şənbə günü, 07 noyabr 2026
     

Paşinyanın “2014-cü il gizli hesabat” oyunu Ermənistan cəmiyyətinin gözündə ifşa edildi – “Ay yoldaş, müəllifini göstər…”

Image


Ermənistanda son hakimiyyət dəyişikliyindən uzun müddət ötsə də, bu ölkədə müsbətə doğru dəyişən heç nə yoxdur. Əksinə, real vəziyyətin təhlili göstərir ki, düşmən ölkədə sosial-iqtisadi sahədə vəziyyət sürətlə pisləşir. Məhz bu da baş nazir Nikol Paşinyan iqtidarının uğursuzluğunun ən real göstəricilərindən biri sayılır. Eyni zamanda belə bəlli olur ki, Paşinyanın siyasəti Ermənistanın xarici iqtisadi asılılığını daha da artıracaq. Söhbət ondan gedir ki, Ermənistanın xarici dövlət borcu 2019-cu ilin ikinci yarısından sonra da artacaq. 

Erməni mediası yazır ki, hökumət təxirəsalınmaz xərclər üçün vəsait cəlb edəcək. Ümumilikdə, 2019-ci ildə Ermənistan təxminən 490 milyon dollar xarici kredit alacaq. Bu vəsaitin 40%-i Rusiyadan cəlb ediləcək. Bundan başqa, Dünya Bankından suvarma sistemlərinin və elektrik xətlərinin yenilənməsi, yolların tikintisi, şəhərlərdə abadlıq işlərinin aparılması ilə bağlı kreditlər gəlməkdə davam edir. Bu il Ermənistan, həmçinin, ümumi büdcə dəstəyi üçün kredit götürməyə davam edəcək. Yeni büdcə idarəetmə siyasətinə əsasən, dövlət əməkhaqqı və pensiyaların ödənilməsi üçün müstəqil şəkildə qazanmalı və yalnız inkişaf layihələrinə kredit götürməlidir. Ancaq Ermənistan hökuməti büdcə xərclərini ödəmək üçün vəsait cəlb etməyə məcburdur. Çünki dövlət müstəqil şəkildə vəsait qazana bilmir. Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirir ki, belə vəziyyətdə təkcə İcevan və Gümrü yox, ölkənin digər bölgələrində də çoxsaylı etiraz aksiyalarının başlanması qaçılmazdır: “Bunları ört-basdır etmək üçün Nikol Paşinyan Serj Sarkisyan dönəminə aid olan məxfi sənəd haqqında danışır, iflic vəziyyət düşdüklərini iddia edir. Ay yoldaş, bu 2014-cu ilin hansı gizli hesabatıdır? Bu, Serj Sarkisyanın adı altında çarəsizliyini ört-basdır etməyin növbəti cəhdidir. Hesabatın adını və müəlliflərini açıqla. Sən dövlət, dövlət institutları barədə nə bilirsən? Sənə deyim ki, bizim miras qoyduğumuz peşəkar sistem hesabına, sənin təyin etdiyin kəndirbaz rəhbərlərdən asılı olmayaraq, nazirlik, vilayət icra nümayəndəlikləri və qurumlar hələ infarkt olmayıblar. Bizim qoyub getdiyimiz ölkənin siyasi və iqtisadi potensialını sənin yoldaşların sərf edir, dövlət aparatını və ictimai həyatın sahələrini aşılanmaya məruz qoyursuz. Sənə xatırladım ki, biz sənə işləyən, işlək vəziyyətdə olan bütün yol xəritələri ilə maşın qoyub getmişik. Hərdən su qaynada bilər, təkər boşala bilər, işə düşməyə bilər, amma sən bizdən bütövlüklə işlək olan dövlət aparatını miras almısan. Sən və sənin komandan o qədər laqeydsiniz ki, dağıtmaqdan başqa heç bir şey bilmirsiniz. Bu avtomobili çalalara saldığınız, kənar daşlara vurduğunuz, içkili halda sürdüyünüz kifayət edər. Yadda saxla ki, bu avtomobildən bir dənədir və heç bir firmada, servisdə dəyişilmir. Həmçinin xatırladım ki, bu maşını sən miras almamısan, sən onu qaçırmısan. Gətir qoy yerinə, sürə bilmirsən. Unutma, sürücü eyni zamanda nəzarətçidir. Yoxsa xalq bir gün dayanacaqdan kənar dayanmağı tələb edəcək”.

Məsələ ilə bağlı “1in.am” portalı da yazır ki, ölkədə vəziyyət sürətlə uçuruma doğru gedir. Portal yazır ki, sosial-iqtisadi sahədə pisləşən vəziyyət Ermənistan üçün ciddi problemə səbəb olacaq: “Ermənistanda mövcud problemlərin həll edilmədiyini fikirləşdikdə bunun təsadüfi olmadığı aşkara çıxır. Bir an insanlar ümid edirdi ki, Nikol Paşinyan hakimiyyətə gəlməklə onların qayğılarını qarşılayaraq həll edəcək. Paşinyan gəldi, lakin problemlər insanların qapılarını döyməkdə davam edir. Vaxt keçir, ölkədə isə sosial vəziyyət dəyişmir. Nikol Paşinyan əvvəlki şəxs deyil. İndi o, onu hakimiyyətə gətirən insanları belə dinləmək istəmir. İndi hər bir insan öz qayğısını özü həll etməlidir. Artıq bu, hökumətin problemi deyil. İndi baş nazir vəzifəsində olan Nikol Paşinyan Ermənistan vətəndaşı ilə əvvəlkilər kimi minnət qoyaraq danışır. Artıq ölkədə sosial vəziyyətin pis olmasına görə günahkar hökumət və ya siyasi hakimiyyət yox, işləmək istəməyən və öz qayğılarını qarşılamayan vətəndaşlardır. Hökumətin iddiasından belə məlum olur ki, artıq Ermənistanda iş yerləri problemi yoxdur, lakin insanlar işləmək istəmir, iş var, işləyən yoxdur. Belə təsəvvür yaranır ki, hakimiyyət dəyişikliyindən sonra Ermənistanda o qədər iş yeri yaradılıb ki, bu artıq işləyənlərə kifayət etmir. Aydındır ki, bu belə deyil. Əksinə, bu müddət ərzində Ermənistanda açılanlarla müqayisədə daha çox iş yeri bağlanıb. Bunların bəziləri hakimiyyətin günahı ucbatından baş verib. İndi insanlar iş olmamasına görə şikayət edirsə, bu o demək deyil ki, iş var, ancaq onlar işləmək istəmir. İnsanların işləməsi və müstəqil öz qayğılarını qarşılaması üçün hakimiyyətin bütün şəraiti təmin etdiyi təəssüratını yaratmaq lazım deyil. Bu vəziyyətdə görəsən baş nazir hansı iş barədə danışır və bu iş yerləri hardadır?! İş var demək rahatdır, insanlar isə işləmək istəmir. Bəs niyə rəsmi statistika 20% işsizlikdən danışır? 200 mindən artıq insanın iş yeri yoxdur. Bu, iş yerləri tökülüb qalıb, insanlar isə işləmək istəmir demək deyil. İş yerləri yoxdur, hamı bilir ki, Ermənistanda iş və ya layiqli ödənişi olan iş yeri yoxdur. 2-3 min vakant iş yerləri həmişə olub, bu yenilik deyil. Lakin bu iş yerlərinin əmək haqları olduqca aşağıdır, yaxud sırf ixtisas işləridir. Əgər iş yerləri tökülüb qalıb və insanlar işləmək istəmirsə, o zaman xaricdə niyə işləyirlər? Məgər ailədən və yaxınlarından uzaq qalmaqla, müxtəlif problemlərlə rastlaşaraq çörəkpulu qazanmaq daxildə işləməkdən yaxşıdır? Buna bir səbəb olmalıdır, ya yox? Kimsə 50-60 və ya 100 min dramla ailə saxlamağı düşünürsə, çox böyük səhv edir. Bəlkə hökumət hakimiyyət dəyişikliyindən keçən bu 15 ay ərzində neçə müəssisə açıldığını və neçə iş yerləri yaradıldığını deyə bilər? Yoxsa iş yeri ilə təmin etmək hökumətin deyil, artıq vətəndaşın işidir?
Hansı mikrobiznesdən söhbət gedir? Gələn ildən vergilərdən azad etməyi düşünən hökumət hansı mikrobiznesdən danışır? İki illik hakimiyyət dəyişikliyinin nəticəsinin və bu mikrobiznesin əhaliyə nə verəcəyi hələ məlum deyil. Keçmişdə də bu cür mikrobiznes bir az çox, ya da az güzəştlərə malik idi. Bununla ciddi heç bir şey dəyişmir. Kiçik bizneslə məşğul olmaq üçün fövqəladə şərait təmin edilməsi haqqında danışmaq sadəlövhlükdür. Aydındır ki, müxtəlif problemlərə Paşinyanın bugünkü münasibəti baş nazir olanadək olan münasibətlərindən fərqlənir. Hökumətin insanların problemlərini həll etmək üçün özündən asılı olan hər şeyi etdiyi nə qədər deyilsə də, insanlar yalnız eşitmir, eyni zamanda çevrədə baş verənləri görür. Belə ki, indi artıq insanları boş sözlərlə qidalandırmaq çətin olacaq. Cəmiyyət bu hakimiyyətə öz qayğılarını tez unutmağa yox, onları həll etmək üçün mandat verib. Bu gün isə həmin problemlərin həlli görünmür. Hökumət öz sosial öhdəliyi barədə unudub və pis yaşamasına görə günahı cəmiyyətin üstünə atmaq istəyir”. O da qeyd olunur ki, Paşinyanın büdcə gəlirlərinin artımından və bunların sosial vəziyyəti pis olan erməni cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılmasına yönləndirilməsindən danışması aldatmadır: “Artıq erməni xalqı yaxşı dərk edir ki, Paşinyan əvvəki hakimiyyətdən də pisdir və artıq onları alçaldır”.

Hesab edilir ki, məhz bu şəraitdə Ermənistanda sosial iğtişaşların dərinləşməsi qaçılmazdır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ