23/09/2019 12:11
728 x 90

Qarabağa ABŞ yardımını dayandıran sərt arqument - Suriyada mina təmizləyən Ermənistana belə yardımlar gərək deyil...

img

Ermənistan KİV-i ABŞ administrasiyasının İrəvana maliyyə yardımlarını dayandıracağı ilə bağlı həyəcan təbili çalır. Bildirilir ki, ABŞ rəsmiləri bu mövzuda Ermənistan rəhbərliyi ilə müzakirə aparmağa hazırlaşırlar. Qeyd olunur ki, 2015-ci ildən bu tərəfə onlar Ermənistana yardımı iki dəfə çoxaldıblar. Buna baxmayaraq, yardım paketinin yenidən nəzərdən keçirilməsinə zərurət yaranıb.

Xüsuilə də ABŞ hakimiyyətinin Ermənistana Dağlıq Qarabağda minaların təmizlənməsi üçün ayırdığı vəsaitin dayandırılacağına dair fikir bildirilib. Yardımın donoru olan Brok Bilman bildirib ki, əldə olunan nəticə ilə razıdırlar: “18 il davam edən proqram çərçivəsində minadan təmizlənmə 97,9 faiz təşkil edib. Erməni ekspertlər qeyd edirlər ki, ABŞ-ı belə qərar verməyə vadar edən amil Ermənistanın Suriyadakı humanitar missiyada yer almasıdır. Doğrudan da paradoksal vəziyyət yaranır. Ermənistanın özünün pulu yoxdursa, o, Suriyada hansı humanitar missiyanı həyata keçirə bilir? Erməni ekspertlər qeyd edirlər ki, həmin işi həyata keçirən Britaniyanın “HALO Trust” təşkilatı yenidən ABŞ rəhbərliyinə müraciət edib ki, proqram bərpa edilsin.

  • Elşən Mustafayev: “Belə çıxır ki, 18 ildir ora minaları özləri basdırıb, özləri də çıxarır?”

Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, ABŞ-ın, ümumiyyətlə, Ermənistana Qarabağda hansısa layihəni icra etmək üçün vəsait ayırması qanunsuzdur: “Bəllidir ki, Ermənistana müxtəlif adlarla ayrılan pulları İrəvan Dağlıq Qarabağda işğal amilini genişləndirməyə sərf edir. Dağlıq Qarabağdakı minalar niyə Ermənistana ayrılan vəsait hesabına təmizlənməlidir? Bunlar bir bəhanədir, sadəcə, bu adla Dağlıq Qarabağdakı separatçılara vəsait ötürülür. Niyə ermənilərdən soruşmurlar ki, həmin minaları kim basdırıb? Ən başlıcası isə budur ki, Azərbaycanın ərazi vahidində həmin işi öz ölkəmiz görməlidir. Dağlıq Qarabağ işğal altındadırsa, onda belə çıxır ki, 18 ildir ora minaları özləri basdırıb, özləri də çıxarır?  Bu layihə başdan-ayağa kimi saxtadır. Britaniyanın icraçı təşkilatı oradan pul qazandığı üçün canfəşanlıq edir. Suriya ilə bağlı məsələ isə çox dəqiq qoyulub. Doğrudan da bir ölkə gedib xaricdə humanitar yardım göstərirsə, başqalarından niyə pul dilənir? ABŞ administrasiyasının maliyyələşməni dayandırmaqla bağlı verdiyi anonsu diqqətdə saxlamalıyıq. Görürsünüz ki, ermənilər böyük səylərlə proqramı bərpa etmək istiqamətində çalışırlar. Rəsmi Bakı hər zaman həmin proqrama etiraz edib. İndi etiraz səmərə veribsə, onu axıra çatdırmalıyıq. Burada başqa amilin də işartıları görünür. Ermənistanın Suriyadakı missiyadakı iştirakı Rusiyanın təşəbbüsü ilə olub. ABŞ bununla onlara demək istəyir ki, Rusiyaya qulaq asıb, onların sifarişi ilə oturub-durursunuzsa, onda gedin pulu da onlar sizə versin”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər