20/09/2019 23:04
728 x 90

Azərbaycan Cəmmu və Kəşmir məsələsində rəsmi mövqeyini bir daha bəyan etdi

img

Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır. Baki-xeber.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycan Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllini dəstəkləyir: "Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə Kontakt qrupun üzvüdür. Bu günlərdə İƏT-in Ciddədə mənzil qərargahında Cəmmu və Kəşmir üzrə Kontakt qrupun iclası keçirilib".

Son xəbərlər