Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbəri Dmitri Roqozin Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana kosmosa türk astronavt göndərməyi təklif edib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Roqozin “MAKS-2019” Beynəlxalq Aerokosmik Sərgisində Ərdoğan və Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Təklifi də Roqozin bu görüşdə səsləndirib. “Sizə ortaq bir təklifimiz var: Cümhuriyyətinizin yüzüncü ilini kosmosa türk astronavt göndərərək qeyd etmək. Kosmonavt Təhsil Mərkəzi buna hazırdır” – Roqozin deyib.
Ərdoğan da təklifi məmnuniyyətlə qarşılayıb: “Hörmətə işlərinizdə iştirak edəcəyik. İşlərinizə görə ölkəmiz adından təşəkkür edirəm”.