şənbə günü, 07 noyabr 2026
     

ABŞ - İran qarşıdurmasında Azərbaycanın öz oyunu var - Qafqazın platsdarma çevrilməsinin qarşısı alınır

Image


ABŞ və İran arasında münasibətlər getdikcə kəskinləşir və Tehran rəsmilərinə qarşı Vaşinqtonun sanksiyaları da genişlənir. Artıq ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı da sanksiya tətbiq edib. Ağ Ev administrasiyasının yüksək rütbəli nümayəndəsi bu xüsusda bildirib: “Zərif İran rejiminin beynəlxalq ictimaiyyət qarşısındakı simasıdır və o, Tehranın nüvə proqramına dəstək, ballistik raket yaradılması və terror şəbəkələri üçün təbliğat və dezinformasiya aparılmasının başında durur”.

Amerikalı senator Dayenn Faynstayn isə bildirir ki, ABŞ hökumətinin Cavad Zəriflə bağlı verdiyi qərar yanlışdır: “Bu qərar bizi sülhə aparmır, onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırır”.

“Jerusalem Post” qəzeti xatırladır ki, bundan əvvəl ABŞ prezidenti Donald Trampın ətrafındakı komanda yeni hədəflərə doğru yürüməyə başlayıb: aprel ayında İslam İnqilabı Keşikçiləri Korpusu və dini lider Ayətullah Əli Xamneiyə sanksiyalar tətbiq olunub: “ABŞ  İrana hücumlarla bağlı xəbərdarlıq edib, dəniz və hava aktivlərini Körfəzə göndərib. Bununla birlikdə, İran tankerlərə həmlə edib və müttəfiqləri Səudiyyə Ərəbistanına qarşı həmlələrdə dron və raketlərdən yararlanıb. ABŞ-ın İraqdakı bazalarına atəş açılıb. Tehran, eyni zamanda, iyul ayında İngiltərənin bir İran tankerini ələ keçirməsinə cavab olaraq bir ingilis neft tankerini tutub.

Zərifə qarşı sanksiyalar da gözlənilən idi və bəziləri onun iyun ayında qüvvəyə minəcəyini düşünürdü. Lakin ABŞ əlində daha çox kart saxlamaq istəyirdi. Guya Zərifin sanksiya siyahısına salınması ABŞ-ın İranla yeni razılaşma tələbinin icrasını daha çətin vəziyyətə salacaqdı. Sövdəçini sanksiyalaşdırırsınızsa, yeni bir sövdə necə əldə edilə bilər? Ancaq ABŞ-ın hazırkı rəhbərliyi Zərifin gülümsəyən simasını və İranın baş izahçısı olmasını zərərli sayır. Bu onun Avropadakı qrafiklər kursundan və hətta Nyu-Yorka iyul səfərində BMT ətrafında kiçik bir radiusda hərəkətlərini məhdudlaşdırmaq istəyindən də aydın olur. Keçmişdə XİN rəhbəri ABŞ-a səfərlərdən birbaşa Amerika xalqına və yüksək səviyyəli demokratlara müraciət etmək fürsəti olaraq istifadə edib. Buna görə də o, öz lobbi aparatını yetişdirən təhlükə olaraq görülür”.

İran tərəfi də məsələyə sərt reaksiya verib. Ekspertlər isə bildirir ki, proseslərin inkişaf axarı Tehran və Vaşinqton arasında savaşı getdikcə qaçılmaz edir. Hazırda elə bu fonda ABŞ İran ətrafına əlavə hərbi qüvvələrə cəmləşdirir. Fars körfəzində ABŞ hərbi texnikasının sayının artırılması da bunun təsdiqi sayılır. Digər bir məlumata görə isə, ABŞ İranla mümkün savaşda Qafqazı da əsas plastdarmlardan biri qismində nəzərdən keçirir. Hesab edilir ki, bu xüsusda ABŞ üçün Gürcüstanla hansısa problem olmayacaq. Vaşinqton bu istiqamətdə İrəvanla da aktiv iş aparır. Erməni ekspert Aharon Vardanyan bildirir ki, bu xüsusda İrəvana ABŞ tərəfindən ciddi təzyiqlər var. Onun sözlərinə görə, Rusiya amili olmasa, ABŞ-ın Ermənistandan İrana qarşı istifadə etməsi daha asan olacaq. Azərbaycana gəlincə, ölkəmizilə bağlı vəziyyət fərqlidir. Bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqin də təsdiq edir. Onun sözlərinə görə, Qərbin İranla bağlı təzyiqlərinə rəğmən, Azərbaycan özünün əhəmiyyətini anlayaraq müstəqil siyasət yürüdür: “Bakı təslim olmur. Burada başlıcası bu kursu davam etdirmək, heç nədən qorxmamaq, beynəlxalq hüquq çərçivəsində hərəkət etməkdir. Real siyasətçi qorxudulmanın, Qərbin psixoloji hücumunun qurbanı olmamalıdır. Hzırda Qərbin bu hücumlarına təslim olsan, eyni metodologiya sənə qarşı da istifadə olunacaq: rəngli inqilablar, təzyiqlər və sair”.  

O, Rusiya və İran kimi, bir gün Azərbaycanın da öz üzərində Qərbin öldürücü olmayan zərbələrini hiss edə biləcəyini deyib: “ Amerika Azərbaycana təzyiq etməyə cəhd etsə, Bakı rahatlıqla amerikalılara əvəz tapa bilər. Azərbaycanın bunun üçün hər şeyi var. Azərbaycanın Rusiya, Çin, İran, eləcə də sizin üçün qardaş ölkə olan Türkiyə ilə münasibətləri yaxşıdır. Bu gün ABŞ-dan narazı olanlar yeni qarşılıqlı fəaliyyət formatları axtarıb tapırlar. Azərbaycan öz milli maraqlarına əsaslanaraq rasional siyasəti dəstəkləyir. Azərbaycan yaxşı bilir ki, birqütblü dünyada heç bir suveren dövlət ola bilməz. İlham Əliyevin Rusiya-Azərbaycan-İran formatına dəstək siyasəti sadə, amma cəsarətli hesabla diqtə olunur”.

Azərbaycanın İran məsələsində indiki mövqeyini qoruyacağını Avstriyanın “Contra Magazin” nəşri də xüsusi olaraq vurğulayır. “Contra Magazin” qeyd edir ki, ABŞ-ın İranla müharibəni qısa vaxtda udmaq üçün vasitələri yoxdur, ona görə də Vaşinqtonun ildırımsürətli qələbəsi istisnadır və bu müharibə onun on milyardlarla dollarını “uda” bilər: “Hələ ABŞ ordusunun canlı qüvvə və texnika itkiləri haqda danışmasaq, demək olar ki, müttəfiqləri bu müharibəyə qoşulmaq istəmədiyindən əsas zərbəni endirməyi ABŞ üzərinə götürməli olacaq. Bundan əlavə, qalib gəlmək üçün ABŞ nəhəng sayda quru qüvvələrini İrana yeritməlidir. Bu qoşunlar İrana ancaq qonşu ölkələr üzərindən keçə bilər. Təxmin etmək olar ki, nə Pakistan, nə Əfqanıstan, nə Türkmənistan, nə də Azərbaycan və İraq buna razılıq verərdi. Bu, on minlərlə alman, britaniyalı, fransız, polyak və ya ispan quru qoşunlarının İrana quru müdaxiləsini dəstəkləmək üçün cəmləşdirilməsinə də aiddir. Habelə, Rusiya və Çinin xəbərdarlıqları var. Hər iki ölkə bu müharibəni böyük səhv və təhlükəsizliyə qlobal təhdid sayır. Moskva  İrana qonşu ölkələrə axın edib stabilliyi təhdid edə biləcək qaçqın seli barədə xəbərdarlıq edir. Lakin bu hələ hamısı deyil. İraqdan fərqli olaraq, İran hərbi baxımdan xeyli dayanıqlıdır. Onun yaxşı təlim görmüş və düzgün təchiz edilmiş ordusu var. Bundan əlavə, İranla müharibə ABŞ üçün həddən artıq baha başa gələ bilər. Vaşinqton Əfqanıstandakı müharibəyə bu vaxta qədər 3 trilyon dollardan çox xərclədiyi halda İranla müharibəni uda bilməzdi”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ