şənbə günü, 07 noyabr 2026
     

ABŞ-ın Qarabağ siyasəti Ermənistanda daha çox narahatlıq yaratmağa başlayır

Image


İşğalçı Ermənistanın bütün cəhdlərinə baxmayaraq, ABŞ-ın bu ölkəyə münasibəti heç də İrəvanın istədiyi səviyyədə deyil. Ermənistanla iqtisadi münasibətlərini getdikcə məhdudlaşdıran, bu ölkəyə, eləcə də zəbt edilmiş Azərbaycan ərazilərində yaradılan separatçı rejimə maliyyə yardımlarını azaldan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə ilgili real mövqeyi də Ermənistanda xoş qarşılanmır.

Məsələ burasındadır ki, ABŞ əvvəlki qaydada Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu baş nazir Nikol Paşinyanın Xankəndidə verdiyi məlum bəyanata Vaşinqtonun münasibəti də aydın surətdə nümayiş etdirir. Xatırladaq ki, bununla bağlı ABŞ səfirliyinin verdiyi açıqlamada əsas diqqət həmsədrlərin bu il martın 9-da yaydığı bəyanata yönəldilib: "ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq tərəflərə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllində kömək etmək üçün qətiyyətli olaraq qalır. Minsk Qrupunun həmsədrləri tərəfləri dəfələrlə gərginliyi azaltmaq üçün tədbirlər görməyə və konstruktiv danışıqlara şərait yaradan mühiti dəstəkləməyə çağırıb. Sizi Minsk Qrupunun həmsədrlərinin bu məsələyə dair açıqlamalarına, xüsusən də 9 mart 2019-cu il tarixli mətbuata açıqlamasına yönəldirik". ATƏT-in Minsk Qrupunun həmsədrlərinin həmin vaxt yaydıqları bəyanatda isə deyilir ki, münaqişənin ədalətli və davamlı həlli ərazi bütövlüyü, bərabər hüquqluluq üzərində qurulmalıdır: “Bu, həmçinin, 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi”.  Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

Bütün bunlar bir daha təsdiq edir ki, ABŞ-ın məsələyə yanaşması indiki halda Azərbaycanın maraqları ilə uzlaşır. Elə ABŞ-ın yaydığı açıqlama da Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana verilmiş vacib dəstək sayılır. Bütün bunlar o deməkdir ki, ABŞ ilk növbədə ətraf rayonların Azərbaycana qaytarılması, Qarabağın yekun statusuna aydınlıq gətirilməsi variantına üstünlük verir. Bu, vaxtilə “Madrid prinsipləri” çərçivəsində sabiq prezident Serj Sarkisyanın da razılaşdığı bir həll variantıdır. Beləliklə, ABŞ prezidentinin müşaviri Con Boltonun Cənubi Qafqaza səfəri zamanı “İşğal altındakı ərazilər boşaldılmalıdır” ismarışından sonra da Vaşinqton yenə bu mövqeyində qalır. Bundan qabaq da bir neçə dəfə Vaşinqton tərəfindən Bakının icazəsi olmadan danışıqlar formatının dəyişdirilməsinin mümkünsüzlüyü bildirilmişdi. Qeyd edilənlər həm də onun təsdiqidir ki, Paşinyanın gələn ay ABŞ-a planlaşdırılan səfərindən də Ermənistan özü üçün hansısa nəticə əldə etməyəcək. Bütün bunlar İrəvanda getdikcə daha böyük təşviş doğurur. ABŞ-da fəaliyyət göstərən Amerika Erməniləri Milli Komitəsi (ANCA) də Vaşinqtonun İrəvana münasibətinin heç də qənaətbəxş səviyyədə olmadığını diqqətə çatdırır. Qurum bildirir ki, məhz bu səbəbdən Ermənistana 140 milyon dollarlıq qrant verilməsi istəyi ilə ABŞ-a ünvanladığı son müraciətəinə də müsbət cavab ala bilmir.  Digər tərəfdən, elə bu günlərdə ABŞ-ın Ticarət Nazirliyinin iki erməni şirkətinə sanksiya tətbiq etməsi tərəflər arasında münasibətlərin gərginləşən xətt üzrə inkişaf etməkdə olduğunu göstərir.

Qeyd edək ki, Ermənistan ABŞ-ın Ticarət Nazirliyinin iki erməni şirkətinə sanksiya tətbiq etməsinə görə rəsmi Vaşinqtona etiraz edib. Etiraz bəyanatını sanksiyaya məruz qalan İrəvan Elmi-Tədqiqat Rabitə İnstitutu QSC (İrNİSS) və “Markel” QSC-nin rəhbərliyi yayıb. Şirkətlərin rəhbərlikləri ABŞ-ın ittihamlarını qəbul etmədiklərini, bu barədə Ermənistanın Amerikadakı səfirliyinin məlumatlandırıldığını bildirib. Bəyanatda ABŞ Dövlət Departamenti qərəzdə ittiham olunub. Xatırladaq ki, avqustun 13-də ABŞ Ticarət Nazirliyi sözügedən iki erməni şirkətinə sanksiya tətbiq edildiyini açıqlayıb. Məlumatda bildirilib ki, İrNISS və “Markel” QSC ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Siyahısından lisenziyasız mallar alaraq təkrar ixrac edib. Ayrıca, İrnİSS-in icraçı direktoru və “Markel” QSC-nin prezidenti ABŞ-ın sanksiyaları altında olan İran şirkəti ilə işbirliyində ittiham olunub. Şirkətlərin “qara siyahı”ya daxil edilməsinin səbəbləri ABŞ Federal Reyestrinin saytında dərc edilmiş sənəddə yer alıb.

ABŞ Araşdırmaları Mərkəzinin rəhbəri Suren Sarkisyan isə etiraf edir ki, baş verənlər İrəvan və Vaşinqton arasında münasibətlərin pisləşməkdə olduğunu nümayiş etdirir. Bu durumda sentyabr ayında Nikol Paşinyanın ABŞ-a səfəri və bu səfərin əhəmiyyəti haqqında aylar öncə bəyanat verilməsi, bu səfərdən hansı gözləntilərin olmasına dair fikirlərini açıqlayan Sarkisyanın sözlərinə görə, İrəvan Vaşinqtondan nələrsə əldə etməyə artıq böyük ümidlər bəsləməməlidir: “Belə vəziyyətdə ABŞ prezidenti ilə Paşinyanın görüşünün baş tutacağı barədə Xarici İşlər Nazirliyi dəqiq məlumat verməsə də, ABŞ-la siyasi dialoq sahəsində yüksək səviyyədə əməkdaşlıq çatışmazlığı özünü göstərir. Bir il bundan əvvəl Ermənistan hakimiyyət orqanlarının söz açmasına baxmayaraq, Paşinyan-Tramp görüşü bu dəfə də baş tutmayacaq. Bu səfər icma səviyyəli səfər adlandırıla bilər. Kaliforniya ştatının rəhbərliyi ilə görüşün olacağı istisna edilmir. Eyni zamanda Kaliforniyanı təmsil edən senat və konqresmenlərlə də görüş baş tuta bilər. Vaşinqtona səfər, o cümlədən Paşinyan-Tramp görüşü nəzərdə tutulmayıb, daha doğrusu, ABŞ belə görüşü rədd edir. Bu günə qədər nə keçmiş hakimiyyət, nə də indiki hakimiyyət nümayəndələrinin Tramp administrasiyasını təmsil edənlərlə yüksək səviyyədə görüşü olmayıb. Belə bir vəziyyətin ABŞ-la ortaq gündəm olmayanadək davam edəcəyini düşünürəm.

Minalanmış sahələrin minalardan təmizlənməsi məqsədilə Qarabağdakı rejimə ayrılan maliyyə yardımının dayandırılması məsələsinin müzakirə mövzusu olmasına gəldikdə, Vaşinqton ekspertləri hesab edir ki, Qarabağa yardımın dayandırılması Ermənistanın Suriyada iştirakına birbaşa cavabdır. Bu fikirlə razıyam və cəmi bir-iki aydan sonra 2020-ci il üzrə ABŞ-ın büdcəsinin qəbul ediləcəyi bir vaxtda Qarabağa yardımın ayrılmasından artıq söhbət gedə bilməz. Bu yardımın dayandırılmasının qarşısını Ermənistan yox, yalnız erməni lobbisi ala bilərdi. Amma bu dəfə erpməni lobbisi də aciz vəziyyətdə qaldı. Düzdür, senatorlar və konqresmenlər məktubla USAID-ə müraciət edərək, istənilən halda Qarabağa yardımın dayandırılmamasını xahiş ediblər. Lakin ortada nəticə yoxdur”.  “ABŞ büdcəsi ilə bu yardım davam etməsə də USAID təşkilatının maliyyəsi hesabına aparıla bilərmi” sualına Sarkisyan belə cavab verib: “Ümumiyyətlə, büdcə layihəsində Qarabağa ayrılan yardım cümləsi çıxarılıb və məhz bu layihə müzakirəyə qoyulub”.
O qeyd edib ki, senator və konqresmenlərin, həmçinin bəzi bir neçə nüfuzlu şəxslərin administrasiyaya təzyiqinin nə dərəcədə effektiv olacağını demək çətindir: “İstənilən halda, USAID müstəqil şəkildə yardım edilməsi haqqında qərar qəbul edə bilər. Təşkilat yekunda həmin cümləni büdcə layihəsinə artıra və Konqresin təsdiqinə göndərə bilər. Ermənistan hakimiyyəti tərəfindən vurğulanır ki, Suriyaya hərbi qoşun göndərilməsi ikitərəfli münasibətlərə təsir edə bilməz və ABŞ tərəfindən müsbət anlayış gözləyir. Lakin ABŞ tərəfi ifadə edir ki, sizin qərarı diqqətə alaraq, bundan irəli gələn bütün nəticələrə görə özümüz qərar verməklə, aparılan siyasətə yenidən baxacağıq. Həmçinin, iki erməni şirkəti İran və Rusiya ilə əməkdaşlıq etdiyinə görə sanksiyaya məruz qalıb. Bu şirkətlər sanksiyalara məruz qalmış rus və İran şirkətləri ilə əməkdaşlıq ediblər. Bu, anti-Rusiya və anti-İran sanksiyalarının Ermənistana təsir etməyəcəyi iddialarına cavabdır. Həmişə qeyd etdiyim kimi, ikinci dərəcəli təyinatlı sanksiyalar Ermənistana da zərbə vurur. Artıq Ermənistanda sanksiyalara məruz qalan təşkilatların olduğunu unutmamaq lazımdır”. Sarkisyanın fikrincə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar birbaşa və ya bilavasitə mütləq Ermənistan iqtisadiyyatına zərbə vuracaq: “Ermənistanın digər şirkətlərinin də İran və Rusiya təşkilatları ilə əməkdaşlıq etdiklərinə görə sanksiyalara məruz qalacağı istisna olunmur. Təbii ki, bu məsələdə diqqətli olmaq lazımdır, çünki ABŞ hər hansı ölkəyə və ya hər hansı təşkilata istisna şamil etmir. ABŞ-İran və ya ABŞ-Rusiya münasibətlərində hər hansı müsbət niyyət nəzərə çarpmır. Yaxın 10-15 il ərzində Rusiya-ABŞ münasibətlərinin normal axarına qayıdacağını düşünmürəm. Çünki qəbul edilən hüquqi aktlar və bunların əsasında tətbiq edilən sanksiyalar Konqres tərəfindən qəbul edilib və bunları dəyişmək çox çətin olacaq. Belə bir nümunə olaraq SSRİ vaxtında Cekson-Venik sanksiyalar qanunvericiliyinin qəbul edildiyini və 20 il qüvədə qaldığını xatırlada bilərəm. Ona görə də Rusiya-ABŞ münasibətlərinin yaxın gələcəkdə normallaşmasını gözləməyə dəyməz. Eyni şey İran-ABŞ münasibətlərinə də aiddir. Ola bilər, onlar danışıqlar masası ətrafında otursunlar, hansısa məsələlər ətrafında razılığa gəlsinlər, lakin onlar əks qüvvələr olmaqda davam edəcəklər. Çünki dünyanın müxtəlif bucaqlarında bu ölkələrin maraqları nəinki üst-üstə düşmür, hətta əksinə, bir-birinə qarşı ziddiyət təşkil edir. Belə vəziyyətdə Ermənistanın ortada qalması və ABŞ-ın hədəfinə çevrilməsi aydın görünür. Məhz bu vəziyyətdə ABŞ-ın Azərbaycanla münasibətdə fərqli mövqedə olması ciddi narahatlıq doğurur”. Sarkisyan hesab edir ki, bu hal ABŞ-ın Qarabağ siyasətində də özünü büruzə verərək, Azərbaycanın lehinə işləyəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ