şənbə günü, 07 noyabr 2026
     

Azərbaycan diplomatiyasının əldə etdiyi nəticələr Ermənistanda şok effekti yaradır

Image


İşğalçı Ermənistanın bir dövlət kimi mövcudluğunun kökündə dayanan əsas amillərdən birinin xaricdən edilən yardımlar olması heç kimə sirr deyil. Bu yardımlar dayandığı təqdirdə Ermənistanın sosial-iqtisadi çöküşünün sürətlənməsi və onun bir dövlət olaraq varlığına son qoyulmasının qaçılmaz olması ermənilərin özləri tərəfindən belə etiraf edilən həqiqətlər sırasında yer alır. Məhz bundan irəli gəlir ki, ABŞ-ın Ermənistana etdiyi yardımları azaltması və tədricən kəsmək istəməsi İrəvanda böyük təşvişə yol açıb.

Ümumiyyətlə, hadisələrin gedişi göstərir ki, ABŞ hökumətinin Ermənistanla münasibətlərdə, o cümlədən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə tutduğu mövqe İrəvan üçün əsl şok effekti yaratmaqdadır. Xatırladaq ki, hələ ötən il regiona səfəri zamanı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvana mesaj vermişdi ki, işğalçılıq siyasətini yürütdükcə Ermənistan tənəzzülə uğrayacaq. Boltonun bu siyasətindən sonra ABŞ Ermənistanla bağlı problemləri qabartmağa başladı. Düzdür, Vaşinqtonun son dövrlər Ermənistana kəskin mənfi münasibəti təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil. Şübhəsiz ki, Azərbaycan diplomatiyasının yeritdiyi siyasət burada öz rolunu oynayır və rəsmi Bakı Ermənistanın işğalla region üçün yaratdığı böyük təhdidi dünyaya sübut edib. Eyni zamanda, Ağ Evin Ermənistana münasibətinin pisləşməsində Rusiya faktorunun da rolu az deyil. Yayılan məlumatlara görə, Ermənistana ayrılan yardımların bir qismi də işğalçı ölkədəki Rusiya bazasının saxlanmasına gedir. Bu isə indi Vaşinqtonda xoş qarşılanmır. Ermənistan ordusunun Suriyadakı hərbi əməliyyatlarda iştirakı Ağ Evdə müsbət qarşılanmayıb və rəsmi İrəvana qarşı inamsızlıq yaranıb. Məhz bu səbəblərdən dolayı Ermənistanın yüksək vəzifəli şəxslərinin ABŞ-a səfəri zamanı onları artıq Ağ Evdə qəbul etmirlər. Bu üzdən Vaşinqton-İrəvan münasibətləri sürətlə tənəzzülə uğrayır. Bu fonda da işğalçı ölkəyə edilən yardımların həcmi sürətlə azalır. Yaranmış durumda məsələ o yerə çatıb ki, İrəvanın təşəbbüsü ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi ilə görüşüb. Məlumata görə, görüş zamanı Qriqoryan xüsusi olaraq ABŞ-ın ölkəsinə və işğal edilmiş Azərbaycan ərazilərindəki separatçı rejimə humanitar yardımının davam etdirilməsinin vacibliyindən bəhs edib. O, həmçinin, Treysiyə təhlükəsizlik, siyasət sferasındakı reformları təqdim edib. Amma ABŞ tərəfi təqdim edilənləri yetərli saymayıb. Erməni ekspert Haqik Hambaryan qeyd edir ki, bununla da ABŞ bir daha Paşinyanın yürütdüyü xarici siyasətə öz narazılıqlarını ifadə edir: “Tramp administrasiyasının siyasəti ondan ibarətdir ki, kim ABŞ-ı dəstəkləyirsə, o dövlət daha çox yardım alır, kim ABŞ-ın xarici siyasətini bölüşmürsə, həmin dövlət yardım almır. Buna görə də Ermənistan böyük ümidlər bəsləyə bilməz. ABŞ-da güclü erməni diasporu olsa da, bilirik ki, Ermənistan KTMT-nin və AİƏT-in üzvüdür. Ermənistan ərazisində 102-ci rus hərbi bazası yerləşir. Onlar hazırkı vəziyyətdə Rusiya-ABŞ münasibətlərinin hansı səviyyədə olduğunu yaxşı bilirlər. Bəli, ABŞ Ermənistanın siyasi davranışlarına səbrlə yanaşır. Lakin bununla yanaşı, ABŞ-ın Ermənistana böyük həcmdə yardımlar ayıra biləcəyini birmənalı şəkildə deyə bilmərəm”. O qeyd edib ki, Qarabağdakı qondarma quruma ayrılan maliyyə yardımının dayandırılması çox təəccüblüdür: “2 ay əvvəl qəbul olunan qanun layihəsinə görə, ABŞ-ın Qarabağa birbaşa maliyyə yardımı etməsi davam etməli idi, lakin bu dayandırılır. Bu yardım hər il 5 milyon ABŞ dolları təşkil edirdi. Layihə USAID vasitəsilə həyata keçirilir. Burada məsələ vəsaitin məbləği deyil, onun əlaməti və ismarıclarıdır. Biz indi Qarabağa ayrılan yardımın dayandırılması davranışı ilə üz-üzə qalmışıq.  Bu, Tramp administrasiyasının Nikol Paşinyan hakimiyyətinin siyasətinə mesajı da ola bilər. Bununla da ABŞ-ın dövlət katibliyi və Ağ Ev bir daha Paşinyanın yürütdüyü xarici siyasətə öz narazılıqlarını ifadə edirlər. Yaxud sadəcə olaraq, bu davranış tərzini bizim xarici siyasətdə növbəti nöqsanımız kimi nəzərdən keçirmək olar”.

Almaniyalı siyasi analitik Syuzan Styuart isə qeyd edir ki, maliyyə yardımının azaldılmasını Donald Trampın xarici siyasətinin prioritetləri və layihələri çərçivəsində dəyərləndirmək lazımdır: “Bununla yanaşı bu günlərdə məlum olub ki, ABŞ Azərbaycana ayrılan yardımı kəskin şəkildə artırır. Bu, Ermənistana ayrılan yardımla müqayisəedilməz dərəcədə çoxdur. ABŞ Prezident Administrasiyasının indi təşəbbüs göstərdiyi və müxtəlif istiqamətdə həyata keçirdiyi layihələr son prezident seçkilərindəki təbliğat zamanı məlum idi. Bunun Ermənistana xüsusi ismarıc olduğunu deyə bilmərəm, lakin onu deyə bilərəm ki, bu məsələ ilə məşğul olmağa məcbur edən bir siqnaldır”. Xatırladaq ki, erməni politoloq Suren Sarkisyan da baş verənlərin ölkəsi üçün böyük problemlər yaratdığını bəyan edib. ABŞ araşdırmaları erməni mərkəzinin təsisçisi olan Suren Sarkisyan öz “Facebook” səhifəsində Azərbaycana ABŞ-ın hərbi yardımını əsk etdirən infoqrafika yerləşdirib. Bu infoqrafikaya diqqət yetirərkən məlum olur ki, 2001-ci ildə ABŞ-ın Azərbaycana ayırdığı 3.6 mlyon dollardan başlayan yardım 2019-cu ildə 42.9 milyon dollara çatıb. Həmin infoqrafikaya əsasən, ABŞ-ın Azərbaycana hərbi yardımının həcmi 2008-ci ildə 48.9 milyon dollar, 2018-ci ildə isə 59.6 milyon dollar təşkil edib. Beləliklə, Ermənistanda baş tutan məxməri hakimiyyət dəyişikliyi illərində ABŞ tərəfindən Azərbaycana ayrılan yardımın ən yüksək həddi baş verib. Sarkisyanın sözlərindən belə məlum olur ki, Birləşmiş Ştatlar üçün bölgədə Azərbaycanın xüsusi əhəmiyyəti var. Bəlkə də bu, Azərbaycanın Əfqanıstan məsələsində silah və sursat daşınması işində, aviabazalardan faydalanmaq da daxil olmaqla, ABŞ-a göstərdiyi logistik yardımı ilə əlaqədardır. Bu addımların ABŞ üçün xüsusi əhəmiyyəti var. Ona görə də, ABŞ-ın Azərbaycana xüsusi diqqət ayırması təəccüblü deyil.
O qeyd edib ki, hazırda açıq mənbələrdən məlumat əldə edilməsinə imkan verən Azərbaycana ayrılan hərbi yardım 2018-ci ilin büdcəsi ilə 2019-cu il üçün, 2017-ci ilin büdcəsi ilə 2018-ci il üçün nəzərdə tutularaq təsdiq edilib. Ona görə də balanslaşdırmaq imkanı və perspektivi yoxdur, çünki ABŞ öz maraqlarını rəhbər tutur: “Azərbaycan ABŞ üçün strateji əhəmiyyəti olan ölkədir”. ABŞ tərəfindən Ermənistana hansı qaydada yardım ediləcəyinə dair suala cavabında isə Sarkisyan xarici yardım xəttilə 2020-ci ildə Ermənistana 6 milyon 750 min dollar veriləcəyini əlavə edib: “Təhlükəsizliyə yardım xətti üzrə isə Azərbaycana verilən yardım son iki ildə 100 milyon dollar təşkil etsə də, Ermənistana nəzərdə tutulan yardım həcmi “0” təşkil edir”. Sarkisyan iddia edir ki, heç vaxt Ermənistana ayrılan yardımın həcmi böyük olmayıb: “Lakin qeyd edildiyi kimi, son iki ildə Azərbaycana ayrılan hərbi yardım 100 milyon dollar təşkil etsə də, Ermənistana sadəcə olaraq hərbi yardım ayrılmayıb. Son illərdə Ermənistana ayrılan yardım 0 dollar təşkil edib. Bunun əvəzində Azərbaycan, qeyd etdiyim kimi, 100 milyon dollar hərbi yardım alıb”. Sarkisyan hesab edir ki, belə yanaşma ABŞ-ın Qarabağ məsələsinə münasibətini də sərgiləyir və Ermənistanı getdikcə daha çətin vəziyyətə salır.

“1in.am” portalı da məsələyə eyni prizmadan yanaşaraq, baş verənlərin Ermənistan üçün ciddi problemlərə yol açdığını yazır. Bildirilir ki, son illərdə ayrılan sabit yardımın qaydalarının pozulma səbəblərini araşdırmaq Ermənistan üçün əsas məqamlardan biri olmalıdır: “Bu məsələyə tamamilə Ermənistandakı hakimiyyətə qarşı münasibət, yaxud hakimiyyətin ABŞ tərəfi ilə apardığı işin nəticəsi olaraq baxmaq daha yaxşı olar. Nəhayət, ABŞ tərəfinin yardım siyasəti yalnız erməni lobbisinin fəaliyyəti və ya Ermənistana olan məhəbbət hesabına əmələ gəlməyib. Şübhəsiz ki, məsələ daha çox bölgə siyasəti miqyası və motivləri, hazırda isə son illərdəki maliyyələşmə sabitliyinin pozulması motivləri ilə daha əhatəlidir. Bu amillər Ermənistan və Qarabağdakı rejimin diqqət mərkəzində və aparılan işin mövzusu olmalıdır. Lakin bu, həddindən artıq uyğun olmayan dəyərlərə görə Qarabağ məsələsində ABŞ siyasətinin ümumi mahiyyətini xarakterizə və ya təsvir edə bilməz. Əslində, ABŞ-ın məqsədi Ermənistanın sükanını öz tərəfinə döndərməkdən ibarətdir. Digər tərəfdən, ABŞ-dan daxil olan məlumat Qarabağda baş verən daxili reallıqlar, məlum misilsiz xarici maraqlar, xüsusən də “rus mandatı” baxımından nəzərdən keçirilə bilər. İrəvanın Moskvanın boyunduruğu altına girmək cəhdlərinə görə ABŞ “rus mandatı” ilə əlaqəli ehtimal edilən bir işarə ilə İrəvana “sarı vərəqə” göstərir. Bu hal Qarabağ məsələsinə münasibətdə də öz təsirlərini göstərəcək və bundan qazanan Azərbaycan olacaq”. Beləliklə, bütün bu qeyd edilənlərdən bəlli olur ki, ABŞ-ın Ermənistana ayırdığı yardımın azalması və bunun Ermənistanın, eləcə də Qarabağ münaqişəsinin gələcəyinə mümkün təsirləri işğalçı ölkədə böyük bədbinlik yaradıb. Amma güclü erməni lobbisinin fəaliyyətinə rəğmən belə, ABŞ-ın mövqeyində dəyişikliyə nail olmaq da Ermənistanın gücü xaricindədir. ABŞ-dan gələn yardımların azalması ilə isə Ermənistanın sosial-iqtisadi vəziyyətinin daha da pisləşməsi qaçılmaz sayılır. Eyni zamanda bu hal düşmən ölkənin Qarabağ siyasətinə də mənfi istiqamətdə ciddi təsir göstərəcək. Çünki baş verənlər həm də ABŞ-ın Qarabağ məsələsinə görə Ermənistana təzyiqlərini artıracağını istsina etmir. Elə Azərbaycan diplomatiyası da məhz bu istiqamətdə fəaliyyət göstərir və real mənzərə diplomatiyamızın artıq konkret nəticələr əldə etdiyini də göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ