şənbə günü, 07 noyabr 2026
     

S-400-lərdən sonra “Su-57 gedişi” Ankaranı Qafqazda da gücləndirəcək – erməni təcavüzünə yeni əks-qüvvə…

Image


Qardaş Türkiyə ilə bağlı baş verənlər bu ölkənin ABŞ-dan uzaqlaşaraq Rusiya ilə yeni hərbi ittifaqa doğru getdiyini aydın nümayiş etdirir. Özü də bütün bunlara səbəb ABŞ-ın Türkiyəyə qarşı həyata keçirdiyi siyasətdə yol verdiyi böyük yanlışlıqlar, Ankaranı təzyiq altında saxlamaq niyyətidir. S-400 zenit raket komplekslərinin alışı ilə bağlı yaranan vəziyyət isə ABŞ - Türkiyə münasibətlərində daha böyük soyuquq və ziddiyyət yaratdı. Amma ABŞ-ın bütün təzyiqlərinə baxmayaraq, Türkiyə geri çəkilmədi və artıq həmin raketlərin ikinci partiyasının alışına başlayıb. ABŞ isə yenə də əvvəlki mövqeyindən geri çəkilmir.

ABŞ müdafiə naziri Mark Esper bildirir ki, Türkiyənin F-35 proqramına yenidən daxil edilməsini düşünmələri üçün S-400-lərdən imtina etməsi lazımdır. O bildirib ki, Türkiyə ya S-400-ləri almalıdır, ya da F-35-ləri: “İkisi birdən olmaz. “Birini qarajda saxlayaq, digərindən istifadə edək!” - belə vəziyyətdən söhbət gedə bilməz”. Amma Ankara bir daha bəyan edib ki, S-400 məsələsi onun üçün qapanmış mövzudur. Bu vəziyyətdə ABŞ-ı çılğına döndərəcək növbəti addım isə Türkiyənin F-35 əvəzinə Rusiyadan Su-57 qırıcıları ala biləcəyidir. Əslində, hadisələrin inkişaf axarı elə bu istiqamətdə də gedir. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfər etməsi, eləcə də MAKS-2019 aviasalonunda nümayiş olunan Rusiyanın ən yeni Su-57 qırıcısına baxması, Putindən “Su-57-ləri almaq olar?” deyə soruşması və müsbət cavab alması Türkiyənin bu qırıcıları alacağı məsələsini gündəmə gətirib. Ərdoğan F-35-lə bağlı ziddiyyətlrin dərinləşməsi fonunda bildirib ki, Türkiyə öz addımlarını atacaq. Onun sözlərinə görə, F-35 qırıcılarını almaq alınmasa, rəsmi Ankara bundan narahat olmayacaq. Ərdoğan Türkiyənin Amerika qırıcıları əvəzinə Rusiyanın Su-35 və Su-57 qırıcılarını alması imkanı haqqında suala "Niyə də yox" cavabını verib. Qeyd edək ki, bundan əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin F-35-ləri ala bilməyəcəyi təqdirdə yeni alternativlər axtaracağını demişdi: “Döyüş təyyarəsinə ehtiyacımız var. F-35-ləri ala bilməsək, yeni alternativlər axtaracağıq”. Çavuşoğlu Rusiyanın bölgədə bir reallıq olduğunu, Rusiya ilə Türkiyənin yaxşı iqtisadi əlaqələrə malik olduğunu deyib. O, Türkiyənin ABŞ-dan hava hücumundan müdafiə sistemləri almağa çalışdığını, ancaq ala bilmədiyini xatırladıb: “Bu, təcili bir ehtiyac idi və S-400-ləri almaq məcburiyyətində qaldıq. Biz F-35 proqramında ortağıq. Bu günlərdə ABŞ bəzi problemlər çıxarır, amma biz hələ 9 ortağın olduğu proqramın bir parçasıyıq. Türkiyə F-35-lərin bəzi hissələrini istehsal edir. Biz F- 35 döyüş təyyarəsi almaq istəyirik və bunun üçün 1.4 milyard dollar ödədik. Döyüş təyyarələrinə ehtiyacımız var. F-35-lər almasaq, yeni alternativlər axtaracağıq”. Belə bir vaxtda yayılan digər məlumata görə, Moskva və Ankara artıq Türkiyəyə beşinci nəsil Su-57 təyyarələrinin tədarükü imkanlarını müzakirə etməyə başlayıb. Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev Su-57-lərin tədarükü ilə bağlı Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri ilə müzakirələr apardıqlarını bəyan edib. Şuqayev iki ölkənin Türkiyəyə, həmçinin, Su-35 təyyarələri və radioelektron mübarizə sistemlərinin tədarükü ilə bağlı söhbətlər apardığını da deyib. O əlavə edib ki, Türkiyənin yerli və milli istehsalı olan 5-ci nəsil TF-X hərbi təyyarənin istehsalına da dəstək ola bilərlər. Rusiyalı ekspert Andrey Frolov Ankaranın Rusiya təyyarələrinə olan marağı ilə bağlı qeyd edir ki, yaranmış durumda Türkiyə ABŞ-a o olmadan da yaşaya biləcəyini göstərdi. O bildirib ki, Türkiyənin maraq göstərdiyi təyyarələr Rusiyanın ixrac edə biləcəyi ən modern olanlarıdır: “Su-35 artıq davamlı olaraq istehsal və ixrac edilir, Su-57 gələcəklə bağlı bir layihədir. Çünki Rusiya Hərbi Hava Qüvvələri üçün belə davamlı şəkildə istehsal edilmir”. Frolov qeyd edib ki, Türkiyə inventarını yeniləmə məsələsində F-35-ə ümid edirdi, lakin bəlli səbəblərdən bu təyyarələri ala bilmədi: “İndi Türkiyə alternativ axtarır. Rusiya da belə alternativdir”.

Ekspertlər bildirir ki,  yaranmış vəziyyətdə Su-57 qırıcısının Türkiyəyə tədarükündən danışarkən ilk növbədə bu təyyarənin texniki xüsusiyyətlərini və ABŞ-ın F-35-ləri nə səbəbdən Türkiyəyə satmadığını nəzərə almaq lazımdır. Məsələ burasındadır ki, amerikalılar F-35 təyyarəsini Ankaraya satmamaqlarına əsas səbəb kimi bu qırıcıların S-400 kompleksləri ilə uyğunsuzluq təşkil etməsini göstəriblər. Onlar iddia edirlər ki, F-35 təyyarəsi ilə S-400 sisteminin Türkiyə tərəfindən birgə istifadəsi nəticəsində təyyarənin gizli saxlanan texniki göstəriciləri aşkara çıxa bilər. Su-57 isə, demək olar ki, amerikalıların F-35  təyyarəsinin alternatividir, yəni Rusiya istehsalı olan bu təyyarə amerikalı rəqibinin etdiyini edir və hətta iddialara görə, onun göstəriciləri ABŞ təyyarəsindən də üstündür.  Nəzərə alsaq ki, Türkiyə NATO ölkəsidir və Alyansın hava məkanı onun da ərazisinə düşür, ortaya belə bir sual çıxır: bəs Rusiya özünün ən yeni təyyarəsinin NATO-nun hava məkanında uçmasından narahat deyilmi? Amerikalıları narahat edən faktorlar Rusiyanı da narahat etmirmi? Təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov bildirir ki, bu məsələdə Rusiyanın narahat olması üçün səbəb yoxdur: "Hər bir halda Rusiya bir qədər başqa modifikasiyada olan təyyarələri ixraca göndərir. Bu, Rusiyaya ziyan gətirməyəcək, heç kəs avadanlığın sirlərini aça bilməyəcək. Bundan başqa, Rusiya hər hansı bir silahı ixrac etməzdən əvvəl özü onu maksimum səviyyədə silahlanmaya qəbul edir və mən hesab edirəm, Rusiya hətta bir sıra sistemləri təkmilləşdirəcək ki, heç bir nüans olmasın. Təbii ki, bu cür silahların tədarükü qarşılıqlı hörmətə və tərəflərin bu silahları bir-birinə qarşı istifadə etməməsinə dair razılaşmalar əsasında baş verir. Rusiya Federasiyası hər bir halda özünü sığortalayacaq. Hamı bunu başa düşür və mən təyyarələrin ixracında qorxulu heç nə görmürəm". Burada, həmçinin, Türkiyə və Rusiya arasında birgə hərbi texnika istehsalının perspektivlərini də vurğulamaq lazımdır. Mixaylov deyir ki, silahların digər ölkələrlə birgə istehsalı normal təcrübədir: "Bizim təyyarələrimiz Hindistanda da lisenziya əsasında istehsal olunur. Rusiya bununla açıqlığını nümayiş etdirir, göstərir ki, düşmən deyil. Ümumilikdə, istənilən silahın, ən qüdrətli və ən yeni texnologiyaların tədarükü ilk növbədə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur. Mütəxəssislərimiz türkiyəli hərbçilərə təlimlər keçəcəklər, bu, onilliklərlə davam edən əməkdaşlıqdır. Buna görə də ABŞ narahatdır, yəni Vaşinqton Türkiyəni öz dairəsindən itirdiyini görür. Türklərin S-400-ləri almasından müəyyən müddət sonra S-500-lərin də tədarükü baş tutacaq". Bunlar fonunda aydın görünür ki, Vaşinqton getdikcə Türkiyəni itirməkdədir. Moskva ilə yaxındaşan Ankaranın isə bu gedişlə Yaxın Şərqdə, Mərkəzi Asiyada, Qafqazda təsir dairəsinin artması gözlənilir. Çünki Rusiya Türkiyə ilə əməkdaşlığı bu istiqamətlərdə dədərinləşdirməyə hazırlaşır. Bu da Rusiya-Türkiyə yaxınlaşmasının mühüm geosiyasi tərəflərinin olduğunu da aydın nümayiş etdirir. Bütün bunların Qafqazda hansı dəyişikliklərə gətirib çıxaracağı da region ölkələrinin, o cümlədən Azərbaycanın xüsusi maraq dairəsindədir. Proseslər Ankaranın bölgədə güclənməsinin qaçılmaz olduğunu göstərir və Bakının da əsas istəklərindən biri məhz budur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ