Baş nazir Nikol Paşinyan deyib ki, Ermənistanın vəziyyəti barədə gizli bir hesabatla bağlı ermənilərlə fikir mübadiləsi aparmaq istəyir.
Paşinyan deyib ki, hesabat Ermənistanın dərin institusional böhranda olduğunu və bu vəziyyətin bu gün də davam etdiyini göstərir. Paşinyana görə, hesabat o dövrki hakimiyyətin tapşırığı ilə 2014-cü ildə tərtib edilib. Hesabat sübut edir ki, ölkədə bütün idarəçilik korrupsiyanın üstündə qurulub və korrupsiya mexanizminin qarşısı alındığı üçün bu gün ölkənin bütün idarəçilik sistemi iflic olub.
Maraqlı suallar ortaya çıxıb. Paşinyan deyib ki, bu hesabat barədə ilk məlumatı aprel inqilabından sonra alıb. Bəs məlumatı indi niyə verir? Sualı Ermənistanda da verirlər. Paşinyan izah verib ki, hər detalı öyrənmək üçün müəyyən bir müddətin keçməsini gözləyib. Ancaq müxalif dairələr Paşinyana inanmır və şübhəli müzakirələr aparırlar.
Yaxın saatlarda mövzu ilə bağlı geniş təhlilimiz olacaq.
Ramil QULİYEV