şənbə günü, 07 noyabr 2026
     

Paşinyanın “oktyabr planı” - ABŞ-ın şantaj olunmasında Ruhani kartından istifadə...

Image


Ermənistanda oktyabrın əvvəlində keçirilməsi planlaşdırılan Avrasiya İttifaqının sammiti ilə bağlı ciddi hazırlıqlar gedir. Artıq Ermənistan mediasında belə fikirlər səslənir ki, Paşinyan hökuməti, nəyin bahasına olursa-olsun, İran Prezidenti Ruhanini həmin sammitdə görmək istəyir.  Hətta qeyd edilir ki, Paşinyan İran Prezidentinə belə bir dəvəti Qırğızıstanda olarkən edib.

Ermənistan Ruhaninin sammitdə iştirakını bu yaxınlarda təxirə düşən Rusiya-İran-Azərbaycan formatındakı görüşlə də əlaqələndirməyə cəhd edir. Ancaq görünən budur ki, Ermənistan İrana heç də Tehranın cazibəsinin güclü olduğuna görə önəm vermir. Ondan və xüsusilə də Ruhanidən ABŞ-a qarşı şantaj vasitəsi kimi istifadəyə çalışır.

Məlumdur ki, ABŞ-la İranın münasibətləri çox gərgindir. Ermənistanın İranla yaxın əlaqələri mövcuddur, həm də qonşu ölkədirlər. ABŞ İranın maksimum təcridində maraqlıdır. Bununla yanaşı, ABŞ Ermənistanın yeni hakimiyyətini də özünə yaxın buraxmır. Nikol Paşinyan başda olmaqla, başqa erməni rəsmilərinin də ABŞ-da yüksək səviyyədə qəbul olunmaq cəhdlərinin heç biri alınmayıb. İndi Ermənistanın Rusiya ilə münasibətlər fonunda həm də İranla dostlaşması ABŞ-ın maraqlarına uyğun deyil. Ermənistan bilir ki, belə gedişatlar ABŞ-ı qıcıqlandıra bilər. Buna görə də Ruhanidən ABŞ-a qarşı bir şantaj aləti kimi istifadəyə cəhd göstərir. Ermənistanın bu hiyləgər gedişi səmərə verəcəkmi?

  • Hatəm Cabbarlı: “Heç şübhəsiz, ABŞ Ermənistanın bu təşəbbüsü ilə bağlı izahat tələb edəcək”

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cari ilin oktyabr ayının ilk həftəsində İrəvanda Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə növbəti sammit keçiriləcək: “Bundan əvvəl Qırğızıstanda keçirilən sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Həsən Ruhanini İrəvan sammitinə dəvət etmişdi. Ayrıca, bu sammitdə Sinqapurun Baş nazirinin də iştirak edəcəyi ehtimal edilir. Sinqapur rəsmilərinin açıqlamalarından məlum olur ki, oktyabr ayına qədər Avrasiya İqtisadi Birliyi ilə azad ticarət bölgəsi haqqında müqavilə imzalanarsa, İrəvan sammitində iştirak edəcəklər. Ancaq hələlik Avrasiya İqtisadi Birliyi ilə Sinqapur arasında müzakirələrin hansı yerdə olduğu haqqında hər hansı ciddi məlumat yoxdur. Bu məsələdə söz sahibi əsasən Rusiyadır və Sinqapurun sammitdə iştirak etməsi hələ ki, dəqiqləşdirilməyib.

Ermənistan KİV-nin məsələyə münasibətində ön plana çıxardığı bir məsələ də Azərbaycan, İran və Rusiya prezidentlərinin Soçidə bir araya gəlmədən əvvəl, (əslində, bu görüş avqustun 14-də baş tutmalı idi, texniki səbəblərə görə Rusiya görüşün tarixini qeyri-müəyyən bir zamana qədər təxirə saldı), Ermənistan, İran və Rusiya prezidentlərinin İrəvanda bir araya gələrək tərəflər arasındakı iqtisadi və siyasi məsələləri müzakirə etmələri olub.

Ermənistan KİV-i bundan təbliğat məqsədilə istifadə etsələr də, İrəvan sammitinin Ermənistan-ABŞ münasibətlərində yeni problemlərə yolaçma ehtimalı olduqca yüksəkdir. Xüsusilə ABŞ hökumətinin İranı yalnızlaşdırmağa yönəlik siyasət həyata keçirdiyi bir ərəfədə Ermənistanın İranı Avrasiya İqtisadi Birliyinin sammitinə dəvət etməsi diqqətlə müşahidə edilir”.

Ekspertin sözlərinə görə, İran Prezidenti Ruhaninin Paşinyan tərəfindən İrəvan sammitinə dəvət edilməsi Ermənistanın xarici siyasətinin şaxələndirilməsi kimi dəyərləndirilsə də, İranla Avrasiya İqtisadi Birliyi arasında iqtisadi əlaqələrin qurulması çoxdandır müzakirə edilsə də, hələlik ciddi bir irəliləmə yoxdur: “Bunu, əslində, Ermənistanla İran arasında iqtisadi münasibətlərin İran baxımından cəlbedici olmaması səbəbilə Ermənistanın bir şəkildə İranı da Ermənistan üzərindən Avrasiya İqtisadi Birliyi ilə münasibətlərinə və dolayısı ilə Ermənistanla əlaqələrinə yeni bir canlılıq gətirmə təşəbbüsü kimi görə bilərik.

Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya ilə daha məsafəli davranmağa çalışaraq ABŞ və ümumilikdə, Qərb dünyasının dəstəyini almağı hədəfləsə də, görünən odur ki, Rusiya ilə münasibətlərinin zədələnməsinə baxmayaraq, ABŞ və Qərb dünyasından aldığı dəstək bu zədəni kompensasiya etməyə yetərli deyil. ABŞ-İran münasibətlərinin gərginləşdiyi son zamanlarda Paşinyanın İran Prezidenti Ruhanini bölgəsəl əhəmiyyət daşıyan belə bir sammitə dəvət etməsi, əlbəttə, ABŞ tərəfindən məmnunluqla qarşılanmayıb. ABŞ-la Ermənistan arasındakı münasibətlər bəlkə də son illərin ən aşağı səviyyəsinə enib. ABŞ hökumətinin “Minilliyin çağırışı” proqramından və digər proqramlardan Ermənistana və qondarma rejimə ayrılan maliyyə yardımlarını dayandırması Ermənistanı qonşularının ümidinə qalmağa məcbur edir. Heç şübhəsiz, ABŞ Ermənistanın bu təşəbbüsü ilə bağlı izahat tələb edəcək.

Avrasiya İqtisadi Birliyi bölgəsəl təşkilatdır. Birliyin sərhədlərinin genişlənməsi özlüyündə bəzi iqtisadi və maliyyə problemlərini də bərabərində gətirəcək.

Ümumiyyətlə, Avrasiya İqtisadi Birliyi üzv dövlətlərin belə iqtisadi maraqlarına cavab vermədiyi halda, Birliyin sərhədlərinin genişləndirilməsinə yönəlik təşəbbüslərin necə nəticə verəcəyi hələlik məlum deyil”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ