23/09/2019 12:16
728 x 90

Elxan Poluxov daha bir ölkənin başçısına İlham Əliyevin dəvət məktubunu təqdim etdi - FOTO

img

20-22 avqust tarixlərində, iqamətgahı Brazilia şəhərində olmaqla, Azərbaycanın Qayana Kooperativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov paytaxt Corctaun şəhərində bu ölkənin Dövlət naziri Dovn Hastinqs, Xarici işlər naziri Karen Kamminq, Təbii sərvətlər naziri Rafael Trotman və Parlament spikeri Barton Skotlandla görüşlər keçirib.

Keçirilən görüşlər zamanı səfir Elxan Poluxov Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə toplantısına dəvət məktubunu təqdim edib və qarşı tərəf məktubu məmnuniyyətlə qəbul edib.

Bundan başqa, görüşlərdə ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri ilə yanaşı, təhsil sahəsində də əməkdaşlıq məsələləri müzakirə edilib, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq təşkilatlarına üzv ölkələrin vətəndaşları üçün təqaüd proqramları haqqında ətraflı məlumat verilib. 

Bundan əlavə, səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında da həmsöhbətlərini məlumatlandırıb.

Parlamentin spikeri ilə görüşdə Parlament diplomatiyası, Parlametlərarası əlaqələrin inkişafı məsələləri ətraflı müzakirə edilib.

Tərəflər qeyd ediblər ki, ikitərəflı əlaqələrin inkişafı üçün böyük potensial mövcüddur və əməkdaşlıq intensiv olaraq beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirilməlidir. 
Səfir Elxan Poluxov Qayanaya səfəri çərçivəsində ölkənin aparıcı KİV-ləri olan “Stabroeknyuz” və “Nyusroom” qazetlərinə və ölkənin dövlət televiziya kanalına müsahibə verərək, iki ölkə arasında münasibətlər, Azərbaycan tərəfinin təqdim etdiyi təhsil təqaüdləri və gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi haqqında geniş məlumat verib. 

Mesahibə ilə ətraflı aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:

https://www.stabroeknews.com/2019/news/guyana/08/22/azerbaijan-scholarships-oil-and-gas-training-available-to-guyanese/

https://newsroom.gy/2019/08/21/azerbaijan-offers-guyana-oil-and-gas-training/

Son xəbərlər