şənbə günü, 07 noyabr 2026
     

Şəbəkə radikalları - Əli Kərimli - Mübariz Mənsimov üçbucağında “yeni İbrahimbəyov” doğuluşu… - Aydın QULİYEV yazır

Image


Xarici ölkələrdə əslən Azərbaycandan müəyyən sayda zəngin iş adamlarının olması qürurverici fakt olsa da, bəzən, əsasən də xarici ölkələrin vətəndaşlığını qəbul etmiş həmin varlı soydaşlarımızdan siyasi məqsədlər üçün istifadə etmək niyyətləri ortaya çıxır və bəla budur ki, özləri də buna həvəslə gedirlər.

Belə təzahürləri əvvəllər ölkənin həssas məqamlarında hiss etmişik. Heç də uzaq olmayan keçmişdə, 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində məhz “milyarderlər kartı” ilə ölkəmizə təzyiqlər edildiyi unudulmayıb. Yadınızdadırsa, həmin vaxt hətta Azərbaycan hakimiyyətinə meydan oxumaq kimi cəsarətə sahiblənən “Milyarderlər ittifaqı” adlı bir qurum da təsis olundu. Sonra həmin ittifaqdan ilhamlanaraq Rüstəm İbrahimbəyov kimi qeyri-siyasi bir şəxs hətta radikal müxalifətin “birləşdirici” fiquru olmaq ümidi ilə səhnəyə çıxarıldı. Onu 2000-ci illərdə Balkanlarda hakimiyyətə gəlməyi bacarmış Koştunitsa ilə də müqayisə edirdilər. Əslində isə məlum oldu ki, o vaxtlar R.İbrahimbəyov üçün siyasi katalizator rolunu Moskvada qərar tutmuş əslən azərbaycanlı milyarderlərin pulu oynayırmış. Proseslərin qızğın vaxtında Putin Bakıya səfər etdi. İlham Əliyevlə keçirilən görüşlərdən sonra R.İbrahimbəyovun kartı qapanmış oldu. Keçmişə bu ekskursu təsadüfən etmədik. Əslində nəhənglərin bir adi tərpənişi ilə kənardan böyük görsənən karton evciklərin rahatca dağılması nümunəsini gördük.

Bizi bu xatırlatmaya vadar edən səbəb son vaxtlar xarici ölkədə yaşayan və əslən azərbaycanlı olan milyarderlərdən birinin indi məhz siyasi zəmində fəallaşması, əslində fəallaşdırılmasıdır. Son zamanlar, xüsusilə də sosial şəbəkələrdə aktivləşən Mübariz Mənsimov Azərbaycan hakimiyyətinə qarşı radikal mövqedə dayanan müxalifət liderlərindən heç nə ilə fərqlənməyən mövqelər sərgiləməyə başlayıb. Mübariz Mənsimovun Azərbaycan dövlətinə qarşı məlum kampaniyaçılığın aparıldığı dönəmdə aktivləşməyə başlaması təsadüfə oxşamır. Gəncə hadisələrinin ildönümü günlərində və TANAP-ın istifadəyə verilməsi ərəfəsində radikal islamçı qrupların Azərbaycan əleyhinə açıq hücumlar etdiyi bir vaxtda Mənsimovun fəallaşmasının başqa nə mənaları ola bilər? Mənsimov, əslində bütün Azərbaycan hakimiyyətini hədəf alan açıqlamalarını SOCAR üzərindən edir. Hədəf olaraq SOCAR-ı seçir və həmin mövzuda sadə vətəndaşların psixikasına hesablanan populist çıxışlar edir. Son paylaşımlarında isə təhqirə, söyüşə, hətta şantaja keçib.

  • Gəmisi batırılan kimdir?

Son günlər Məhəmməd Əmin Rəsulzadə gəmisi ilə baş vermiş insidentlə əlaqədar “Palmali” Şirkətinin rəhbəri ilə bəzi media qurumları arasında ciddi söz savaşı da müşahidə olunur. Sosial şəbəkələrdə də Mənsimovu dəstəkləyənlər və əlehdarları arasında qızğın polemika gedir. Mübariz Mənsimov bu yaxınlarda təntənəli açılışını etdiyi və media üzərindən ciddi piarını apardığı  Məhəmməd Əmin Rəsulzadə adlı gəminin başqa gəmi ilə toqquşması faktını Azərbaycan hakimiyyətinin  üzərinə atmaq istəyir. Açıq şəkildə iddia edir ki, yeni ad verdiyi gəmini Azərbaycan hakimiyyəti ilə sıx bağlı olan  dairələr  batırmaq istəyib. Çox maraqlı və təzadlı vəziyyət yaranır. Nə vaxtdan Mübariz Mənsimov Rəsulzadəni Azərbaycan hakimiyyətindən çox sevməyə başlayıb? Onda ADR rəhbərinə belə aşırı sevgi var idisə,  niyə M.Ə. Rəsulzadənin adını öz gəmilərinə lap sonda verirdi? Hətta Mənsimov sabiq MTN rəhbəri Eldar Mahmudovun atası Əhməd Məhmudovun adına belə gəmi verəndə Rəsulzadə onun yadına düşmürdü? Azərbaycanda özünə yaxın olan media mənsubları Rəsulzadə gəmisini böyük bir hadisə kimi təqdim edəndən sonra həmin gəminin məhz kimlərsə tərəfindən batırılmaq cəhdi ilə bağlı növbəti dezinformasiyanı dövriyyəyə buraxıb.

Maraqlıdır ki, sosial şəbəkə araşdırmaları Mübariz Mənsimovun fəaliyyətlərinə son vaxtlar Əli Kərimlinin tərəfdarları olduğu deyilən “trolların” daha fəal dəstək verildiyini fenomen kimi ortaya qoyur. Axı indiki Azərbaycan hakimiyyəti Mübariz Mənsimova qarşı hələlik hansısa siyasi təqib və ya siyasi xarakterli ittiham jestləri nümayiş etdirməyib, ümumən onun iqtisadi və ya maliyyə kontekstində sıxışdırıldığı barədə nəticəyə əsas verən bir şey də yoxdur. Ancaq görünən odur ki, Mənsimov nəyin bahasına olursa olsun, onunla SOCAR arasında baş verənləri siyasiləşdirməkdə və ya ən azı, siyasi məsələ kimi təqdim etməkdə maraqlıdır. Beləliklə, bu gün formaca ayrı-ayrı müstəvilərdə oturmuş Əli Kərimli və Mabariz Mənsimovun ətrafında cərəyan edən proses və təzahürlər əslində bir-birini tamamlayır və əlaqəlidir. Ortada mövcud olan oxşarlıqlar az qala fakt kimi dil açaraq danışmaq istəyir. Əli Kərimli siyasətdə müflisləşmiş və perspektiv baxımından “opallaşmış” fiqur olduğu halda, Mübariz Mənsimov biznesdə müflisləşmə relslərinə təzə-təzə düşən, perspektivi təbii ki, “opallaşmağa” doğru gedən fiqurdur. “Dərdli dərdlini tapar” məntiqi ilə düşünsək, aradakı oxşarlıqların hər iki fiqur üçün bundan sonra eyni tele ssenarisi yaza biləcəyi istisna deyil. Mənsimovun düzəltdiyi gəmi sözün həqiqi mənasında batdığı kimi, Əli Kərimlinin siyasi “gəmi”sinin çoxdan batdığı analitik düşüncəli siyasi dairələr üçün bir reallıqdır.

  • Əli Kərimlinin radikal “trolları” Mənsimovun yanında...

Beləliklə, sosial şəbəkələrdə indiyədək əsasən Əli Kərimovun yanında və əlinin altındakı kimi görünən “trollar”ın bu gün həm də Mübariz Mənsimovu aktiv şəkildə müdafiəyə baş vurmasının arxasında xeyli maraqlı mətləblər görünür. Əli – Mübariz – sosial şəbəkə radikallarından ibarət üçbucaq məkanda radikallar və Mübariz Mənsimov daha fəal və təşəbbüskar göründükləri halda, Əli Kərimli özü bir qədər donuq və seyrçi mövqedə görünür. Daha dəqiq desək, Mübariz Mənsimov sosial şəbəkə radikallarının onu müdafiə etməsindən çox məmnun görsənir və hətta istisna deyil ki, sosial şəbəkələrdə aktivliyin bir çoxları üçün şəxsi qazanc mənbəyinə çevrildiyi indiki məqamda Mənsimov “kisə ağzı açaraq” onları müəyyən qədər şirnikləndirir də... Əli Kərimlinin sosial şəbəkələrdəki fəal radikal “trolları” da Mübariz bəyə doğru meyllənməni 1993-cü ildə hakimiyyətdən gedəndən sonrakı dövr ərzində düşmüş maraqlı şans kimi əldən qaçırmaq istəmir, bu yönümdə yaxşıca qazanmaq, Mənsimovun hələlik geniş maddi imkanlarına söykənmək perspektivinin olduğunu görürlər. Bir az da konkret desək, radikal şəbəkə “trolları” “indiyə qədər Əli Kərimli bizə nə verə bildi” və “Mübariz Mənsimov bizə nə verə bilər” suallarının cavabları arasında seçim etməyə başlayıblar. Əli Kərimlinin onlara bundan sonra hər hansı siyasi perspektiv vəd edə biləcəyinə inamlar, demək olar ki, sarsılıb. Əli Kərimliyə daha nə qədər inqilabçı adları vermək olar? Gürcüstanda cəmi bircə dəfə ayağa qalxıb hakimiyyəti dəyişmiş Saakaşvili ilə müqayisə etdilər, heç bir nəticə olmadı. Saakaşvili hakimiyyətə gəldi də, getdi də, üstəlik başqa dövlətdə az qala prezident seçilmək şansına yaxınlaşdığı halda, Əli Kərimov hələ yerində sayır. Onu Yuşşenko ilə müqayisə etdilər, yenə də nəticə hasil olmadı. Təkcə Qırğızıstanda “yüz ilin Akayev dönəmini” devirmiş Bakıyevlə müqayisə etmədilər nədənsə... Bütün bu müqayisələrin serial uğursuzluğundan sonra sosial şəbəkə radikallarının Əli bəyin “böyük siyasi perspektivinə yetişmədən ondan üz çevirmələri tam təbiidir. Bu vəziyyətdə başdan-ayağa siyasiləşmiş radikalların stavkanı Əli bəydən Mübariz Mənsimova doğru dəyişdiklərinin əlamətləri görünür.

  • Mənsimovu Milli Şuranın sədri postunda görmək Əli bəyin maraqlarına cavab verir

Hər üçünün ayrıca maraqları var. Əli Kərimov neçə illik elektoratının Mənsimova doğru meyllənməsini, onu müdafiə etməsini ona görə seyr edir ki, nə siyasi perspektiv, nə də maddi dəstək verə bilmədiyi radikalların bir gün ən ifrat formada onun özünə qarşı duracaqlarından çox çəkinir və sakitcə onların Mənsimovun “qapılarına yaxınlaşmasına” dözür. Radikal şəbəkə “trollarının” marağı həm birbaşa, həm də dolayı xarakter daşıyır. Mübariz Mənsimovun artıq sürətlə azalmağa üz tutmuş varidatından pay qoparmaq onlar üçün birbaşa maddi maraq formasıdır. Dolayı maraq isə Mənsimovun getdikcə özünü, anti-SOCAR müstəvisində olsa da, əslində siyasi hakimiyyət opponenti kimi göstərməkdə maraqlı olması ilə bağlıdır. Radikal “trolların” müəyyən qisminin İlham Əliyev hakimiyyətinə qarşı barışmaz düşmənçilik mövqeyində mıxlandıqları bir faktdır. Belədə onlar “indiyə qədər Əli Kərimlinin ətəyindən, bundan sora isə Mübariz Mənsimovun ətəyindən tutaraq da gedəcəyik” kimi fikirlərin təsiri altına düşürlər. Soruşula bilər ki, bəs üçbucağın vacib tərəfinə çevrilmiş Mənsimovun özünün burada marağı nədən ibarətdir? Mənsimov, əvvəla, sakit bir formada çox iddialı Əli Kərimlini siyasət meydanında sıxışdıraraq, tərəfdarlarına lazım olmayan gərəksiz fiqura çevirir. Bu istiqamətdə ən incə təxminlərdən biri budur ki, Mənsimov hansısa sifarişi (?) yerinə yetirir. İkinci, biznesdə “gəmisi yavaş-yavaş batırılan” Mübariz Mənsimov bu qürubun qarşısını almaq, ya da onu bu günə qoyanlara hədələyici mesajlar göndərmək üçün radikal-narazı siyasi elektoratla birləşdiyini və ya birləşə biləcəyini nümayiş etdirir. Üçüncü, bu gün yarıcan vəziyyətdə olan Milli Şuranın 2013-cü ildəki “çox kirli doğuluş” tarixini yəqin Mübariz Mənsimov da yaxşı bilir və “niyə də olmayım” deyərək, Milli Şuranın başına keçmək imkanlarını götür-qoy edir. Milli Şuranın tarixən hansısa milyarderlərdən mayalanmağa meylli olduğunu, 2013-cü ildə Moskvaya – Abbas Abbasov qrupuna əl ataraq, sonda ibrahimbəyovun üzərində dayandığını nəzərə alsaq, məsələ çox ciddiləşir və biznesdə “batan Mənsimovun” siyasətdə müvəqqəti baş qaldırmaq şanslarının yarandığını görürük. Əslində “Mənsimov Milli Şuranın sədri postunda” perspektivi bu gün Əli Kərimlinin özü üçün də cəlbedicidir. Məlumdur ki, hamının yanında ikinci olmaq onun taleyində özünü çoxdan göstərən bir ənənəyə çevrilib. Elçibəyin yanında oldu, 2003-cü ildə önə buraxdığı Etibar Məmmədovun yanında oldu, sonra İbrahimbəyovun yanına düşdü, 2015-ci ildə Cəmil müəllimi qabağa buraxaraq onun “ikincisi” oldu, bundan sonra bir dönəm də Mübariz Mənsimovun yanında ikinci olmaqla nə itiriləcək ki?! Üstəlik, Mübariz Mənsimova parlaq görüntüsü mahiyyətindən çox-çox böyük olan bir siyasi təşkilat bəxş etməyin “maddi qarşılığı” da olacaq.

Əli Kərimli üçün “olacaq” çox şeylər var hələ... Tək siyasi perspektivdən başqa... Çünki siyasətdə uzun və mənasız yaşayacağının ona açıq deyildiyi 2005-ci ilin konkret söhbətlərindən lazımi nəticələr çıxarmaq istəmədiyi üçün indi hər şeyin gec olduğu məqama yetişib...

Necə deyərlər, “ciyərə qane olmayan pişiyin qənarədən asılması” hökmü-taledir...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ