şənbə günü, 07 noyabr 2026
     

Əli Əhmədov Paşinyan hakimiyyətini Azərbaycana nümunə çəkən radikallar barədə məqalə yazdı

Image


Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov özünün "Facebook" səhifəsində "Müxalifətin Ermənistan heyranlığı" adlı məqalə yazıb.

“Trend” həmin məqaləni təqdim edir.

"Son günlərdə mühacir müxalifətin anti-Azərbaycan təbliğatında yeni bir meyl özünü aydın şəkildə göstərməyə başlayıb. Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb. Sözügedən müxalifətin siyasi təbliğatında və davranışında erməni faktorundan faydalanmaq, Azərbaycana qarşı birgə mübarizə aparmaq taktikası yeni deyil. Təxminən 15 il bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənclər şöbəsinin sədri və Əli Kərimlinin ən yaxın çevrəsinə daxil olan Ruslan Bəşirlinin Azərbaycan hakimiyyətinə qarşı birgə fəaliyyət göstərmək məqsədilə Tiflisdə ermənilərlə danışıqlar aparması, maliyyə yardımı istəməsi barədə söhbətləri yəqin ki, çoxlarınin yadındadır. O zaman bu iyrənc plan ifşa edildi, AXCP-nin əsl anti-Azərbaycan mahiyyəti üzə çıxdı. İndi onlar anti-Azərbaycan kampaniyasında erməni faktorundan yenidən gen-bol istifadə etməyə başlayıblar. Xüsusilə də mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi, ən bayağı formada Azərbaycana nümunə göstərməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir. Hətta onlar Ermənistanın “demokratik”, “tərəqqidə olan”, “Azərbaycandan daha üstün” ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər. Belə yalanlardan biri bundan ibarətdir ki, güya Ermənistan parlamentində müxalifətə 30 faizlik kvota verilib, Azərbaycanda isə bu təcrübə yoxdur. Beləliklə, onların yalanları sayəsində Ermənistanın güya daha demokratik imici “yaradılır”. Əvvəla, onlar ya başa düşmür, ya da başa düşmək istəmirlər ki, parlamentdə müxalifətə və ya digər siyasi partiyalara kvota verilməsi demokratiya anlayışı ilə qətiyyən bir araya sığmır. Çünki bu halda deputatların seçilməsindən deyil, kvotaya uyğun olaraq təyin olunmasından söhbət gedə bilər. İkincisi isə, mühacir müxalifətin Ermənistanı daha “demokratik” ölkə qismində göstərmək üçün bəh-bəhlə təriflədiyi “kvota” məsələsi tamamilə ağ yalan, uydurmadır. Ermənistan konstitusiyasına əsasən parlamentdə kvota praktikası tətbiq olunmur. Ümumiyyətlə, heç bir demokratik dövlətdə belə praktika yoxdur.

Qeyd etmək istədiyim digər nümunə isə müxalifətə yuxarıda qeyd olunanlardan heç də az utanc gətirmir. Yenə də mühacir müxalifət internet TV-də Ermənistanın baş nazirinin daha “demokratik” obrazını yaratmaq məqsədilə Paşinyanın Dağlıq Qarabağa qeyri-qanuni səfəri zamanı keçmiş prezident Serj Sarkisyanın onu müşayiət etməsi milli birlik naminə atılan “möhtəşəm” jest kimi qiymətləndirilir. Lakin həmin jest sahibinin digər keçmiş prezident Koçaryanı həbsə atdırması barədə söhbət açılmır. Səbəbi isə çox sadədir: bu onların uydurduğu “demokratik, milli birliyi təmin olunmuş” Ermənistan obrazına, başqa sözlə desək, işğalçını tərifləmək taktikasına uyğun gəlmir.

Həmin TV kanallarında Ermənistanın “inkişaf edən, çiçəklənən” ölkə obrazında təqdim etmək naminə Əli Kərimlinin saxta rəqəmlər səsləndirməsini də deyilənlərə əlavə etsək, müxalifətin sözügedən qanadının əsl sifəti haqqında təsəvvürlər daha dolğun olar. Ancaq bizi narahat edən müxalifətin nə sifəti, nə də rəngidir. Narahatçılığımız mühacir müxalifətin öz çirkin təbliğatı ilə erməni dəyirmanına su tökməsindədir. Erməni tərəfi, heç şübhəsiz, həmişə olduğu kimi, Azərbaycan müxalifətinin Ermənistanı “demokratik”, Azərbaycanı isə “qeyri-demokratik” ölkə kimi qələmə vermək cəhdlərindən Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istiqamətində apardıqları təbliğatında faydalanmağa çalışacaq. Bizi narahat edən, bizdə müxalifətin həmin hərəkətinə qarşı ikrah hissi yaradan məhz budur. İmkan verilməməlidir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana heyranlığını gizlətməyən müxalifət və onun mühacir qanadı öz çirkin təbliğatı ilə ölkəmizin hörmət və nüfuzu üzərinə kölgə salsın, siyasi proseslərdə xarici qüvvələrin əlində təhlükəli alətə çevrilsin. Əminəm ki, Azərbaycan xalqı, milli ruhlu bütün siyasi qüvvələr xarici himayədarlar və pullar hesabına anti-Azərbaycan təbliğatı aparanlara, onların erməni heyranlığına vətəndaş həmrəyliyi, dövlət və dövlətçilik ətrafında daha sıx birləşməklə layiqli cavab verəcək".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ