şənbə günü, 07 noyabr 2026
     

İrəvanda 2008-ci il 1 mart hadisələrinin dəhşətli detalları üzə çıxır

Image


Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejim üzərində nəzarəti ələ keçirməyə çalışan Nikol  Paşinyan iqtidarı gələn ilə qədər "Qarabağ klanı"nı tam şəkildə sıradan çıxarmaqda artıq israrlı olduğunu nümayiş etdirir.

Klanın əsas təmsilçiləri sayılan Robert Köçəryan, Serj Sarksiyan, Seyran Ohanyan və digərlərinin hüquqi müstəvidə sıradan çıxarılması üçün 2008-ci il 1 mart hadisələrindən indi daha geniş istifadə olunur. Hazırda istintaq tərəfindən toplanan ifadələr "Qarabağ klanı"nın əsas təmsilçilərinin aqibətinin yaxşı olmayacağını, onları uzunmüddətli həbslərin gözlədiyini deməyə əsas verir. Bunu Ermənistan Baş Qərargahının Kəşfiyyat İdarəsinə 10 il başçılıq etmiş general Arşak Karapetyanın 2008-ci il 1 mart hadisələrinə dair istintaqa şahid qismində verdiyi ifadələr də təsdiq edir.

Qeyd edək ki, Ermənistan ordusunun 2016-cı ilin aprel döyüşlərində aldığı zərbələrə görə Serj Sarkisyan tərəfindən işdən çıxarılan, lakin hazırda baş nazir Paşinyanın müşaviri olan general Karapetyan həmin hadisələr zamanı Azərbaycanla cəbhə xəttindən qoşunların çıxarılıb İrəvana göndərilməsindən danışıb. Karapetyan ifadəsində deyir ki, silahlı qüvvələrin komandanlığı 2008-ci ilin fevral-mart aylarında Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində, xüsusən də Qarabağda cəmləşdiyi bir vaxtda qoşunların İrəvana aparılmasını anlamırdı. Ordunun bəzi hissələri üçün isə bu yerdəyişmə qəbuledilməz idi. Generalın bildirdiyinə görə, nəinki Qarabağdan, hətta Ermənistan-Azərbaycan sərhədindən də qüvvələr çıxarılaraq İrəvana aparılıb. Bunlar isə o vaxt Ermənistana rəhbərlik edən Köçəryan – Sarksiyan cütlüyü üçün əlavə problemlər yaradır.

Xatırladaq ki, bundan əvvəl BBC-nin rus xidməti istintaq sənədlərinə istinadən Qarabağdan İrəvana göndərilən qoşunlara işğal edilmiş ərazilərdə yaradılan  qanunsuz “hərbi birləşmə”nin komandir müavini Ohanovski ləqəbi ilə tanınan, general-mayor Samvel Karapetyanın komandanlıq etdiyini bildirib. İstintaq materiallarına əsasən, həmin qüvvələrin içərisindən nümayişçilərə güllə atmaq üçün 20 nəfərlik dəstələr yaradılıb, onlar Prezident Administrasiyasının zirzəmisində yerləşdirilib. İstintaqın rəyinə görə, bu cinayət əməlində Köçəryan və Sarkisyan, o cümlədən həmin günlərdə böyük nüfuza malik iki oliqarx deputat, “Çiçəklənən Ermənistan” partiyasının lideri Haqik Tsarukyan və Respublika Partiyasının fraksiyasının sabiq deputatı Samvel Aleksanyan da xüsusi rol oynayıb. Məhz belə bir vaxtda “Azadlıq” agentliyinə müsahibəsində general BBC-nin  yaydığı sənədin altında öz imzası olduğunu təsdiqləyib: “Hər hansı əlavə məlumat, yaxud hansısa bir şey unutmuşam deyə, heç bir şey dəyişməyib... nə var yazılıb, imzalanıb, reallıq budur”. Dindirilmədə isə erməni general qeyd edir ki, 2008-ci il fevralın 23-də general-polkovnik Movses Akobyanla birlikdə Köçəryanın keçirdiyi müşavirədə iştirak edib. Bundan 2 saat sonra Qarabağdakı müxtəlif bölmələrdən toplanmış döyüşçülərdən tabor təşkil etməyə və İrəvana göndərməyə dair əmr var. Karapetyanın dediklərinə görə, tərkibində komandiri olduğu snayperlər də olmaqla, İrəvana 300 hərbi qulluqçu ilə gəlib: “Ümumi olaraq toplanmış, tərkibinə zabit və gizirlərin daxil olduğu tabor İrəvana ştat silahları, tam sursatla, özlərinin döyüş silahları ilə gəlib. Qoşun adi geyimdə olub. Lakin İrəvana gəldikdən sonra geyimlərin fərqlənmə nişanlarını söküblər”. O, həmçinin qeyd edib ki, şəxsi heyət Qarabağdakı qoşunların qeydiyyat nişanları olan avtomobillərində olub. Lakin İrəvanda nömrələr dəyişdirilərək Ermənistan Müdafiə Nazirliyinin nömrələri taxılıb. O, qanunsuz “hərbi birləşmə” komandirindən verilən əmrə görə, qoşunların İrəvan qarnizon rəisinə hazırda 1 mart hadisələrinə görə ittiham edilən Yuri Xaçaturova tabe olacağını bilib. Verilən təlimatları Karapetyana əməliyyat qərargahının növbətçisi ötürüb. Lakin əməliyyat qərargahının harda yerləşməsindən xəbəri olmayıb. Onun Xaçaturovla yalnız hökumət binasında görüşdüyü deyilir. Ohanovskinin ifadələri indiki şəraitdə Köçəryan və Sarkisyan üçün qeyri-qənaətbəxş vəziyyət yaradır. Hətta bu bir ifadə belə onların konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd etməkdə ittiham edilərək uzun zaman azadlıqdan mərhum edilməklə mühakimə olunmasına yetərlidir. Ohanovskinin ifadəsi "Qarabağ klanı"nın liderlərini yalnız hüquqi cəhətdən yox, siyasi platformalarda da məhv edir. Ohanovski faktiki olaraq Silahlı Qüvvələrin siyasi proseslərə müdaxilə etməsinin birbaşa Köçəryanın əmri ilə həyata keçirildiyini sübut edir. Başqa sözlə, ölkədə cinayətkar oliqarx sistemin saxlanması məqsədilə konstitusiya quruluşunun dağılması baş verib. Məhkəmədə ordunun 1 mart hadisələrinə qarışmasını birmənalı şəkildə inkar edən Köçəryan üçün bu ifadə hüquqi baxımdan əməlli-başlı problem yaradacaq. Ermənistanın “Armlur” xəbər portalı bu xüsusda yazır: “Ohanovskinin ifadəsinə yekun vuraraq təhlil etsək, belə çıxır ki, o özünü Köçəryanı qurban verməklə qurtarıb. İlkin araşdırma orqanı tərəfindən səmərəli iş aparıldığı halda asanlıqla 1 mart qətllərinə məhz Ohanovskinin rəhbərlik etdyini əsaslandırmaq olar. Onun snayperlər qrupuna rəhbərlik etməsi bu versiyanın xeyrinə xidmət edir. O, İrəvana xüsusi missiya ilə gətirilib. Ona görə ki, Köçəryan və Sarkisyan təlim keçmiş atıcıları Qarabağdan gətirməklə Ermənistandakı güc strukturlarının rəhbərlərinə güvənməyib”. Bütün bunlar 1 mart qətllərinə görə aparılan istintaqın tezliklə  "Qarabağ klanı"nın axırına çıxa biləcəyini istisna etmir.

Klanın məhvindən sonra Paşinyanan zəbt olunmuş ərazilərdə gələn il keçiriləcək “prezident seçkilərində” öz adamını separatçıların başına gətirə biləcəyini yazan “Jamanak” qəzeti bildirir ki, bu fonda Qarabağ rejiminin lideri vəzifəsi uğrunda mübarizə daha da gərginləşir. Qəzet bildirir ki, qondarma rejimin “xarici işlər naziri” Masis Mailyan 2020-ci ildəki “prezident seçkisi”ndə iştirak edəcəyini açıqladıqdan sonra ”Qarabağ klanı”nın indiyə qədər əsas namizədi olacağı təxmin edilən Vitali Balasanyanın mövqeləri zəifləməyə başlayıb. Qəzet qeyd edib ki, Mailyanın namizədliyini irəli sürməsi fikri reallaşacağı halda onu qondarma rejimin indiki rəhbəri Bako Saakyan, eləcə də hakimiyyətyönlü Demokratik Partiya və ”Daşnaksütyun” da dəstəkləyəcək. Qeyd edək ki, Balasanyan qondarma rejimin "təhlükəsizlik şurası"nın keçmiş rəhbəridir. O, indiyə qədər hazırkı Ermənistan hakimiyyətilə ən sərt qarşıdurma yaşamış şəxs sayılır. Erməni mətbuatı Balasanyanın məhz bu qarşıdurmaya görə Paşinyanın istəyi əsasında istefaya göndərildiyini bildirib. “Jamanak”  yazır ki, ”Qarabağ klanı” arasında yaranmış ziddiyyət də indiki halda Paşinyanın lehinə işləyir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ