şənbə günü, 07 noyabr 2026
     

Ermənistanda Nikol Paşinyanın Nikol Paşinyana qarşı qoyulduğu durum başladı...

Image


Son aylarda Ermənistanda hadisələrin gedişi burada yaxın tezlikdə genişmiqyaslı sosial ixtişaşların başlanmasını istisna etmir. hazırda işğalçı ölkədə etirazların miqyası genişlənir. Elə bu günlərdə ölkənin şərqində yerləşən Cermuxda sakinlər yolları bağlayıblar.

Cermuxda etiraz aksiyası keçirən əhali parlament qarşısında polis tərəfindən saxlanılanların azadlığa buraxılmalarını tələb edib. Narazı kütlə bildirib ki, Ermənistanda mədən işlərinin fəaliyyəti ilə məşğul olan xarici şirkətlər ölkəni tərk etsinlər. Onların fikrincə, bu şirkətlərdə çalışanların hüquqları pozulur. Bundan başqa ərazidəki dağ-mədən ərazilərində aparılan iş zamanı partlayışların olması nəticəsində yaşayış sahələrində yeraltı təkanlar baş verir. Bunun nəticəsində əksər yaşayış yerlərində torpaq sürüşmələri qeydə alınıb. Etirazçılar bildirib ki, dəfələrlə problemlə bağlı rayon icra hakimiyyətinin başçısı Vardan Ovanesyana şikayət olunsa da icra başçısı məsələnin həll olunması üçün onun heç bir səlahiyyətinin olmadığını qeyd edib. Bu fonad Rusiyanın “regnum.ru” portalı yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Amulsar qızıl mədənində işlərə icazə vermək qərarı onun sonrakı siyasi taleyində həlledici ola bilər: “Amulsar mədəninin istismarının haçansa qatı əleyhdarı, ekoloqların ruporu, müxalif Paşinyan bu gün artıq qızıl hasilatını yeniləməyə icazə verib, bununla da öz tərəfdarlarının kəskin mənfi qıcığını doğurub. Paşinyanı hakimiyyətə gətirmiş xalq ondan, ən azı, qabaqkı hökumətin sosial-iqtisadi xəttini davam etdirməməyi gözləyirdi. Amma, bu olmadı. Elə həmin pensiya islahatı, adamların cibini kəsən həmin vergiqoyma yenilikləri – və bütün bunlar pisləşən ekologiya fonunda. Durum o dərəcədə ciddiləşə bilərmi ki, Nikol Paşinyan postunu tərk etməli olar? Bəli, çünki çoxları onda xilaskar görürdülər, onun hər bir yeni hərəkəti isə məyusluq doğurur. Mədənin istismarı haqda qərar hətta hakim“Vətəndaş müqaviləsi” partiyasının özündə də üzvləri iki düşərgəyə böldüsə, deməli, tezliklə yeni etiraz hərəkatlarının yeni liderlərini görərik. İstisna deyil ki, etirazlar sürəkli olacaq, qışın gəlişilə fəallıq azalacaq, hakimiyyət də hər yolla onu boğacaq: həbslər, saxlamalar, aksiya keçirməyə qadağalar. Bu, yeni inqilaba, ya da ola bilsin, hətta çevrilişə dönüşə bilərmi – hələlik hər hansı bir proqnoz vermək çətindir. Amma Paşinyan ekoloqların etiraz əhvali-ruhiyyəsiylə bağlı məsələni həll etməyəcəyi halda baş nazir kürsüsünü verməli olacaq. Bu etiraz əhvalatında, ən azı, daha bir oyunçu var –  parlament divarlarından və hökumətdən qıraqda qalmış, əvvəllər hakim Ermənistan Respublika Partiyasının təmsilçiləri. Onlar etiraz əhvali-ruhiyyəsini qızışdırmaqdan ötrü belə bir əlverişli imkanı əldən buraxmazlar. Nəticədə Paşinyan küçədə görünə bilər və tamamilə ağlabatandır ki, Amulsar qızıl mədəninin istismarı haqda öz hökumətinin qərarını ləğv etmək və ölkənin günbəgün pisləşən ekologiyasının qorunması uğrunda uğurla mübarizə aparar”.

Ermənistanın “1in .am” sayıt da Paşinyan ətrafında halqanın daraldığını yazır: “Vəziyyət sürətlə gərginləşir. Baş nazirin ötən il üçün verdiyi vədlər əsasən yerinə yetirilməyib və ya Paşinyan tərəfindən edilən iddialar, yumşaq deyilsə, reallıqdan uzaqdır. Nikol Paşinyan bir il bundan öncə belə demişdi: “Biz sizə söz vermişdik ki, Ermənistanı talayanların hamısını növbə ilə bir-bir müəyyən edəcəyik və biz növbə ilə Ermənistan Respublikasının bütün talançılarını müəyyən edirik. Ancaq mən demək istəyirəm ki, bizim korrupsiya ilə mübarizədə mühüm vəzifəmiz həbsxanaların doldurulması deyil, sizdən oğurlanan pulların qəpiyinədək xalqa və dövlətə qaytarılmasıdır”. Ötən il ərzində korrupsiyaya görə ittiham hökmləri verilməyib, keçmiş sistemin ikonik şəxsləri, Robert Köçəryan istisna olmaqla, azadlıqdadırlar və sakitcə oğurlanmış pullarla kef çəkirlər, bir sıra hallarda da yeni hakimiyyətlə açıq və ya örtülü formada əməkdaşlığa girirlər. Məsələn,  Paşinyanın “əsrin rüşvətxoru” elan etdiyi, 14 milyon dollar rüşvət almaqda ittiham olunan sabiq təbiəti mühafizə naziri Aram Arutyunyan “etibarlı şəkildə” hüquq-mühafizə orqanlarından gizlənir. İndi elə alınır ki, korrupsiya əleyhinə ən səs-küylü ifşa işi kimi Manvel Qriqoryanın “konservləşdirilmiş ət” işi görünür.

Əlbəttə, indi çoxları deyə bilər ki, problem cinayətkar oliqarxiya sisteminin qalığı olan məhkəmə hakimiyyətidir, onlar keçmişdə baş vermiş cinayətlərin açılmasına və dövlətin modernləşdirilməsinə əhəmiyyətli şəkildə mane olur. Bu, əlbəttə, belədir, lakin bu problemi bir il bundan öncə bizim hamımızdan çox Nikol Paşinyan dərk etmişdi. Ötən ilin tarixi mitinqində o demişdi: “Bütünlükdə mən bu yaxınlarda bizim məhkəmə sisteminin bugünkü durumunu təsbit etməyi, ciddi müzakirə etməyi və keçid ədalət mühakiməsi orqanlarının yaradılması haqqında qərar qəbul etməyi son dərəcə vacib hesab edirəm. Çünki keçid dövrü üçün yaradılacaq ədalət orqanları bizə yalnız ona görə vacib deyil ki, bizim məhkəmə sisteminin korrupsiyalaşmış üzvlərinin çoxuna xalq inqilabı çatmır. Həm də ona görə vacibdir ki, bizim qanunvericiliklə bağlı müəyyən çətinliklər yarana bilər. Məsələn, “Qanunsuz varlanma haqqında” qanun 1 iyun 2017-ci ildən qüvvəyə minib və həmin tarixədək oğurlananların geri qaytarılmasında formal olaraq çətinliklər yarana bilər”.

İl ərzinddə heç nə dəyişməyib: hökumətin cinayətkarcasına hərəkətsizliyi kontekstində, məhkəmə hakimiyyəti açıq şəkildə inqilab gündəliyinə meydan oxuyur, hökumət isə konseptual qərarlarının olmaması ucbatından özünün atdığı emosional və düşünülməmiş addımları ilə, mahiyyətcə,  keçid ədalət orqanları alətlərinin tətbiq edilməsi prosesini batırıb, Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhran dalana dirənib. Bundan əlavə, hökumətin peşəkarlığının olmaması və özünü itirməsi ona gətirib çıxarıb ki, “1 Mart işi” legitimliyini itirmə təhdidilə qarşı-qarşıya qalıb.

Ancaq Nikol Paşinyan və komandasının “Axilles dabanı” olaraq xarici siyasət qalmaqda davam edir. Bəzən belə təəssürat yaranır ki, hakimiyyət zirvəsində xarici siyasət haqqında dərin təsəvvürü olan adam yoxdur. Bir il bundan öncə Nikol Paşinyan mitinqdə demişdi: “Birmənalı olaraq deyə bilərəm ki, erməni-rus münasibətləri nəinki pis deyil, respublikaçılara və onların əlaltılarına rəğmən, yaxşıdır və getdikcə daha yaxşı olacaq. Bu, misli olmayan əməkdaşlıq olacaq və bu, onun konkret sübutu olacaq ki, biz ardıcıl şəkildə, bəli, münasibətlərimizin yeni səviyyəyə yüksəldilməsi istiqamətində gedirik”.

Baş nazir tərəfindən qeyd edilən “misilsiz” layihə Suriyaya, necə deyərlər, humanitar missiya göndərmək imiş. Yeri gəlmişkən, hətta Serj Sarkisyan belə ona qarşı çıxmışdı. Lakin Nikol Paşinyan Putini məmnun etmək üçün buna razı oldu. Paşinyan bu “misilsiz” addımı ilə, əlbəttə, Putinin etibarını bərpa edə bilmədi, lakin erməni-amerikan münasibətləri, mahiyyətcə, böhrana girdi.  Erməni-rus münasibətləri heç vaxt belə – bu qədər böhranlı olmayıb. Moskva nəinki Robert Köçəryanı açıq şəkildə dəstəkləyir və “1 Mart işi”ndə adı keçən iki mühüm şəxsə sığınacaq verib, cinayət ortaqları olan general Miqran Poqosyanı ekstradisiya etməkdən imtina etməklə, İrəvana şapalaq vurub.

Lakin ötən il ərzində hakimiyyətin dəyərlər sistemi və təsəvvürləri kardinal şəkildə dəyişib. Bu, daha pisdir. Əgər Nikol Paşinyan bir il bundan öncə Aqordakı mitinqdə yalnız demokratiyadan danışırdısa, hazırda hətta Cermuxa getməkdən imtina edərək, Amulsar qızıl mədənindən danışır. Vəziyyət kəskin dəyişib, Nikol Paşinyan Nikol Paşinyana qarşı qoyulur. Və bu, cəmi bir il ərzində baş verib”. Bütün bunlar Ermənistanın bütün istiqamətlərdə ciddi şəkiləd iflasa uğramaqda olduğunu aydınnümayiş etdirir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ