şənbə günü, 07 noyabr 2026
     

İvanişvilinin “avro-5 siyasətinin” bir ucu Gürcüstanın özünü, digər ucu Azərbaycanı vuracaq…

Image


Bu gün Azərbaycanın neft məhsullarının ixracında əsas bazarlardan biri qismində qonşu Gürcüstan çıxış edir. Hazırda bu ölkəyə benzin və dizel yanacağı ən sərfəli qiymətlərlə məhz Azərbaycandan gətirilir. Belə vəziyyətdə gürcü hökumətinin “Avro 5” yanacaq standartına keçid niyyəti bu ölkədə ciddi narazılıq yaradıb.

Qeyd edək ki, Gürcüstan 2020-ci il yanvarın 1-dən dizel yanacağıyla bağlı yeni standartlar müəyyən edib. Yeni tənzimləmələrə əsasən, Gürcüstanda “Avro 4” dizel yanacağı “Avro 5”lə əvəzlənəcək. Ölkə mətbuatı və ekspertlər isə artıq bu qərara qarşı çıxıblar. Onların fikrincə, bu qərar sayəsində ölkənin dizel yanacağına olan tələbatının 40%-ni təmin edən Azərbaycan şirkətləri Rusiya şirkətləriyə əvəzlənəcək. Belə ki, Azərbaycanda “Avro 5” standartı ilə istehsal 2021-ci ildə başlayacaq. Amma gürcüləri narahat edən əsas məqam belə vəziyyətdə qiymətlərin bahalaşmasıdır. Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia  qeyd edir ki, “Avro 5” yanacaq standartına keçid ölkəyə zərər vuracaq. O deyib ki, yeni standartın tətbiqi yanacağın qiymətinin artmasına səbəb olacaq. Keçmiş nazir hökumətin “Avro 5” yanacaq standartına keçidlə bağlı qərarının ona aydın olmadığını qeyd edib: “Gürcüstan Avropa İttifaqı ölkələri kimi zəngin deyil ki, “Avro 5” standartına keçsin. Ən əsası isə odur ki, yeni standart ekologiyaya real təsir etməyəcək. Belə ki, “Avro 4” və “Avro 5” standartları arasındakı fərq çox azdır”. Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputat Azər Süleymanov hökumətin dizel yanacağı sahəsində son tənzimləmələrinin İvanişvili hakimiyyətinin ömrünü azaldan səbəblərdən biri olacağını deyib: “Heç Avropanın bəzi inkişaf etmiş ölkələri “Avro 5”ə keçməyib. Hesab edirəm ki, İvanişvili hakimiyyətinin çox uzun ömrü qalmayıb. Bu gün Gürcüstan iqtisadiyyatında ciddi problemlər qeydə alınır. Ölkənin bir tərəfində aksiyalar, bir tərəfində kriminal hadisələr baş verir, iqtisadiyyat zəifləyir və ötən əsrin 90-cı illərindəki proseslər yenidən yaşanır. Bu proseslər və Azərbaycanla münasibətlərin korlanmasına edilən cəhdlər Gürcüstana mənfi təsir edəcək. Ölkəsinin 20 faiz torpağını işğal edən Rusiya ilə hansısa münasibətin qurulmasına Gürcüstan vətəndaşlarının əksəriyyəti razı deyil və onların fikirləri İvanaşvilinin fikirləri ilə üst-üstə düşmür”. A.Süleymanov belə bir vaxtda Azərbaycanla Gürcüstanın problemlərinin yaranmasında təkcə İvanişvili yox, bir çox hallarda ermənilərin də aktiv rol oynadığını görməyin mümkün olduğunu söyləyib: “Tiflisin zaman-zaman başqa sahələrdə də Azərbaycana hücumuna artıq şahid oluruq. Bir neçə gün öncə Batumidə İvanişvilinin “peyk”i olan Vətənpərvərlər Alyansı Partiyası elə İvanişvilinin dəstəyi ilə aksiya keçirdi. Bu aksiya iştirakçılarının əlindəki pankartlarda Azərbaycana qarşı heç də ürəkaçan sözlər yazılmamışdı. Onlar bu yolla ictimaiyyətin fikrini ölkənin daxilindəki problemlərdən yayındırmağa çalışırlar. Biz çox istərdik ki, hər iki dövlətin maraqları nəzərə alınmaqla bu problemlər həll edilsin. Bu problemlərin yaranmasında ermənilər də müəyyən rol oynayır. Onlar iki dövlət arasında münasibəti korlamağa çalışırlar. Hesab edirəm ki, siyasətdən uzaq olan hansısa oliqarx Gürcüstanı çökdürə bilməyəcək”.

Gürcü ekspert Vaso Uruşadze də baş verənlərin ölkə iqtisadiyyatı üçün təhdid yaratdığını bildirir. Onun sözlərinə görə, Gürcüstan hökumətinin dizel yanacağı ilə bağlı tətbiq etdiyi yeni standartdan istifadə edərək, Azərbaycan şirkətləri yerinə bazara Rusiya şirkətlərini buraxmaq istəməsi gürcü iqtisadiyyatı üçün təhdid yaradır: “Biz arxasında kölgə bəyanatların dayandığı yaşıl iqtisadiyyat haqqında çox bəyanatları xatırlayırıq. Bu halda biz əminik ki, bu belədir. Belə ki, real olaraq “Avro-5” standartlı dizel yanacağının tətbiqinin Gürcüstanda olan avtoparka necə təsir etməsinə dair tədqiqat mövcud deyil. Burada söhbət neft məhsulları bazarının yenidən bölüşdürülməsindən gedir. Hər kəsə yaxşı bəllidir ki, strateji tərəfdaşımız olan Azərbaycan Gürcüstana dizel yanacağının 40%-ni tədarük edir. Bu nizamlamanın tətbiqi sayəsində Azərbaycanın neft məhsulları tam olaraq bazardan çıxacaq. Hər kəsə bəllidir ki, 2021-ci ildən Azərbaycan “Avro-5” standartına keçir, amma burada bir il udmaq lazımdır ki, Azərbaycan bazardan düşsün və onu Rusiya şirkətləri əvəz etsin. Bu şirkət “Rosneft” və onun Gürcüstandakı nümayəndəsi “Petrokas”dır ki, onlar da ölkənin qeyri-rəsmi hakimləri ilə əlaqəlidir”. Gürcüstanın Beynəlxalq Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin vitse-prezidenti Nika Şenqeliya isə Gürcüstan hökumətinin yeni standartlara keçidi bir il müddətinə - Azərbaycanın “Avro-5” standartlı dizel tədarük etmək imkanı yaranana qədər təxirə salmaq imkanının olduğunu bildirib: “Əgər belə olmasa, yanacağın qiyməti bazarda daha da bahalaşacaq. Bu bahalaşma 20% miqdarında olacaq”. Bununla yanaşı, gürcü mediası yazır ki, Rusiya şirkətlərinin gəlişi Moskvanın Tiflisə təzyiqləri üçün əlavə imkan yaradacaq. Burada o da xatırlanır ki, artıq Moskvanın son turist qadağası Gürcüstana əhəmiyyətli dərəcədə zərər vurub. Belə ki,

Gürcüstandan Rusiyaya birbaşa aviareyslərə qadağa qoyulmasından sonra təkcə "Georgian Airways" aviaşirkətinin itkiləri 25 milyon dollara çatıb. Şirkət satılmış biletlərin 80 faizini geri almağa məcbur olub. Bundan başqa, aviabilet almaq istəyənlərin sayı kəskin şəkildə azalıb. "Georgian Airways"in rəhbərliyi Gürcüstan hökumətinə müraciət edərək maliyyə yardımı istəyib. Xatırladaq ki, Rusiya-Gürcüstan münasibətlərində gərginlik iyunun 20-də Tiflisdə antihökumət və antirusiya aksiyaları ilə başlayıb. Mitinq iştirakçıları Rusiyadan olan nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasının sessiyasında iştirakına etiraz edib. Ölkədə hökm sürən qarışıqlıq fonunda Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanı "düşmən" adlandırıb və bəyan edib ki, Moskva ölkə ictimaiyyəti arasında parçalanma yaratmaqda maraqlıdır.

Rusiya prezidenti Vladimir Putin gürcüstanlı həmkarının bu bəyanatından sonra iyulun 8-dən etibarən iki ölkə arasında hava əlaqəsinin dayandırılması haqqında fərman imzalayıb. Statistikaya əsasən, keçən il Gürcüstana gələn turistlərin beşdə birini Rusiya vətəndaşları təşkil edib. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Gürcüstanda vəziyyət normallaşandan sonra ölkələr arasında hava əlaqəsi bərpa olunacaq. İndi bütün bunlardan sonra Rusiya şirkətlərinin ölkənin enerji bazarına buraxılması Gürcüstan üçün yeni ciddi problem sayılır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ