şənbə günü, 07 noyabr 2026
     

Bakı İrəvanın məkrli planlarını pozur – sərhədlərdə…

Image


Son dövrlərdə cəbhədə düşmən tərəfindən atəşkəsin pozulması hallarının sayının yenidən artması və müxtəlif təxribatlar törədilməsi yeni genişmiqyaslı toqquşmaların başlana biləcəyinə dair xəbərdarlıqları da çoxaldıb. Hətta iş o yerə çatıb ki, məsələyə Rusiya Xarici İşlər Nazirliyi də münasibət bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu xüsusda bildirib ki, Moskva Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artmasına qarşıdır, tərəfləri güc tətbiq etməməyə çağırır: “Ermənistan - Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahatıq. Bu gərginlik atəşkəs rejiminin davamına dair bu yaxınlardakı razılaşmalara, siyasi çözüm əldə etmək niyyətilə bağlı verilən açıqlamalara ziddir. Biz qarşıdurma tərəflərini təmkinli olmağa, güc tətbiq etməməyə, vəziyyəti sabitləşdirmək istiqamətində addımlar atmağa çağırırıq”.

Xatırladaq ki, iyul ayının ortalarından etibarən erməni hərbi qüvvələri Azərbaycan sərhədçilərinin xidmət etdiyi Ermənistan-Azərbaycan sərhədinin Qazax istiqamətində silahlı təxribatlar həyata keçirməyə başlayıb. Rusiya və digər vasitəçilərə də atəşkəsin pozulmasının və təxribatların törədilməsinin Ermənistan tərəfindən həyata keçirildiyi dəqiq bəllidir. Digər tərəfdən, məsələnin maraq doğuran tərəfi son dövrlərdə ermənilərin münaqişəni Qarabağdan dövlətlərarası sərhədə keçirmək niyyətidir. Yəni onlar atəşkəsi təkcə Azərbaycan ərazisində pozmur, dövlətlərarası sərhəddə də bunu edirlər. Ekspertlər vurğulayır ki, bu planda İrəvan müəyyən məkrli məqsədlər güdür. Hesab edilir ki, ilk hədəflərdən biri diqqəti Qarabağ cəbhəsindən yayındırmaqdır. Belə ki, Azərbaycan ordusunun cəbhə boyu ərazilərə nəzarət etməsi, xüsusilə “aprel müharibəsi”ndən sonra vəziyyəti tam ələ alması işğalçı ölkənin hərbi birləşmələrini çətin vəziyyətə salıb. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin “hərbi-siyasi rəhbərliyi” tez-tez təmas xəttində Azərbaycan tərəfinin hərbi-mühəndislik işləri həyata keçirdiyindən, mövqelərini addım-addım irəli çəkdiyindən şikayətlənir. Belə vəziyyətdə döyüş cəbhəsinin Azərbaycan-Ermənistan sərhədinə köçürülməsi Bakının diqqətini Qarabağ istiqamətindən yayındıra bilər. Amma hərbi ekspertlər hesab edir ki, Ermənistan burada ciddi yanlışlığa yol verir. Çünki Azərbaycanın malik olduğu hərbi qüvvə ona həm Qarabağ cəbhəsinə, həm də bütün sərhədləri boyu nəzarət üçün bütün lazımi imkanlar yaradır. O da heç kimə sirr deyil ki, Qarabağ cəbhəsində güclü Azərbaycan ordusunun önündə dayana bilməyən düşmən həm də sərhəd təxribatlarına əl atmaqla real vəziyyəti birbaşa Ermənistandakı insanlara da göstərmək isətyir. Burada əsas məqsəd düşmənin verdiyi itkilərin obyektiv səbəbdən doğduğunu erməni cəmiyyətinə nümayiş etdirməkdir. Digər tərəfdən, Ermənistanın  təxribatlardakı əsas məqsədlərindən biri də diqqəti ölkə daxilindəki ağır sosial-iqtisadi durumdan yayındırmaqdır. Amma o da aydındır ki, burada ən başlıca niyyət təxribatı sərhədə daşımaqla Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) fakt qarşısında qoymaq və ondan Azərbaycana qarşı istifadə etməkdir.

Qeyd edək ki, Ermənistanın bütün cəhdlərinə rəğmən, KTMT Qarabağ münaqişəsinə müdaxilə etmir. Əksinə, indiyə qədər KTMT Bakı və İrəvan arasında seçim məsələsində həmişə Azərbaycanın mövqeyini müdafiə edib. Buna səbəb rəsmi Bakının uğurlu manevrləri, Azərbaycanın  KTMT-yə üzv dövlətlərlə qurduğu diplomatik münasibətlərdir. İrəvan Qarabağ cəbhəsində hərbi toqquşmalar zamanı KTMT-nin dəstəyinə bel bağlasa da, təşkilatın nizamnaməsi də buna imkan vermir. Nizamnaməyə görə, yalnız Ermənistanın dövlət sərhədinə təhlükə yaranarsa, təşkilat hərəkətə keçə bilər. Dağlıq Qarabağ isə Azərbaycan torpağıdır və KTMT üzvləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə bir situasiyada KTMT-ni fakt qarşısında qoymaq və dəstəyini almaq üçün Ermənistana Azərbaycanla sərhəddə hərbi gərginlik lazımdır. Hesab edilir ki, elə sərhəd təxribatları da buna hesablanıb. Amma ötən dövrdə bu istiqamətdə baş verənlər təsdiq edir ki, Ermənistanın bu gedişləri ucuz blefdən başqa bir şey deyil və onun niyyətləri, Rusiya da daxil olmaqla, KTMT-nin bütün üzvlərinə yaxşı məlumdur. Bunu rus hərbi ekspert Aleksey Xlopotov da təsdiq edir. Onun sözlərinə görə, son günlər bilavasitə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi Ermənistandakı daxili siyasi vəziyyətin pisləşməsinin nəticəsidir: "Bir neçə gün əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın "Ermənistanın səsi" qəzetinə verdiyi müsahibəyə diqqət yetirmək lazımdır. Onun Ermənistandakı mövcud hakimiyyət böhranını qiymətləndirməsi ilə razılaşmamaq mümkün deyil. Mən də dəfələrlə demişəm ki, Ermənistan hökuməti öz hərəkətləri ilə ölkəni özünütəcridetmə rejiminə salıb. Belə şəraitdə dövlətin inkişafı mümkün deyil. İqtisadiyyatdan demoqrafiyaya qədər hər şey durğunluqdadır. Belə şəraitdə insanlar artıq siyasətçilərin demaqogiyasına inanmır. Onlar hakimiyyətdə qalmaq üçün daha nə edə bilərlər? Ən asan yol əhalini xarici düşmənlərlə qorxutmaqdır. Eyni zamanda, sərhəddə təxribatlar təşkil edərək potensial müttəfiqlərin diqqətini cəlb etmək də mümkündür. Çünki Qarabağda təxribatlar artıq keçmir. Beynəlxalq birlik Ermənistanı işğalçı ölkə kimi tanıyaraq birmənalı qiymətini verib. Buna görə də Azərbaycan bu torpaqları, hətta güc tətbiq etməklə geri qaytarmaq hüququna malikdir. Düşünürəm ki, çoxları bu cür hərəkətlərə göz yumacaq. Maksimum mətbuatda səs-küy yaradacaqlar. KTMT statusu isə Qarabağa şamil edilmir. Buna görə hazırda Ermənistan sərhəddə Azərbaycanla birbaşa qarşıdurma yaratmağa çalışır".
Ekspertin sözlərinə görə, erməni hərbçiləri sərhəddə gərginliyin birbaşa Azərbaycan snayperlərinin hərəkətləri ilə əlaqəli olduğunu söyləyərək özlərini haqlı sayırlar: "Beləliklə, erməni xuntası məsuliyyətdən yayınmağa çalışır. Ermənilər deyirlər ki, "düşmən mühəndislik işlərinin aparılmasına mane olmağa çalışır", yəni atəş mövqelərini təchiz etməyə imkan vermirlər. Lakin nədənsə, erməni hərbçiləri qəflətən bu cür işləri aparmağa ehtiyac duyulmasının səbəbləri barədə susmağa üstünlük verir. Aydındır ki, bu "mühəndis işləri", Azərbaycan sərhədçilərinə atəş açılması eyni zəncirin bağlantılarıdır, yəni genişmiqyaslı təxribatın hazırlanmasıdır. Azərbaycanla hərbi münaqişə yenidən başlayacağı təqdirdə, İrəvan siyasi və informasiya baxımından Avropa və ABŞ-a, hərbi baxımdan isə Rusiya tərəfindən göstəriləcək kömək və dəstəyə ümid edir. Lakin Ermənistanın KTMT-də iştirakı ona kömək etməyəcək - Belarus və Qazaxıstan kimi Avrasiya İttifaqının aparıcı gücləri (həm iqtisadi, həm də hərbi) bu təxribatda Ermənistanı dəstəkləməyəcək. Üstəlik, siyasi baxımdan daha güclü əlaqələri olan Azərbaycana dəstək vermə ehtimalı yüksəkdir. Rusiya maksimum siyasi yolla Azərbaycanı Ermənistanın tam hərbi məğlubiyyətindən çəkindirməyə çalışacaq. Rusiya daxili problemləri üzündən silahlı qüvvələrindən istifadə edərək bu silahlı qarşıdurmaya müdaxilə etməyəcək.
Fakt budur ki, Rusiya Federasiyasındakı daxili siyasi vəziyyət də rifahdan uzaqdır. Suriyadakı hərbi əməliyyatlar və Donbasdakı tanınmayan qurumlarda rejimi dəstəkləmək yoxsul əhali kütlələri arasında çox da coşqu yaratmır. Moskvanın sadəcə başqa bir hərbi kampaniyaya imkanı çatmaz. Kreml iqtisadi cəhətdən güclü olan Azərbaycanla əlaqəsini kəsməyə getməyəcək". Ekspert məsələ ilə bağlı "ordu" portalına açıqlamasında vurğulayır ki, Ermənistana Qərb də kömək etməyəcək: "O, Ermənistandan yalnız Rusiyaya təzyiq elementi kimi istifadə edir, müqavilə və ittifaqları pozmağa məcbur edir, lakin bunun əvəzində heç bir şey təklif etmir. Buna görə də Qərbə olan ümidlər erməni siyasətçilərinin dərin səhvidir. "Qızardılmış ət" iyi gələn kimi ABŞ və Avropa Paşinyanı tərk edəcək. Bunun yaxşı bir nümunəsi Ukraynadır. Ümumiyyətlə, bəzən məndə Ermənistanın müəyyən bir özünü məhvetmə mexanizmini işə saldığı təəssüratı yaranır - nə etsələr vəziyyət daha da pisləşir. Ermənistanın özü üçün bu daha pisdir. Erməni xalqı daha nə qədər dözə bilər? Mən falçı sayılmaq istəmirəm, lakin vəziyyətin inkişafı Paşinyanın bir ildən çox vaxtı qalmadığını göstərir. Bu müddət ərzində müxalifət möhkəmlənəcək və sonra Ermənistan yenidən qaynar qazana çevriləcək. Üstəlik, hərbi təxribatlarla insanların diqqət vektorunu daxili problemlərdən xarici düşmənə çevirmək cəhdi Paşinyan üçün təmiz intihar olardı. Hərbi gücdən danışırıqsa, hazırda Ermənistanın mövcudluğu yalnız Azərbaycan rəhbərliyinin xoş iradəsinin nəticəsidir. Ümid edirik ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ordusuna "İrəli!" əmrini verməməsi üçün dözümü və səbri olacaq. Lakin Paşinyan da qonşusunun səbrinin hüdudsuz olmadığını başa düşməlidir". Bütün bunlar bir daha təsdiq edir ki, əslində, cəbhənin istənilən istiqamətində törədilən təxribat düşmənə olduqca baha başa gəlmək iqtidarındadır. Hər halda, bunun aprel döyüşləri kimi real təcrübəsi var. Bu mənada aydındır ki, getdikcə güclənən Azərbaycan istənilən vaxt hərbi əməliyyatlar vasitəsilə qarşıya qoyduğu məqsədə nail olmaq iqtidarındadır. Rəsmi Bakı indilikdə Ermənistanın, eləcə də vasitəçi ölkələrin Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli üçün real imkanlara əl  atacağına ümid edir. Amma yaxın tezlikdə bu baş verməsə, Azərbaycan hərbi gücə əl atmaq məcburiyyətində qalacaq. Bu, Ermənistan və onun havadarlarına da yaxşı məlumdur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ