şənbə günü, 07 noyabr 2026
     

Rəsmi Bakı Tehranı İrəvandan imtina vəziyyətinə gətirdi...

Image


Qonşu İran ətrafında yaranan vəziyyət bu gün Cənubi Qafqazda da geosiyasi və geoiqtisadi duruma ciddi şəkildə təsir göstərməkdədir. Məsələ burasındadır ki, Qərb, əsas etibarı ilə də ABŞ sanksiyalarından ciddi əziyyət çəkən İran artıq bir çox ölkələrlə, o cümlədən Qafqaz dövlətləri ilə münasibətlərini yenidən nəzərdən keçirir. Hazırda görünən budur ki, İran üçün regionda ən əhəmiyyətli ölkə Azərbaycandır. Çünki məhz Azərbaycanla həyata keçirilən siyasi, iqtisadi layihələr İranın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda təkcə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini yada salmaq kifayətdir.

Digər tərəfdən, enerji sahəsində tərəflər sıx əməkdaşlıq edir. Perspektivdə hətta İran qazının bir hissəinin “Cənub Qaz Dəhlizi” vasitəsilə dünya bazralarına çıxarılması gözlənilir. Eyni zamanda, İran ixrac məhsullarını artırmaq  üçün “Şimal-Cənub” dəhlizinə xüsusi önəm verir. İranın dövlət dəmir yolu şirkətinin baş direktoru Səid Rəsuli bu dəhlizin ölkəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, burada Azərbaycanın rolunu kifayət qədər yüksək qiymətləndirdiklərini də etiraf edir. Onun sözlərinə görə, hazırda Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Gilan vilayətindən keçən hissəsində relslərin düzülməsi davam edir. O bildirib ki, sanksiyalara baxmayaraq, yolun inşası davam edir. Artıq 40 kilometr məsafədə relslər düzülüb. Rəsuli nəzərə çatdırıb ki, yolun tikintisində Azərbaycan tərəfi də iştirak edir: “Rəsmi Baki “Şimal-Cənub” dəhlizinin əsas tərkib hissəsi olan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun inşasına 500 milyon dollar vəsait ayırıb. Bundan başqa, Azərbaycan İranın Astara şəhərində dəmir yolu vağzalının və yük terminalının tikintisində də iştirak edir”. Rəsuli vurğulayır ki, İranla Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur: “Azərbaycan “Şimal-Cənub” dəhlizinin də tam olaraq formalaşmasında fəallıq göstərir. Məhz İranla Azərbaycanın dəmir yolu sahəsində əməkdaşlığı nəticəsində Asiya ilə Avropa dəmir yolu nəqliyyatı baxımından birləşəcək. Asiya ölkələri Avropaya, Avropa ölkələri isə Fars körfəzi sahillərinə və Cənub Şərqi Asiyaya çıxış əldə edəcək”.

Xatırladaq ki, “Şimal-Cənub” dəhlizi ilə Asiyadan Avropaya və əks istiqamətə yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə daşınacaq. Ötən ilin mart ayında yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. Qeyd edək ki, Azərbaycan üzərinə düşən öhdəliyi artıq yerinə yetirib. Azərbaycanın və İranın dəmir yollarını birləşdirəcək Astara (Azərbaycan)-Astara (İran) 8,7 kilometrlik dəmir yolu körpüsü inşa edilib və istismara verilib. Nəticədə bu gün Rusiya İrana malların ixracını məhz Astara dəmir yolu körpüsü vasitəsilə həyata keçirir. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən 511 kilometr dəmir yolu tam hazır vəziyyətdədir. “Şimal-Cənub” dəhlizi isə İran, Hindistan, Rusiya və Azərbaycanla yanaşı, Fars körfəzi və Orta Asiya dövlətlərinin, həmçinin Çinin də marağına səbəb olub. Qeyd edək ki, Çin də bu marşrutla maraqlanıb və iqtisadi-texniki əsaslandırmadan sonra investisiya yatıracağına qərar verəcək. Çinin yaxın gələcəkdə mallarını məhz sözügedən dəhlizin Qərb marşrutu ilə dünya bazarına çıxaracağı şübhə doğurmur ki, bunun da önəmli səbəbi var. Məsələ ondan ibarətdir ki, Çinin gəmiləri Malayziyanın Malay yarımadası ilə İndoneziyanın Sumatra adası arasındakı Malakka boğazından keçərək dünya okeanına çıxırlar. Hind okeanı ilə Sakit okeanı birləşdirən bu boğaz iqtisadi baxımdan Cənub-Şərqi Asiya ölkələri üçün olduqca əhəmiyyətlidir. Hər il Malakka boğazından bu regionun müxtəlif ölkələrinə məxsus 50 mindən çox gəmi keçir. Lakin burada məskunlaşmış dəniz quldurları gəmilərə hücum edərək onları qarət edir. 2006-cı ildən başlayaraq Malakka boğazından keçən gəmilərin qarət olunması halları çoxalıb. Dəniz quldurları gəmiləri qarət etməklə yanaşı, heyət üzvlərini də girov götürərək yüksək məbləğdə pul tələb edirlər. Onu da nəzərə çatdırmaq lazımdır ki, yay aylarında Sumatra adasında baş verən meşə yanğınları nəticəsində boğazın üzəri sıx dumana bürünür və 200 metr irəlini görmək olmur. Belə vəziyyət həm qəzalara səbəb olur, həm də dəniz quldurlarını təqib etməyə imkan vermir. Bu problem Çini ciddi düşündürür. Qazaxıstan-Türkmənistan-İran dəmir yolu xətti də istifadəyə verilib. Yolun Qazaxıstan-Türkmənistan hissəsi 2013-cü ildə, Türkmənistan-İran hissəsi isə 2014-cü ildə istismara buraxılıb. Orta Asiya respublikaları üçün “Şimal-Cənub” dəhlizinin  mahiyyəti ondadır ki, onlar Fars körfəzinə çıxış əldə edəcəklər. Belə vəziyyətdə İran üçün “Şimal-Cənub” dəhlizinin əhəmiyyəti daha da artır və Tehran iqtisadi problemlərindən əhəmiyyətli dərəcədə yaxa qurtarmaq üçün dəhlizin inşası istiqamətində azərbaycanla əməkdaşlığı intensivləşdirir. Bu vəziyyətdə regionda Azərbaycanın İran üçün əhəmiyyəti artır. Ekspertlər hesab edir ki, hadisələrin bu səpkidə inkişafı sonda İranın regionda Ermənistandan tədricən üz döndərməsinə gətirib çıxaracaq. Elə erməni mediası da hadisələrin qeyd olunan məcrada inkiaşfından ciddi narahatlıq keçirərək yazır ki, belə vəziyyətdə Ermənistanın regional təcridi daha da dərinləşəcək. Eyni zamanda, Ermənistan daha bir mühüm transmilli layihədən kənarda qalacaq.

“Şimal-Cənub” dəhlizinin işə düşməsi isə tranzit ölkə kimi Azərbaycanın gəlirlərini artıraraq onu iqtisadi cəhətdən daha qüdrətli dövlətə çevirəcək. Bu layihəyə, Çinlə yanaşı, böyük iqtisadiyyata malik Hindistan da xüsusi maraq göstərir. Çünki Hindistandan Finlandiyaya qədər uzunluğu 7200 kilometr olan “Şimal-Cənub” dəhlizi ilə yüklərin daşınma müddəti 2 dəfədən çox azalır. Bu da müqayisədə yüklərin 20 gün tez çatdırılması deməkdir. Dünya Ticarət Təşkilatının hesabatına görə, Hindistanın xarici ticarət dövriyyəsi 1 trilyon dollara yaxınlaşıb. Hindistan nefti, sənaye avadanlıqlarını, müxtəlif kimyəvi maddələri, dəmiri, poladı və başqa malları idxal edir. İxraca gəldikdə isə, qeyd etmək lazımdır ki, dünya bazarına çıxarılan çayın 13 faizini Hindistan ixrac edir. Dünyada qəhvə ixracına görə bu ölkə 6-cı yerdədir. Bunlardan başqa, neft-kimya məhsulları, dərman preparatları, maşınqayırma və nəqliyyat avadanlıqları, yüngül sənaye və kənd təsərrüfatı məhsulları da Hindistanın ixrac potensialına daxildir. Məhz bunlar fonunda Dehli də “Şimal-Cənub” dəhlizinə xüsusi maraq göstərir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ