı çıxışına da kifayət qədər üsyankar şəkildə münasibət bəsləyib: “Ermənistan Milli Konqresinin təmsilçilərinin sosial şəbəkələrdəki tənqidləri və şərhləri məhz bununla əlaqədar olub. Yayılan məlumatlara əsasən, Ter-Petrosyan və Paşinyan arasında mövcud olan razılaşmalar pozulub. Xüsusilə Qarabağ məsələsində, daha dəqiq desək, münaqişənin həlli prosesi ilə bağlı tərəflər arasında fikir ayrılığı yaranıb”. “Past” qeyd edib ki, Paşinyan öz çıxışında kürsüdən “Qarabağ Ermənistandır, vəssalam” deyə təxribatçı bəyanatı səsləndirdikdə, bu, müəyyən qrupların xoşuna gəlməyib: “Paşinyan bu ifadəni öncədən palnalaşdırlmadan səsləndirilib. Bu ifadə yaranmış vəziyyətdən irəli gələrək səsləndirilən bəyanat olub. Hökumət yanındakı mənbələrdən əldə olunan məlumata görə, Paşinyan hamı üçün gözlənilməz şəkildə, son məqamda çıxışının müəyyən xüsusi hissələrini dəyişib. Bunun ardınca Paşinyanın Qarabağ məsələsində digər açıqlamaları vəziyyəti daha da gərginləşdirib, Azərbaycanın narazılıq dolu bəyanatlar səsləndirməsinə səbəb olub. Bakı beynəlxalq ictimaiyyətin, xüsusən də ATƏT-in Minsk Qrupunun məsələyə reksiya verməsini tələb edir, həmçinin savaşın başlanmasını istsina etmir. İndilikdə yaranan mənzərə isə onu göstərir ki, bütün bunlara səbəbkar da Nikol Paşinyandır”. Erməni nəşri vurğulayıb ki, mövcud vəziyyətdə savaşın başlanması heç də Ermənistan üçün sərfəli deyil və çoxsayıl faktorlar İrəvanın əlverişsiz mövqedə olduğunu göstərir. Amma görünən həm də budur ki, Ermənistanın sərsəm baş naziri bu reallıqları hələ də diqqətə almaqda acizlik nümayiş etdirir. Məhz bu səbəbdən Paşinyanın mövqeyi üzündən yaxın tezlikdə yeni Qarabağ savaşının başlanması qaçılmaz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ