Soçi Beynəlxalq Hava Limanından ermənilərin kütləvi şəkildə işdən çıxarılmasına başlanıb. Belə ki, hava limanından qovulan ermənilər məsələ ilə bağlı bəyanat yayıblar. Onlar hava limanından məhz milli kimliyinə görə 100 nəfərin qovulduğunu bildiriblər.
Ermənilər bu prosesin 2018-ci ilin əvvəlindən başladığını və ilk təmizləmələrin hava limanının daşınmaların təşkili xidməti və aviasiya təhlükəsizliyi xidmətində aparıldığını vurğulayıblar. Onlar hətta iclaslar zamanı erməni əsilli şəxslərin könüllü şəkildə 1 sentyabra qədər istefa verməsi gərəkliyi ilə bağlı xəbərdarlıq aldıqlarını da iddia ediblər.
O da məlumdur ki, Soçi Rusiya üçün olduqca əhəmiyyəti şəhərə çevrilib. Çünki bu şəhər son illər beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edir. Belə olan halda isə xüsusən strateji əhəmiyyətli hava limanında erməni faktorunun böyüməsi Moskvada anlaşılan narahatlığa səbəb olur. Rusiya milliyyətcə erməni olan şəxslərin törətdiyi terror aktları ilə dəfələrlə qarşılaşıb. Çünki Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin bu ilin avqustunda Soçidə görüşü keçiriləcək. Keçirilməsi planlaşdırılan görüş ərəfəsində erməni millətindən olan insanların kütləvi şəkildə strateji ərazidən kənarlaşdırılması onu göstərir ki, Rusiya ermənilərə etibar etmir. Ermənilərin terrorçu xislətə malik olması bu baxımdan potensial təhdid mənbəyidir.
Maraqlıdır, bəs ekspertlər baş verənləri necə dəyərləndirirlər?
Məhəmməd Əsədullazadə: “Görünür, bununla bağlı Rusiya xüsusi xidmət orqanlarında ciddi məlumatlar var”
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya artıq ermənilərə etibar etmir: “Ermənistanda ötən il etirazlardan sonra Rusiyanın ermənilərə etibarı yoxdur. Rusiya yaxşı bilir ki, ermənilər xəyanətkardır və istəilən vaxt bu ölkəyə xəyanət edəcəklər. Moskvanın ermənilərdən istifadə etməkdə məqsədi regionda öz siyasətini qurmaqdır. Ermənilər Rusiyada SSRİ vaxtından terror fəaliyyəti ilə məşğul olublar. Onların yenidən terror və təxribata əl atması mümkündür. Soçi kimi strateji önəm daşıyan bir şəhərdə hava limanı və digər sahələrdə ermənilərn mövcudluğu Rusiyanın təhlükəsizliyi üçün təhdiddir. İndi Rusiya bunu başa düşür. Hesab edirəm ki, görünür, bununla bağlı Rusiya xüsusi xidmət orqanlarında ciddi məlumatlar var. Ermənilərin ABŞ-da böyük lobbisi var. Bundan əlavə, terror qruplaşmaları ilə ermənilər daim əlaqədədir. Hesab edirəm ki, Moskvanın bu addımı təhlükəsizliklə bağlıdır. Hər hansı bir terror mərkəzindən gələn təlimatla ermənilər Rusiyada terror aktı həyata keçirə bilər. Soçi də bu risqə aiddir. Dövlət başçılarının Soçi görüşü ərəfəsində belə bir təhlükəsizlik tədbirinin görülməsi təsadüfi deyil. Görünür, Moskvanın əlində ermənilərlə bağlı əsaslı dəlillər var. Yoxsa belə bir addıma birdən-birə getməzdilər. Hesab edirəm ki, Rusiyada artıq ermənilərə etibar edilməyəcək. Onların mühüm və strateji önəm kəsb edən dövlət müəssisələrində yüksək vəzifədə çalışmasının artıq qarşısı alınacaq. Məhz Soçi amili Rusiyaya bir mesajdır və bundan sonra Moskva ermənilərlə bağlı siyasətində korrektələr edə bilər. Rusiyanın Ermənistanla və ermənilərlə bağlı siyasəti artıq köhnəlib. Onlarla müttəfiqlik əlaqələri Türkiyə və Azərbaycana qarşı yönəlib. İndi isə Rusiyanın geosiyasi mövqeyinin güclənməsi, Türkiyə ilə əməkdaşlığın inkişafı, Azərbaycandan özünə qarşı təhlükəli siyasətin olmaması Moskvanın Ermənistanla bağlı siyasətində dəyişiklik etməlidir. Nə qədər buna getsələr, Rusiya udacaq. Əks halda, bu, Rusiyanın ziyanına olacaq”.
Vidadi ORDAHALLI