Ermənistanin baş naziri Nikol Paşinyan maraqlı bir status paylaşıb. 10 günlük məzuniyyətdən qayıtdığını yazan Paşinyan avqustun 5-də qondarma “DQR”in Xankəndi şəhərində mitinq keçirəcəyini yazıb və bütün Ermənistanı mitinqə dəvət edib.
Onu da deyib ki, mitinqdə çox vacib xəbər verəcək. Bəyanat böyük maraq doğurub. Əksəriyyət hesab edir ki, Ermənistandakı özünün inqilabçı elektoratını oraya toplayaraq qondarma “DQR” hökumətinə son hədə mesajlarını bildirmək istəyir.
Avqustun 5-də Xankəndidə maraqlı proseslər və qarşıdurmalar istisna deyil.
Ramil QULİYEV