şənbə günü, 07 noyabr 2026
     

Paşinyan Sarkisyanın iqtisadi-maliyyə oliqarxiyasının təsirindən çıxa bilmədi

Image


İşğalçı Ermənistanda getdikcə daha da dərinləşən sosial-iqtisadi böhran fonunda baş nazir Nikol Paşinyanın da mövqeləri sürətlə laxlayır. Real vəziyyət göstərir ki, Paşinyanın Ermənistanda hansısa müsbət dəyişikliklərə gətirib çıxaracaq addımlar ata biləcəyinə inanan ermənilərin sayı sürətlə azalır.

Bundan isə Paşinyana qarşı olan qüvvələr məharətlə istifadə edir. Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov bildirir ki, belə vəziyyətdə Paşinyanın hakimiyyətdən devrilməsi çox yaxın zaman ərzində baş verə bilər.  Onun sözlərinə görə, Nikol Paşinyan bir il ərzində verdiyi vədləri yerinə yetirməyib: “O deyir ki, uğursuz olub, bu bir il ərzində verdiyi vədləri yerinə yetirməyib, bir dövlət başçısı kimi adekvat deyil və uzaqlaşmalıdır. Təbii ki, bu problemlər bir il ərzində həll edilə bilməzdi”. O qeyd edib ki, Paşinyan siyasi xadim deyil və etdiyi hərəkətlərlə klounu xatırladır:  “O şoumendir,  “sehrli çubuq” işləmir, o indi yeni bir şey deməlidir. Bir az öncəyə baxmalıdır ki, uğursuzluğa uğrayıb. Bir il əvvəl hakimiyyətə gəlmisən, min vəd vermisən, lakin heç bir vədi yerinə yetirməmisən”. Eyni mövqeni Ermənistanda bir çox rəsmi vəzifələr tutmuş  David Şahnazaryan da sərgiləyir: “Paşinyanın hökuməti nə edir? Bizim 3 prezidentimiz olub. Onların fəaliyyətində istər müsbət, istər mənfi hallar baş verib. Gəlin indi hansının daha çox olduğunu dəyərləndirməyək. O, məqsədyönlü olan müsbətləri dağıdır, mənfiləri inkişaf etdirir. Paşinyan deyir ki, dövlət sistemi yoxdur, bütün qurumlar mövcud deyil, məgər bir il idarəetmədən sonra bunu başa düşdün? Belə olmasa da, keçmiş hakimiyyət dövründə qurumlar daha səmərəli işləyirdi, nəinki indi. Hətta hesab edək ki, bu belədir. Müharibə edən ölkənin icraçı rəhbəri olaraq bu cür bəyanatla çıxış etməyə haqqın yoxdur. Davamlı olaraq öz çağırışları, bəyanatları ilə qeyri-sabitlik yayır. Qalmaqallar təşkil edir. Daha sonra bu qalmaqalları harda gizlədir? Mütəmadi olaraq mövzuları dəyişməklə yeni qalmaqalların altında gizlədir. İctimaiyyət narazılıq edəndə, sorğu-suala çəkəndə, daim mövzuları dəyişir”.

Ermənistanın “1in.am” portalı yazır ki, artıq yaranmış vəziyyətdə Paşinyan getdikcə erməni diasporu və sabiq prezident Serj Sarksiyana bağlı oliqarxlardan asılı bir hala gəlir: “İlin birinci yarısının ən böyük 1000 vergiödəyicisinin siyahısı dərc edilib. Siyahıda olanlar elə keçmişdəki həmin adlardır – böyük sahibkarların, oliqarxiya qaydaları ilə işləyən inhisarçıların şirkətləridir. Ermənistan iqtisadiyyatının əsasını, oxunu oliqarxiya təşkil etməkdə davam edir. O, keçmişdə əsasən kölgədə, qismən qanuni sahədə fəaliyyət göstərirdisə, bu gün qanuni sahədədir, ola bilər, ümumiyyətlə kölgədə deyildir. Ancaq problem, ilk baxışda göründüyü kimi, onda deyil ki, oliqarxiya kölgədə, yoxsa qanuni sahədə fəaliyyət göstərir. Hətta oliqarxiyanın qanuni sahəyə keçməsinin müsbət qiymətləndirilməsi yanlış fikir ola bilər. Hakimiyyət bunu özünün uğuru kimi də göstərə bilər. Ancaq bu anlaşılmazlıqdır, çünki oliqarxiya, yenə ilk baxışda göründüyü kimi, öz xarakterinə və funksional təyinatına görə sadəcə iri kapital deyil, ondan daha böyük əhəmiyyət kəsb edir. Oliqarxiya, Ermənistanın öncəki iki hakimiyyətinin 20 ildən artıq müddət ərzində əsaslandığı siyasi-iqtisadi sistemin əsas, həlledici tərkib hissəsidir. Dövlətlə, eyni zamanda cinayət aləmilə çuğlaşmış oliqarxiya bu hakimiyyətlərin mövcudluğuna və“təkrar istehsalına” xidmət edib. Hakimiyyətlər isə öz növbələrində oliqarxiyanın inhisarçı maraqlarına xidmət göstərib.

Oliqarxiya olmadan, Köçəryan-Sarkisyan hakimiyyəti mövcud ola bilməzdi. Öz növbəsində, bu hakimiyyətlərin oliqarxiyaya xidməti olmasaydı, oliqarxiya həm keçmişdə, həm də hazırda malik olduğu rolu və funksional əhəmiyyəti əldə edə bilməzdi. Bu, Ermənistanın həm siyasi, həm də iqtisadi sistemi üçün geridönməz nəticələri olan üzvi, dialektik əlaqə idi. Beləliklə, öncəki rejimlər hakim siyasi qüvvələrin timsalında siyasi təbəqədən və oliqarxiyanın timsalında iqtisadi bazisdən təşkil olunmuşdu. “Məxməri inqilab”la hakimiyyətin siyasi təbəqəsi, yalnız aysberqin görünən hissəsi, zirvəsi uzaqlaşdırıldı. Bu hakimiyyətin digər üzvi tərkib hissəsi olan oliqarxiya isə maneəsiz olaraq fəaliyyət göstərməyə və çiçəklənməyə davam edir. Dolayısı ilə, Ermənistanda “məxməri inqilab”la hakimiyyətin dəyişilməsi fikri yalnız səthi qavrayış şəraitində yerinə düşür. “Məxməri inqilab”la, təkrar edirəm, öncəki hakimiyyətin yalnız siyasi təbəqəsi, – istəyirsəniz, vitrin hissəsi deyin, – dəyişilib. Ötən ilyarım ərzində yeni hakimiyyət iqtisadiyyatın oliqarxik strukturunun dəyişdirilməsi üçün nəinki heç bir sistemli addım atmayıb, eyni zamanda həmin oliqarxiya ilə dinc şəkildə birgə yaşayıb. Üstəlik, hakimiyyətdə, Nikol Paşinyanda belə yalnış təəssürat və ya hiss yarana bilər ki, keçmiş oliqarxlar bu gün artıq “özününkülər” olub.

Ancaq bu heç bir halda elə deyil. Əlbəttə, Nikol Paşinyan oliqarxiyanın maraqlarının xidmətçisi olmaq niyyətində deyilsə. Problem ondadır ki, oliqarxiyanın məntiqinə əsasən, o yalnız onun maraqlarına xidmət edən hakimiyyətin varlığı şəraitində fəaliyyət göstərə və inkişaf edə bilər. Ya oliqarxiya sistem kimi yox olmalıdır, ya da mövcud hakimiyyət tədricən oliqarxiyanın maraqlarına xidmət etməyə başlamalıdır. Biz birinci istiqamətdə atılan hər hansı bir addım görmürük. Dolayısı ilə, istisna edilməməlidir ki, zaman ötdükcə mövcud hakimiyyət oliqarxiyanın maraqlarının xidmətçisinə çevrilə bilər. Əlbəttə, artıq xidmət etməyə başlamayıbsa…

Problem ondadır ki, mövcud hakimiyyət bu və ya başqa formada həmin oliqarxiyadan asılıdır. Çünki oliqarxiya iqtisadiyyatda elə bir rol oynayır ki, bir saat ərzində vəziyyəti dəyişə bilər. Bu planda, demək olar ki, oliqarxiya bu gün də hakimiyyətin qəbul etdiyi qərarlara təsir edir. Ən azı, o dərəcədə təsir edir ki, hakimiyyət oliqarxiyaya qarşı hər hansı bir addım atanda mümkün təxribatlar haqqında düşünür və onlardan çəkinir. Neçə ki Ermənistan iqtisadiyyatında nisbət dəyişməyib, ölkənin iqtisadi modelinin dəyişdirilməsi və bunun nəticəsi olaraq oliqarxiyanın ortadan qaldırılması üçün addım atılmayıb, hakimiyyət, Nikol Paşinyan zahirən onlara sərəncam verdiklərini göstərməklə, oliqarxiya qarşısında qorxu şəraitində yaşayacaq. Əslində hakimiyyəti, ölkənin iqtisadi həyatında öz rolunu oynamağa davam etməklə, dolayısı ilə məhz oliqarxiya idarə edir.

Oliqarxiya vaxt ötdükcə ya hakimiyyəti tam özünə xidmət etməyə məcbur edəcək, ya da hakimiyyəti dəyişdirmə yolları, öz maraqlarına xidmət edən hakimiyyətə malik olma üsulları tapacaq. Bu planda keçmiş hakimiyyətin və oliqarxiyanın maraqları üst-üstə düşür. Bu isə o deməkdir ki, oliqarxiyanın mövcud olduğu hər bir gün onun keçmiş hakimiyyət vasitəsilə mövcud hakimiyyətə qarşı fəaliyyət göstərməsi, son nəticədə hakimiyyətin dəyişdirilməsi ehtimalını artırır. Keçmişi geri qaytarmaq üçün mümkün olan hər şeyi edən və edəcək oliqarxiya köhnə Ermənistanın ən böyük və həlledici qalığıdır. Nikol Paşinyan isə özünün apardığı simasız iqtisadi siyasətilə buna yalnız töhfə verir. Belə vəziyyətdə oliqraxiyanın istədiyi şərtləri diqtə etməsi də haradasa təbii qarşılanmalıdır”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ