23/09/2019 12:12
728 x 90

Ermənistan XİN-dən Düşənbədə Əliyev-Paşinyan razılaşması barədə təxribatçı yalan…

“Özlərini konstruktiv, humanist göstərmək istəyirlər ki, digər addımlarını pərdələyə bilsinlər”

img

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan son açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında mövcud olan operativ əlaqə işlək vəziyyətdədir.

Qeyd edək ki, iki tərəf arasında rabitənin qurulması haqqında razılıq ötən ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı qısa görüşdə əldə olunmuşdu. Liderlər MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində görüşmüşdülər. İlham Əliyevlə Nikol Paşinyan əsasən təmas xəttindəki gərgin vəziyyəti müzakirə etmişdilər.

Bu, İlham Əliyevlə Nikol Paşinyan arasında ikinci qeyri-formal görüş idi. Paşinyan görüşdən sonra demişdi ki, Azərbaycan Prezidenti ilə sərhəddə hər iki tərəfdən gərginliyə və insidentlərə yol verməmək məqsədilə konkret tədbirlər görmək üçün müdafiə nazirlərinə tapşırıq veriblər. Ancaq son zamanlar baş verən hadisələr göstərir ki, Düşənbədə əldə olunan razılaşma işləmir. Çünki təmas xəttində atəşkəs tez-tez pozulur, hətta Ermənistan rəhbəri işğal olunmuş  Azərbaycan torpaqlarına ayaq basaraq, oradan “Qarabağ Ermənistanındır” süarını səsləndirir. Belə olan təqdirdə hansı operativ əlaqədən danışmaq olar? Ermənistan XİN-in belə yalanı ifadə etməkdə hansı məqsədi ola bilər?

  • Akif  Nağı: “Ermənistan tərəfinin davranışlarından sonra həmin mexanizmin mövcud olması heç də inandırıcı görünmür”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə də ermənilər təxribatla məşğul olurlar: “Mən dəfələrlə demişəm ki, müharibə şəraitində yaşadığımız üçün, biz mütləq mənada yayılan rəsmi məlumatlara inanmalıyıq. Çünki müharibə eyni zamanda informasiya məkanında aparılır. Hiss edilir ki, ermənilər bundan məharətlə istifadə etməyin yollarını bilirlər. Əksər hallarda da bu istiqamətdə yalanları tirajlayırlar. Bütün hallarda, onların ifadə etdiyi fikirlərə inanmamalıyıq və yalnız özümüzün rəsmi qurumları məlumat yaydığı və ya hansısa xəbəri təsdiqlədiyi halda buna şübhə ilə yanaşmamalıyıq. Mən Ermənistan tərəfinin yaydığı bu məlumatı inandırıcı saymıram, növbəti dezinformasiya kimi qəbul edirəm. Məsələnin başqa tərəfi isə budur ki, niyə ermənilər belə məlumatın yayılmasında maraqlıdırlar? Bununla onlar həm daxili rəyi formalaşdırırlar ki, hər şey qaydasındadır, biz daim Azərbaycanla təmasdayıq. Bir növ, demək istəyirlər ki, cəbhə xəttində hər hansı narazılıq yoxdur və gözlənilmir. İkinci hədəfləri isə beynəlxalq ictimaiyyətdir. Özlərini konstruktiv, humanist göstərmək istəyirlər ki, digər addımlarını pərdələyə bilsinlər. Bizim XİN və Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, bizimlə Ermənistan arasında hər hansı bir operativ əlaqə mexanizmi yoxdur. Bu baxımdan da biz Azərbaycanın rəsmi mövqeyi ilə hesablaşmalıyıq. Ola bilər ki, tərəflər arasında belə bir razılıq olmuşdu, amma Ermənistan tərəfinin davranışlarından sonra həmin mexanizmin mövcud olması heç də inandırıcı görünmür. Erməni tərəfi dividend əldə etmək üçün belə yalanı tirajlayır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər