şənbə günü, 07 noyabr 2026
     

Azərbaycanın hərbi üstünlüyü və erməni ordusunda deqradasiyanın son həddi – Ermənistanda narahatlığın iki əsas motivi...

Image


Ermənistanın mövcud hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yürütdüyü siyasət bu gedişlə konfliktin hərbi müstəvidə həllini qaçılmaz edir. Məsələ burasındadır ki, rəsmi Bakı Nikol Paşinyan iqtidarına konfliktin çözümü istiqamətində konstruktiv addım atmaq üçün yetərincə vaxt verdi. Amma ötən 1 il 3 ay belə nəticəyə cəlməyə əsas verir ki, Paşinyan ona verilən zamanı düzgün dəyərləndirə bilməyib. Məhz bu səbəbdən onun Qarabağ məsələsi ilə bağlı sərsəmləmələri, xüsusən də Xankəndidə son çıxışı savaş ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Yaranmış durumda savaşın nəticələrinin qısa müddətdə Azərbaycanın lehinə olacağını isə indi ermənilərin bir çoxu açıq etiraf edir. Əslində, mövcud situasiya da onların haqlı olduğunu üzə çıxarırır. Əvvəla məlumdur ki, hərb müstəvisində Azərbaycan Ermənistan üzərində kifayət qədər böyük üstünlüyə malikdir. Digər tərəfdən, Ermənistanın xarici siyasətdə yol verdiyi çoxsaylı səhvlər bu gün İrəvanın hamilərindən məhrum olması ilə nəticələnib. Rusiya və ABŞ-ın Ermənistana real münasibəti bəllidir, Avropa da bu ölkəyə isti münasibət bəsləmir. Bu isə o deməkdir ki, Qarabağ savaşında  Ermənistan müttəfiq sarıdan tək qalacaq. Məhz bu durumda Azərbaycan ordusu qısa zaman kəsiyində düşməni daha asanlıqla darmadağın edə biləcək. Elə Ermənistan ordusunda yaranmış real vəziyyət də düşmən tərəfin hərbi baxımdan əvvəlki qaydada zəiflədəyini, onun ordusunda hansısa nizam-intizamın, döyüş qabiliyyətinin olmadığını göstərir. Erməni ordusu əvvəlki kimi cinayətkarlıq yuvasıdır və bunu  işğal altındakı Azərbaycan ərazilərində, təmas xəttinin Füzuli-Xocavənd istiqamətində dislokasiya olunmuş erməni hərbi hissəsinin 19 yaşlı əsgəri, avqustun 12-də Azərbaycan tərəfə keçən Araik  Kazaryanın olayı da təsdiq edir.

Xatırladaq ki, Ermənistan rəhbərliyi əsgərin guya azaraq Azərbaycan tərəfinə keçdiyini iddia edir. Amma onun qardaşı əsgərin əslində zabitlərlə probleminin olduğunu bildirib. Əsgərin qardaşı, hazırda Ermənistan ordusunda müqavilə əsasında xidmət keçən Armen Kazaryan “Aykakan jamanak” qəzetinin əməkdaşı ilə söhbətində həmin informasiyanı ona Beynəlxalq Qırmızı Xaç təşkilatından verdiklərini bildirib. Armen Kazaryan deyib ki, qardaşının qulluq etdiyi hərbi hissəyə gedə və təfərrüatları öyrənə bilməyib: “Mənə hərbi hissəyə getməyə icazə vermədilər. Ancaq Xankəndidə hərbi polisdə oldum, oradan məni geri göndərdilər, hərbi hissəyə buraxmadılar”. Armen Kazaryanın bildirdiyinə görə, ona deyiblər ki, qardaşının Azərbaycan tərəfə keçməsi ilə bağlı məsələ məxfidir: “Ailə üzvlərimizdən də gizlədirlər”. Hərbi hissədə qardaşına təzyiq edildiyi, döyüldüyü haqda xəbərlər barədə isə Armen Kazaryan bunları deyib: “Mən bilirdim ki, onun problemləri var ”. Kazaryan əlavə edib ki, qardaşının problemi əsgərlərlə yox, zabitlərlə olub. Və görünür, Müdafiə Nazirliyi bu səbəbdən faktları gizlədir. Xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç nümayəndələri artıq erməni əsgərlə görüşüb. Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, Araik Kazaryan qulluq etdiyi hərbi hissədə müntəzəm döyüldüyünü, alçaldıldığını danışıb, onun başında, kürəyində və əlində xəsarət izləri olub. Amma qeyd edilənlər Ermənistan ordusunda heç də nadir hal olmayıb, kütləvi xarakter daşıyır. Hakimiyyət dəyişikliyindən sonra bu problemin daha da şiddətləndiyini ermənilər özləri də açıq etiraf edir. Məsələn, elə erməni mediasında yayılan məlumata əsasən, işğal altındakı Ağdərə rayonu ərazisində, Madagiz kəndindəki düşmənin hərbi hissəsində zabitlərin əsgərlərə qarşı zorakılıqları davam edir. Bu fonda hərbi hissənin bir neçə zabiti barəsində cinayət işi başlanıb, digərləri müxtəlif cinayətlərə görə məhkum edilib. Amma onlar xidmətdən azad olunmayıb və hələ də hərbi hissədə qulluq edirlər.

Erməni mediası yazır ki, cinayəti törədənlərdən biri olan mayor Ruben Faxradyan əsgərləri yerə yıxaraq onları tapdalayıb. O, əsgərləri “Yat” komandası verildikdən sonra kazarmanın yataqxanasında yemək yedikləri üçün cəzalandırıb. Əsgərləri yemək yeyərkən yaxalayan mayor onlardan üçünü - kiçik serjant Mxitar Sarkisyanı, Sergey Qriqoryanı və Narek Petrosyanı döyüb. Butulka ilə kiçik serjant Poqosyanın başına və sifətinə zərbələr endirən mayor digərlərinə uzanmağı əmr edib və onları tapdalayıb. Bu əməllərinə görə mayorun barəsində başqa yerə getməmək barədə intizam tədbiri hökmü çıxarılıb. Amma istintaq dövründə hərbi prokurorluq mayoru təcrid etməyib və o, xidmətini davam etdirib. Erməni mediası yazır ki, cinayətkar mayor Faxradyan prokurorluğun, hakimlərin, komandirlərinin, polkovnik Armen Gözəlyanın, müdafiə naziri Davit Tonoyanın tam himayəsi altındadır. Elə bu səbəbdən də Madagizdəki hərbi hissədə zorakılıq və cinayətlər davam edir.

Baş verənlər, eyni zamanda, Ermənistanda etirazlara da rəvac verir.  Belə ki, əsgər valideynləri Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar hərbi hissələrdə komandirlərin övladlarına etdikləri təzyiq və işgəncələrə son qoymalarını tələb ediblər. Etirazçılar Ermənistan ordusunda özbaşınalıq və xaosun tüğyan etdiyini bildiriblər. Son altı ayın statistikasına görə, orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 33-ə çatıb. Onlardan 14-ü hərbi hissələrdəki özbaşınalığa dözə bilməyərək intihar edib. Narazı əsgər valideynləri qeyd ediblər ki, qeyri-döyüş şəraitində itkilərin artması hərbi hissələrdəki xaosdan xəbər verir. Bunun nəticəsində əsgəri xidmətdən yayınma halları artıb. Cəmiyyətin orduya inamı yoxdur. Çünki xidmət keçənlərin əksəriyyəti evinə, ən yaxşı halda, əlil olaraq qayıdır. Hökuməti isə onların sonrakı taleyi maraqlandırmır. Etiraz edənlərdən valideyn Ağban Vardanyan bildirib ki, övladı bir il əvvəl məcburi olaraq Dağlıq Qarabağa hərbi xidmətə göndərilib. Valideynin sözlərinə görə, oğlu bu yaxınlarda hərbi hospitala yerləşdirilib. Övladının hərbi hissənin komandir müavini tərəfindən döyüldüyünü deyən narazı valideyn vurğulayıb ki, həmin şəxs oğluna işgəncə verdikdən sonra onu boğaraq öldürmək istəyib. Etirazçılar bildiriblər ki, müdafiə naziri onları qəbul etməsə aksiyanı dayandırmayacaqlar. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisindən bildirilir ki, orduda baş verən problemlərin kökündə rüşvət və korrupsiya dayanır. Ermənistan təhlükəsizlik xidmətinin keçirdiyi istintaq nəticəsində Müdafiə Nazirliyinin ehtiyacları üçün xərclənməli olan pulların mənimsənilməsi üzə çıxıb. İstintaq məlumatına görə, Müdafiə Nazirliyinin yüksək rütbəli şəxsləri təchizatçı şirkətlə cinayət əlaqəsinə girərək dəyəri aşağı olan malları bağladıqları müqavilədə yüksək qiymətə göstərirlər. Bu və digər hallar bir daha erməni ordusunun cinayətkarlıq yuvası olduğunu aydın nümayiş etdirir. Döyüş qabiliyyəti də çox aşağı olan belə bir ordunun Azərbaycan qarşısında tab gətitrməsi isə sadəcə mümkünsüzdür.

Azərbaycan ordusu təkcə Ermənistanla müqayisədə yox, digərləri ilə də qarşılaşdırıldıqda dünya miqyasında güclü ordular sırasında yer alır. Beynəlxalq ekspertlər dəfələrlə fikir bildiriblər ki, Azərbaycan ordusu bütün göstəricilərinə görə Cənubi Qafqazda ən güclü ordudur. Ayrıca, Ermənistan silahlı qüvvələrindən dəfələrlə qüdrətlidir. Məsələn, 2016-cı ilin məlum aprel döyüşlərində Azərbaycan ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi. Ermənistan ordusunu tam məğlubiyyətdən Rusiya xilas etdi. Bunu indi rəsmi səviyyədə açıq deyirlər. Məhz həmin vaxt ermənilər yalvarıblar ki, Azərbaycanı dayandırsınlar. Lakin hətta qısamüddətli döyüş belə göstərdi ki, Ermənistan ordusu Azərbaycan ordusundan dəfələrlə zəifdir. Həm təşkilati, həm silahlanma, həm də döyüş taktikası, strateji planlama kimi istiqamətlərdə erməni ordusu çox geridə qalır. İndi Ermənistan rəsmiləri ordudakı xəyanətkarları, caniləri, silah alverçilərini, bacarıqsız zabitləri axtarmaqla məşğuldursa, Azərbaycan rəhbərliyi ordunu daha da gücləndirir. Bu kimi məqamlar Azərbaycan Ordusu qarşısında Ermənistan silahlı qüvvələrinin dayana bilməyəcəyini sübut edir. Yəni Azərbaycan istənilən variantda öz torpaqlarını azad etmək hüququna və gücünə malikdir, bunu kimsə inkar edə bilməz. Ermənistan isə elə gücdə deyil ki, hamilərinin dəstəyi kəsildikdən sonra işğal etdiyi ərazilərdən silahlı qüvvələrini çəkməsin. Bütün bunlar fonunda “1-in.am” portalının yazdıqları da xüsusi diqqət cəlb edir: “Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Paşinyan çox vədlər yağdırıdı və bu gün fərqli vəziyyət müşahidə olunur. Məsələn, orduda qeyri-döyüş şəraitində əsgər öülmləri azalmayıb. İqtisadi sahədə geriləmə ordunun təminatında ciddi problem yaradır. Paşinyanın ordu və digər müstəvidə vədlərinin reallıqdan uzaq olduğunu dərk etmək üçün uzun zamana ehtiyac yox idi. Bu gün hökumətin fəaliyyətini qanedici hesab etmək çətindir. Paşinyan özünün rəhbərliyi altında hökumətin parlaq şəkildə işlədiyini, iqtisadiyyatın yüksək templə artdığını, əmək haqqı və təqaüdlərin artdığını, ödənişsiz tibbi yardımın əhatəsinin genişləndirildiyini nə qədər xalq arasında nümayiş etdirməyə çalışsa da, eyni şeydir, ictimai həyatda nailiyyətlər hiss edilmir. İnsanların sürətli dəyişikliklərə ümidi vardı, hər şeyin tezliklə yaxşı olacağını gözləyirdilər. Lakin belə olmadı. Zaman keçsə də, hökumət bir o qədər də tələsmir. Siyasi hakimiyyət ləng tərpəniş yolunu seçib. Bu gedişlə insanların iqtisadi və sosial həyatda dəyişiklikləri hiss etməsi üçün nə qədər zamanın tələb olunacağı hələ sual olaraq qalır. Hakimiyyət dəyişikliyindən əvvəl Paşinyan çox şey vəd edirdi. Amma ciddi dəyişən nəsə yoxdur. Bu durumda əsgər anarlarının artan etirazları ordu ilə bağlı vədlərin də yarımçıq qaldığını göstərir. Yenə yüksək rütbəli zabitlər ordu hesabına böyük gəlirlər əldə edir, korrupsiya çiçəklənir, döyüş qabiliyyəti aşağı düşür. Bu isə Azərbaycana yeni savaşa başlamaq üçün əla fürsət yaradır. Amma yeni savaş erməni tərəfinə aprel döyüşləri ilə müqayisədə daha böyük məğlubiyyət gətirə bilər”. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistan indi əvvəlki ilə müqayisədə Qarabağ məsələsində daha zəif durumdadır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ