şənbə günü, 07 noyabr 2026
     

Azərbaycan tərəfinə qaçmış fərari erməni əsgərin qardaşı Ermənistanı ifşa etdi...

Image


İşğal altındakı Azərbaycan ərazilərində, təmas xəttinin Füzuli-Xocavənd istiqamətində dislokasiya olunmuş erməni hərbi hissəsinin 19 yaşlı əsgəri, avqustun 12-də Azərbaycan tərəfə keçən Araik Kazaryanın qardaşı onun zabitlərlə probleminin olduğunu deyib.

Hazırda Ermənistan ordusunda müqavilə əsasında xidmət keçən Armen Kazaryan “Aykakan jamanax” qəzetinin əməkdaşı ilə söhbətində həmin informasiyanı ona Beynəlxalq Qırmızı Xaç təşkilatından verdiklərini bildirib.

Lakin Armen Kazaryan deyib ki, o, qardaşının qulluq etdiyi hərbi hissəyə gedə və təfərrüatları öyrənə bilməyib. “Mənə hərbi hissəyə getməyə icazə vermədilər. Ancaq Stepanakertdə (Xankəndidə - red.) hərbi polisdə oldum, oradan məni geri göndərdilər, hərbi hissəyə buraxmadılar”, - Kazaryan əlavə edib.

Armen Kazaryanın bildirdiyinə görə, ona deyiblər ki, qardaşının Azərbaycan tərəfə keçməsi ilə bağlı məsələ məxfidir: “Ailə üzvlərimizdən də gizlədirlər”.

Hərbi hissədə qardaşına təzyiq edildiyi, döyüldüyü haqda xəbərlər barədə isə Armen Kazaryan bunları deyib: “Mən bilirdim ki, onun problemləri var, lakin bu problemlərlə bağlı getdik, adamlarla görüşdük, hər şey qaydasına düşdü”.

Kazaryan əlavə edib ki, qardaşının problemi əsgərlərlə yox, zabitlərlə olub. Görünür, Müdafiə Nazirliyi bu səbəbdən faktları gizlədir.

Xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç nümayəndələri artıq fərari erməni əsgərlə görüşüblər. Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, Araik Kazaryan qulluq etdiyi hərbi hissədə müntəzəm döyüldüyünü, alçaldıldığını danışıb, onun başında, kürəyində və əlində xəsarət izləri olub. Qeyd edək ki, Ermənistanın rəsmi dairələri əsgərin hərbi hissədə incidildiyinə dair məlumatları təkzib edirdilər. Faktiki olaraq, onun qardaşı Ermənistanın yalan siyasətini ifşa etmiş olub. Qardaşının məhz zabitlər tərəfindən incidildiyinə dair açıqlama verib. Bu amil Ermənistan ordusu ilə bağlı hansı təsəvvürləri yaratmış olur?

  • Əhməd Şahidov: “Onun qardaşı əsl həqiqəti danışmaqla Ermənistanın yalan siyasətini ifşa etmiş olub”

Məsələyə münasibət bildirən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov qəzetimizə dedi ki, avqustun 12-də, səhər saatlarında, cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan ordusunun fərarilik etmiş hərbi qulluqçusu Kazaryan Araik Xaykoviç Azərbaycan əsgərləri tərəfindən saxlanıb: “İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, erməni hərbçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir. Azərbaycan tərəfində saxlanan erməni hərbçisi Araik Kazaryana tibbi yardım göstərilib, onun vəziyyəti normaldır. Azərbaycan Ombudsmanının nümayəndələri də erməni hərbçisinə baş çəkiblər, Araik Kazaryan saxlanma şəraitindən narazı deyil. Hərbi əsirlə Azərbaycan tərəfi beynəlxalq konvensiyalar çərçivəsində davranır: “2000-ci il təvəllüdlü Ermənistan Respublikası vətəndaşı, Ermənistanın Vayotsdzor vilayətinin Exegis kənd sakini Araik Kazaryan 8 aydır hərbi xidmətdə idi və komandirləri tərəfindən davamlı təqib və təzyiqlərə məruz qaldığından, qarşı tərəfə keçmək qərarına gəlib. Bu fakt Ermənistan ordusunda işgəncə hallarının olmasından xəbər verir. Məhz bu faktların aşkara çıxmasından narahat olan Ermənistan hakimiyyəti bir-birinə zidd açıqlamalar verməkdədir. Amma əsir düşdüyü zaman Araik Kazaryanın üzərindəki işgəncə faktları əsl gerçəkləri ortaya çıxarmış oldu”.

Faktla bağlı erməni cəmiyyətində ciddi müzakirələr getdiyini deyən hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan hakimiyyətinin faktı gizlətməyə çalışdığını və bu məqsədlə Araik Kazaryanın ailəsinə təzyiqlərə start verdiyini deyib: “Araik Kazaryanın böyük qardaşı da Ermənistan ordusunda xidmət edir. Məhz bu hadisədən sonra onu hərbi qarnizona çağırıblar və istintaqa cəlb ediblər. Araik Kazaryanın qardaşı hazırda Dağlıq Qarabağdadır və sorğu-sual olunur. Araikin anası da yerli hakimiyyət orqanları tərəfindən davamlı təzyiqlərə məruz qalıb, nəticədə onun səhhəti pisləşib və xəstəxanaya aparılıb. Bütün bu təzyiq və təqiblər rəsmi İrəvanın Ermənistan ordusundakı işgəncə və şiddət faktlarını gizlətmək cəhdidir. Ermənistan hakimiyyəti Araik Kazaryanın ailəsini və yaxınlarını hər vəchlə susdurmağa çalışır. Ancaq, göründüyü kimi, onun qardaşı əsl həqiqəti danışmaqla Ermənistanın yalan siyasətini ifşa etmiş olub”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ