20/09/2019 23:11
728 x 90

Honq Konqda və Kəşmirdə dünya müharibəsi təhlükəsi…

img

Dünyada artan siyasi gərginlik bəzi bölgələrdə yeni qarşıdurmalara səbəb ola bilər. Bu fonda Asiya qitəsində son günlər yaşananlar daha çox diqqət mərkəzinə gəlib. Baki-xeber.com xəbər verir ki, bir tərəfdən Hindistanın "Cəmmu Kəşmir" qərarından sonra Pakistandan gələn sərt müharibə xəbərdarlıqları, digər tərəfdən də Çinin muxtar bölgəsi Honq Konqda Pekinə qarşı etirazların güclənməsi bölgənin böyük bir təhlükə ilə üz-üzə olduğunu göstərir.

Dünya Pekinin Honq Konqa ağır nəticələrə səbəb ola biləcək hərbi qüvvə yeridəcəyindən ehtiyatlanır. Artıq bununla bağlı xəbərlər də artmağa başlayıb, Çinin bölgəyə böyük hərbi qüvvə topladığına dair görüntülər də yayılıb. Sonuncu dəfə isə Fransanın xəbər agentliyi AFP Çin ordusunun Honq Konq sərhədindəki gizli görüntüsünü yayımlayıb. Görüntülərdə Çin ordusu stadionda mərasim keçirir, stadiondan kənarda çox sayda zirehli hərbi texnikanın yerləşdirilməsi də diqqətlərdən yayınmır. Bu, rəsmi Pekinin etirazların gücləndiyi Honq Konq ətrafında hərbi qüvvə yığmaqda davam etdiyini bir daha göstərir. Bu görüntülər beynəlxalq ictimaiyyətdə də ciddi narahatlığa səbəb olub.

Asiyada başqa bir gərginlik ocağı isə Kəşmir böhranıdır... Hindistan bu yaxınlarda birtərəfli qaydada "Cəmmu Kəşmir" in xüsusi statusunu ləğv edib. Bu, bölgədəki gərginliyi daha da artırıb. Hindistanın qərarına reaksiya verən Pakistanın baş naziri İmran Xan bu dəfə daha sərt açıqlama ilə çıxış edib. "Dünya Hindistanın işğalı altında Kəşmirdə müsəlmanlara qarşı Srebrenitsaya bənzər bir qətliam və etnik təmizləməyə susaraq şahidlik edəcək? Beynəlxalq ictimaiyyətə, buna icazə verəcəyi halda, hadisələrin müsəlman dünyasında radikallaşmaya və zorakılığa yol açacaq sərt əks reaksiyalar və etirazlar doğuracağı ilə bağlı xəbərdarlıq edirəm” - İmran Xan deyib.

Qeyd edək ki, cinayətkarların, Çin də daxil, Tayvan və Makaoya ekstradisiyasını asanlaşdıran qanun layihəsi Honq Konqda kütləvi etirazlara səbəb olub. Pekin rəhbərliyi əleyhinə küçələrə çıxan etirazçılarla Çin təhlükəsizlik qüvvələri arasında tez-tez toqquşmalar yaşanır. Etirazlar nəticəsində qanun layihəsinin təxirə salınmasına baxmayaraq, aksiyalar səngimək bilmir və aylardır davam edir.

Son xəbərlər