20/09/2019 23:08
728 x 90

Türkiyə HDQ-nin axtarış qrupu MiQ-29-un qara qutusunun axtarışlarını davam etdirir

img

Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı axtarış xilasetmə qrupu Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin fraqmentlərini Xəzər dənizindən çıxarıb.

“Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı axtarış xilasetmə qrupu Xəzər dənizinə düşmüş Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qalıqlarının sudan çıxarılması istiqamətində işləri davam etdirir”. Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin Twitter mikrobloqunda dərc olunmuş məlumatda bildirilir.

Nazirlik qeyd edir ki, pilotun və qara qutunun axtarışları hava şəraitinə uyğun həyata keçirilir.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

MiQ-29 təyyarəsinin və pilotunun axtarışı məqsədi ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı axtarış xilasetmə qrupu 10 nəfərlik şəxsi heyətlə Azərbaycana yola salınıb.

Son xəbərlər