Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu özəl olaraq “Trend”ə Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyindən Avstraliyanın bəzi rəsmilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz qondarma rejimin “nümayəndələri” ilə görüşməsini şərh edərkən qeyd ediblər.
Nazirlikdən bildiriblər: "Hökumətin siyasəti əvvəlki kimi yenə ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı müstəqil dövlət olaraq tanımır. Hökumət, həmçinin ATƏT-in Minsk qrupunun bu münaqişənin nizamlanması üzrə səylərini dəstəkləyir və bu məsələyə qarışmır".