Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bir sıra xarici KİV-də "ABŞ İraqa hücum etmək üçün İsrail dronlarını Azərbaycana daşıyır" başlıqlı məlumatlar yayılıb.
Məlumata görə, Haşd əl-Şaabi (Xalq səfərbərlik bölmələri) komandiri Əbu Mehdi Əl-Mohandis ABŞ-ı İsrail dronlarını İraq və İrana hədəf almaq üçün Azərbaycana yeritməkdə günahlandırıb.