şənbə günü, 07 noyabr 2026
     

Ermənistanda vəziyyət qarışır – “Paşinyanın qorxulu yuxuları başlayıb”

Image


Son günlərdə işğalçı Ermənistanda xüsüsi diqqət mərkəzində yer alan məsələlərdən biri də sabiq prezident Serj Sarkisyanın həbsə atılacağı ilə bağlıdır. Robert Köçəryandan sonra Serj Sarkisyanın da həbsə atılması Nikol Paşinyan iqtidarının “Qarabağ klanı”na növbəti böyük zərbəsi olacaq.

Xatırladaq ki, Serj Sarkisyanın həbs olunacağına dair məlumatı onun kürəkəni Mikael Minasyan səsləndirib. Mikael Minasyan ölkəsində ötən il baş tutan “məxməri inqilab”ı şərh edərkən bildirib ki, 2018-ci ildə Ermənistanda inqilab yox, hakimiyyət dəyişikliyi baş verib. Ermənistanın Vatikandakı sabiq səfiri olan Mikael Minasyan onu da qeyd edib ki, ötən ilin aprel-may hadisələrini hakimiyyət dəyişikliyi kimi səciyyələndirmək olar. Onun sözlərinə görə, həmin dövrdə ölkədə inqilabi şərait yetişsə də, bu hadisə heç də “məxməri inqilab” olmayıb: “İndiki hakimiyyətin dövrünü isə ən təhlükəli – dərin məyusluq və növbəti kədərli nəticələr doğuracaq şərait kimi qiymətləndirmək olar. Hakimiyyət dəyişikliyindən sonra yeni hakimiyyət xalqı birləşdirmək, qurmaq və yaratmaq, bir sözlə, əsl inqilabi prosesləri həyata keçirmək imkanı qazandı. İnsanların görünməmiş dəstəyindən isə dövlətçilik və xalq naminə istifadə etmək olardı. Bunun üçün keçmişin zəncirlərindən qurtulmaq, yazılmamış qanunların əsiri olmamaq və yeni komanda yaradaraq qeyri-adi nəticələr əldə etmək lazım idi. Aprelin 23-dən sonra Ermənistan üçün uçuş zolağı açıq idi və əlverişli hava mövcud olub”. Amma Paşinyan hakimiyyətinin tamamilə başqa yol seçdiyini təəssüflə qeyd edən diplomat vurğulayıb ki, yeni hökumət islahatları deyil, köhnə qvardiyadan intiqam və qisas yolunu seçdi. O əlavə edib ki, heç bir peşəkar kadr öz fəaliyyətini və həyatını qisasçı hakimiyyətlə birləşdirmək istəməz və qisasın daha bir qisas doğuracağını hamı başa düşür: “Peşəkarların olmadığı hər hansı hakimiyyət isə öz varlığını qorumaq üçün mütləq yeni repressiyalara əl atır. Biz açıq gözlə artıq bu mərhələyə daxil olmuşuq və erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”. Keçmiş  diplomat bu fonda Serj Sarkisyanın da həbsə atılmasının gözlənilən olduğunu vurğulayıb.

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan bununla bağlı bildirir ki, Serj Sarkisyanın yaxın vaxtlarda tutulması haqqında Mikayel Minasyanın müsahibəsi siyasi və informasiya partlayışına təsir edib:  “Bu çoxdan bəlli idi. Üçüncü prezidentin həbs olunması hazırkı baş nazir qrupunun sonuncu jokeridir. Şəxsi laqeydlik, siyasi gücsüzlük, ölkənin gündən-günə ağırlaşan problemlərində uyğunsuzluq və acizliyi ört-basdır etmək üçün qalmaqallı şouların səhnələşdirilməsi məsələlərində ixtisaslaşmış Nikol Paşinyan yaxın günlərdə özünün sonuncu silahına - Serjin həbs olunmasına müraciət edib. İllərlə davam edən yalan, fırıldaqçılıq, nifrət kampaniyası və “günahkar sağ Serjdir” primitiv konseptinin xaç atası əsərləri cəmi bir il yarım müddətdə o qədər pisləşib ki, o, şəxsi siyasi həyatı bir neçə ay uzatmaq üçün bu sonuncu mümkün addıma müraciət edəcək”. Aşotyan qeyd edib ki, Paşinyanın qorxulu yuxuları artıq başlayıb və bu onun sonunu gətirəcək: “Serj oturmağa hazırdır. Serj xalqın xətrinə oturacaq ki, 15 ay əvvəl onun istefasına sevinən minlərlə insan nəhayət hipnozdan çıxmaq üçün tarixi şans qazansın. Yaxşı, onu da oturtdunuz, sonra nə edəcəksiniz? İnsanlara necə izah edəcəksiniz ki, Serjin həbsxanada oturmasından sonra nə üçün onların həyatı yaxşılaşmır, maaşlar artmır, Qarabağ məsələsi maksimal ermənipərəst həllini tapmır, ölkə ətrafında geosiyasi dairə sıxılır? Və vaxtında səhv etmiş, problemlərdən yorulmuş insanlar görəcəklər ki, reallıqda sağ Serj günahkar deyil. Və həqiqi günahkarı çox tez tapacaqlar. Serjin həbs olunması insanların gözlərini açacaq və bu, Nikolun sonunun başlanğıcı olacaq. Onun oturmaq üçün problemi yoxdur. O həmişə xalq marağının tələb etdiyi yerdə olub. Yaxşı, Nikol, indi də səni görüm. Ermənistanı səndən azad etmək üçün bizə kömək et. Serj hazırdır”.

Bütün bunlarla bağlı  “lragir.am” portalı yazır ki, baş verənlər Ermənistan daxilində yeni qarşıdurmanı daha da dərinləşdirəcək: “Ermənistanın Vatikandakı keçmiş səfiri, 2018-ci ildə Ermənistanda inqilabın yetişdiyi, amma başa çatmadığı haqda post edən Mikael Minasyan bir sıra yeni maraqlı açqılamalar verib. Birincisi, o, Serj Sarksyanın və bir sıra generalların tezliklə həbsini ağlabatan sayır, ikincisi, işarə edir ki, Ermənistanın yeni hökuməti, ən azı, üç önəmli məsələni həll etməlidir – Amulsar, İstanbul konvensiyası və Dağlıq Qarabağ problemini. Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan da bundan sonra “Serjin xalqın xatirinə həbsdə əyləşməyə hazır olduğu” və Serj Sarksyanın həbsinin “geri sayımın” başlanğıc atəşi ola biləcyi haqda bildirib.

Minasyan və Aşotyanın bəyanatlarının tonuna görə, Serj Sarksyanın həbsi, praktik olaraq, həll olunub. Və Ermənistanın bir sıra siyasi, informasiya və biznes çevrələrinə Minasyanın təsir imkanları nəzərə alınarsa, istisna deyil ki, Ermənistanda bununla hansısa proseslərə start veriləcək. Yönlər göstərilib – Amulsar, İstanbul konvensiyası və Qarabağ problemi. Amulsara gəlincə, hər şeyə əsasən, mədənin istismarı üzrə hökumətin  müsbət qərarı, ekoloqlar və ictimai qrupların polislə toqquşmaya gətirə biləsi sərt müqaviməti gözlənilir. İstanbul konvensiyasının mümkün ratifikasiyası da siyasi qarşıdurma vasitəsinə çevrilir: konvensiyanın mahiyyəti, demək olar, müzakirə olunmur və söhbət daha çox iğtişaşlar törədəcək hansısa etirazlara hazırlıqdan gedir. Qarabağ probleminə dair isə Azərbaycanda qeyri-adi fəallıq görmək olar. Bundan başqa, Azərbaycan mediasında Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının danışıqlar prosesini batırdığından xəbər verdiyi haqda ideya yaradılır ki, bu da savaşın başlanmasına gətirər. Bakı Rusiya ekspertlərini yardıma çağırmağa, onların dili ilə Nikol Paşinyana danışıqlar formatını dəyişməyin yolverilməzliyi “xəbərdarlığı” etməyə çalışır. Ermənistanın əvvəlki hakimiyyəti Nikol Paşinyanın bəyanatını birbaşa pisləməyib, amma eskalasiya və ya tənzimləmədə arzuolunmaz proseslər halında onu ittiham etmək bəhanəsini qaçırmayacaq. Son həftə hadisələrinin mozaikasına əsasən güman etmək olar ki, Ermənistanın payızı gərgin olacaq. Xüsusən də oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi Birlyinin sammiti baş tutacağına və Rusiya və Ermənistan KİV-lərində Putinin İrəvanda Robert Köçəryanla görüşmək istədiyi haqda məlumat güclü şəkildə şişirdildiyinə görə”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ