şənbə günü, 07 noyabr 2026
     

Qondarma “DQR”də xaos salmaq istəyənlərə yüksək səviyyədə hədə-qorxu gəlindi...

Image


Zəbt edilmiş Azərbaycan ərazilərində son vəziyyətin təhlili burada da ermənilər arasında qarşıdurma və ziddiyyətin getdikcə kəskinləşməkdə olduğunu göstərir. Digər tərəfdən, Qarabağ separatçıları ilə İrəvan arasında da ziddiyyət tədricən özünün pik həddinə çatmaqdadır. Bu fonda Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejimin daxilində siyasi çaxnaşmanın şiddətlənməsində İrəvanın da müəyyən qədər rolu var.

İndilikdə yayılan məlumatlar göstərir ki, separatçı rejimin “rəhbəri” Bako Saakyan Qarabağda xaos yaratmaq istəyən qüvvələrin olduğunu və buna imkan verməyəcəklərini bəyan edib: “Hər kim əminamanlığı pozmağa cəhd etsə, cavabını alacaq”. Onun bu bəyanatının daha çox Nikol Paşinyanın komandasına ünvanlandığı hesab olunur. Çünki Paşinyan “Qarabağ klanı”nın “son qalası” olan separatçı rejimi ələ keçirməyə hazırlaşır. Bunun üçün son tarix 2020-ci ildə keçiriləcək “prezident və parlament seçkiləri”dir. Hazırda Paşinyan “Qarabağ klanı”nın namizədlərinə qarşı alternativ namizədlərə dəstək verir. Belə namizədlərdən biri separatçı rejimin keçmiş “müdafiə naziri” Samvel Babayandır. Keçmiş hakimiyyətin dövründə Babayan Sarkisyana sui-qəsd ittihamı ilə həbs edilmişdi. Paşinyan onu barmaqlıqlar arxasından çıxarıb separatçı rejimi ələ keçirmək planına daxil etdi. Hazırda Babayan separatçı rejimin “prezidenti” olmaq üçün namizədliyini verməyə hazırlaşır, lakin “konstitusiya” ona bu imkanı vermir. Digər tərəfdən, mövcud separatçı rejim Babayanın namizədliyini qeydə almamaq üçün müxtəlif hüquqi maneələr yaradır. Babayanın komandası Qarabağda yerləşdirilmiş ermənilərdən imza toplamaqla bu hüquqi maneələri aşmaq niyyətindədir. “Past” qəzeti yazır ki, Babayanın imzatoplama kampaniyası başa çatıb, lakin o, sənədlərini “MSK”ya verməyə tələsmir: “Babayan Nikol Paşinyanın Qarabağa səfərini gözləyir. Yalnız bu səfərdən sonra o, namizədliyini irəli sürüb-sürməmək haqda qərar verəcək”. Elə bu fonda da separatçı rejim daxilində siyasi qarşıdurma özünün zirvə nöqtəsinə çatmaqdadır. Ermənistanı narahat edən məqam Azərbaycanın, bu qarışıqlıqdan istifadə edərək, hərbi əməliyyatlara başlaya biləcəyi ehtimalıdır.
Erməni şərhçi Aram Amatuni də iddia edir ki, Bakı Qarabağda yaranmış vəziyyətdən asanlıqla istifadə edə bilər. O hesab edir ki, hətta bu zaman İrəvandakı iqtidar heç də Qarabağdakı separatçı rejimin yardımına tələsməyəcək. Bunun bir səbəbi qismində Paşinyanın indiki separatçı rejimə qarşı tutduğu münasibət göstərilirsə, digər səbəb qismində Ermənistandan Qarabağa gedən yolun ötən ildən Azərbaycanın nəzarətində olması göstərilir.

Xatırladaq ki, ötən ilin may ayı ərzində Naxçıvanın 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək, dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan ordusunun nəzarəti altına keçib. Naxçıvandakı Əlahiddə Ümumqoşun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi də ordumuzun nəzarətindədir və bunun ən böyük strateji əhəmiyyəti İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuzun nəzarət etməsinə imkan verməsidir. Həyata keçirilən əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun mühüm bir hissəsinin Əlahiddə Ümumqoşun Ordu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlük deməkdir. 
Xatırladaq ki, ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometrdən artıq yeni yol çəkilib, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili  üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Qısa zamanda dayaq məntəqələrinin bir neçə kilometrlərlə önə çəkilməsi, strateji yüksəkliklərin ələ keçirilməsi, logistik təminatın təşkili erməni tərəfi üçün indi də şok effekti yaradır. Düşmənin illərdir möhkəmlənmiş əraziləri tərk etməyə məcbur edilməsi bir tərəfdən onun döyüş imkanlarını məhdudlaşdırıb, digər tərəfdən Ermənistandan Qarabağ gedən yolların ordumuz tərəfindən nəzarət altına alınmasına imkan verib. İndi Qarabağda mümkün döyüş əməliyyatları zamanı Ermənistandan separatçı rejimə yardım göstərilməsi müşkülə çevrilib. Düzdür, belə bir vaxtda erməni tərəfi açıqlama ilə çıxış etdi ki, Ermənistandan Dağlıq Qarabağa yeni yol çəkilir. Amma elə erməni mediasının yazdıqlarından belə bəlli olur ki, bütün bunlar əslində blefdir və ictimaiyyəti aldatmağa hesablanıb. Bu xüsusda  “1in.am” portalı yazır: “Bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosunun “Daxildən siyasət” verilişində bəyan edib ki, çox tezliklə Ermənistanla Dağlıq Qarabağı  birləşdirən 150 kilometrlik yol inşa ediləcək. O belə deyib: “İlkin müzakirələrə əsasən, bu gün biz 150 kilometrlik yolun çəkilməsini planlaşdırırıq. Artıq qərar var. Cənub istiqamətində Qafandan Hadrutadək salınacaq yol müzakirə mərhələsindədir və mən ümid edirəm ki, ilin sonunadək bütün müzakirələrimizi ümumiləşdirəcəyik və bizim əlimizdə bu yolu necə inşa edəcəyimiz haqqında “yol xəritəsi” olacaq”.

Yeri gəlmişkən, həmin müsahibəsində Təhlükəsizlik Şurasının katibi layihənin maliyyələşdirilməsi məsələsinin artıq həll edildiyini bəyan edərək, əminlik ifadə edib ki, yol çox qısa zamanda inşa ediləcək və 2020-ci ildə bitəcək. Armen Qriqoryan Ermənistanın hökumət sistemində həlledici post tutur və o konkret vaxt göstərirsə, onda həm bizim cəmiyyətimizdə, həm də beynəlxalq birlikdə şübhə olmamalıdır ki, söhbət artıq bütün zəruri komponentləri aydınlaşdırılaraq işlənib hazırlanmış layihələrdən gedir. Təsadüfi deyil ki, Təhlükəsizlik Şurasının  katibinin müsahibəsi Ermənistanda böyük rezonansa səbəb olub və bunun səbəbləri aydındır. Ermənistanı Qarabağla birləşdirən yolun strateji əhəmiyyətindən danışmaq artıqdır. Eyni zamanda mübahisəsizdir ki, işlənib hazırlanmış Qafan-Hadrut yolu layihəsi Ermənistanla Qarabağ arasındakı strateji əlaqəni, həmçinin iqtisadi və hərbi-siyasi mənada buraxılış qabiliyyətini daha da gücləndirəcək.

Təbii, Ermənistanda həvəslə qarşılanan bir şey Azərbaycanda süngü ilə qarşılanır. Və təsadüfi deyil ki, Armen Qriqoryanın müsahibəsindən sonra Azərbaycan XİN-i kifayət qədər sərt bəyanatla çıxış edib. Diqqətçəkəndir ki, Qriqoryanın sensasiyalı müsahibəsindən sonra bizim yaxşı məlumatlı mənbələrimiz, yumşaq desək, bu bəyanatın etibarlılığını şübhə altına alıb. Əsaslandırmaları çox müxtəlif olub. Birincisi Qriqoryan, həlledici post tutmasına baxmayaraq, hökumət düşərgəsində elə bir fiqur deyil ki, belə strateji əhəmiyyətli bir layihəni ictimailəşdirmək hüququ olsun. Adətən, strateji əhəmiyyətli qərarlar haqqında məlumatı cəmiyyət baş nazir Nikol Paşinyandan öyrənir. İkincisi, bu gün Ermənistan iqtisadiyyatı, büdcəsi belə bir layihəni reallaşdırmaq imkanına sahib deyil və hazırlıq işləri görülmədən, məsələn, “Ayastan” ümumerməni fondunun köməyilə bu layihə üçün ianə toplanması təşkil edilmədən belə bir layihəyə girişmək risqli olardı. Bu planda, Qriqoryanın ümumiyyətlə vəziyyətdən xəbəri yoxdur.

Nəhayət, bizim mənbəmizin informasiyasına görə, nəzərdə tutulan Qafan-Hadrut yolu layihəsi reallaşdırılma ehtimalı böyük, ancaq hələ müzakirə mərhələsində olan ideyadır. Və Armen Qriqoryanın dediyinin əksinə, bu layihə ilə bağlı siyasi qərar yoxdur. Beləliklə biz, demək olar əminik ki, Qriqoryanın bəyanatı avantürizmin nəticəsidir. Ancaq müəyyən şəraiti nəzərə alaraq, biz bu mövzuya, ən azı indiki halda, toxunmamağa qərar vermişdik. Lakin artıq bu barədə danışmamaq mənasızdır, çünki nüfuzlu rus saytlarından biri Qriqoryanın bəyanatının blef olduğunu açıqlayıb və bu informasiya digər xəbər resursları tərəfindən də yayılıb. Armen Qriqoryan, istər-istəməz, reallaşma perspektivi olmayan, – istənilən halda, onun göstərdiyi müddətdə, – bəyanatla çıxış edib və bu, Nikol Paşinyanın və onun hökumətinin nüfuzuna geri dönüşü olmayan zərbə olacaq. Ümumiyyətlə, siyasi blef Serj Sarkisyana xas olan əlamət idi. Məsələn, üçüncü prezident öz idarəçiliyinin müxtəlif vaxtlarında Ermənistanı İranla birləşdirəcək dəmir yolunun və ya yeni AES-in tikintisinə başlamağa söz vermişdi və faktiki, cəmiyyəti aldatdı. Legitimliyinin mənbəyi ictimai etimad olan inqilabi hakimiyyətlər belə davranışa yol verə bilməzlər. Biz dərindən əminik ki, Armen Qriqoryanın bəyanatından Nikol Paşinyanın xəbəri olmayıb.

Biz eyni zamanda əmin olmaq istəyirik ki, Qriqoyan öz komandasına qarşı siyasi sui-qəsdə qarışmayıb və sadəcə şok ifadələr işlətməklə özünü göstərməyə çalışıb. Qriqoryan, bizim təəssüflə yazdığımız kimi, Təhlükəsizlik Şurasının  katibi vəzifəsində heç nəyi ilə fərqlənmir. Belə ki, yüksək çinli bu məmurun faydalılıq əmsalı çox aşağıdır. Doğrusu, Qriqoryanın əhəmiyyətsiz “kikslər”inə (bilyard oyununda kiylə yanlış zərbə) indiyədək diqqət edilməyib, ancaq onun sonuncu bəyanatı rüsvayçılıqdır. Belə yüksək statusu olan məmur məsuliyyətsiz bəyanatlarla çıxış edə bilməz. Bu durumdan ən yaxşı çıxış yolu Armen Qriqoryanın istefası ola bilər. Əks halda bu, qaçılmaz olaraq onun işdən səs-küylü uzaqlaşdırılmasına gətirib çıxaracaq. Çünki hökumət özünü cəmiyyətin gözündə dəyərsizləşdirərək və xarici tərəfdaşının etimadını itirərək, Qriqoryanın məsuliyyətsiz bəyanatının nəticələrini qəbul edə bilməz”. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistan Qarabağ məsələsində zəif mövqedədir və mümkün hərbi əməliyyatlar zamanı da separatçı rejimə hansısa formada yardım edə bilməz.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ