20/09/2019 23:11
728 x 90

Elxan Poluxov Prezident İlham Əliyevin məktubunu Trinidad və Tobaqo prezidentinə təqdim etdi - FOTO

img

Məlumat üçün bildirmək istərdik ki, 19 avqust 2019-cu il tarixdə, İqamətgahı Brazilia şəhərində olmaqla, Azərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov ölkənin paytaxtı Port of Spain şəhərində birsıra ali dövlət rəsmiləri ilə görüşlər keçirib. 

Trinidad və Tobaqo Respublikasının Prezidenti vəzifələrini müvəqqəti olaraq icra edən Senatın sədri, xanım Kristina Kanqalu ilə Prezident Sarayında görüşü zamanı səfir Elxan Poluxov Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə toplantısına dəvət məktubunun əslini ona təqdim edib və qarşı tərəf məktubu məmnuniyyətlə qəbul edib.

Bundan başqa, görüş zamanı ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri ilə yanaşı, təhsil sahəsində də əməkdaşlıq məsələləri müzakirə olunub. 
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təhsil qrantı layihəsi Kristina Kanqalu tərəfindən maraqla qarşılanıb.
Bundan əlavə, səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunaraq həmsöhbətini məlumatlanıb. 

Həmin gün səfir Elxan Poluxov Trinidad və Tobaqo Parlamentinin spikeri, xanım Bridgid MeriAnizet-Corc ilə də ölkə Parlamentində görüş keçirib.

Görüş zamanı parlamentlərarası dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi, Beynəlxalq tədbirlərdə qarşılqlı dəstək imkanları müzakirə edilib. Bundan başqa, səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. Cavab olaraq, xanım Bridgid Mary Annisette-George məsələni dərindən öyrənəcəklərini bildirib.
Səfir Elxan Poluxov eyni gündə Trinidad və Tobaqo Respublikasının Xarici və Karikom İşləri naziri Denis Mozes ilə də görüş keçirib.

Görüş zamanı tərəflər siyasi və iqtisadi sahədə əlaqələrin genişləndirilməsinə dair maraqlarını ifadə edib, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında, həmçinin Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təhsil qrantı layihəsi haqqında həmsöhbətini ətraflı məlumatlandırıb. 

Nazir Denis Mozes Azərbaycan Respublikasının multikulturalizm təcrübəsini dəstəklədiklərini bildirərək, təhsil sahəsində qrantlara görə təşəkkürünü ifadə edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında mülki əhalinin çəkdiyi əziyyətin təəssüf doğurduğunu bildirib. 

Bundan əlavə, tərəflər parlamentlərarası diplomatiyanın inkişafına tam dəstək verdiklərini və ikitərəfli əlaqələri tənzimləyən hüquqi bazanın yaradılmasının vacibliyini vurğulayıblar.

Son xəbərlər