şənbə günü, 07 noyabr 2026
     

Vahid Əhmədov KİVDF-nin fəaliyyətini qaralayan bir neçə uğursuz sabiq qəzetçilərlə eyni sırada dayandı

Image


Bu günlərdə millət vəkili Vahid Əhmədovun adından təəccüblə qarşılana biləcək bir məlumat yayıldı. Maraqlıdır ki, həmin münasibətində Vahid Əhmədov ölkə başçısının uğurlu layihələrindən biri olan Kütləvi İnformasiya Vafitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyətini kəskin tənqid edib.

Bizə təəccüblü gələn məqam bu cür əsassız fikirlərin hansısa uğursuz sabiq baş redaktorun dilindən deyil, Vahid Əhmədovun adından tirajlanması oldu. Çünki məhz bu millət vəkili KİV-də tez-tez görünməyi xoşlayan, daim qəzetlərə müsahibə verən və ölkə başçısının siyasətini birmənalı şəkildə dəstəkləyən şəxs kimi özünü göstərir. Onda isə niyə Vahid Əhmədov ölkə başçısının uğurlu media siyasətini qaralamaq istəyən şəxslərlə eyni cəbhədə durmağa qərar verir? Ortaya çox ciddi təzadlı məqamlar çıxmış olur. Bunun üçün də biz ilk olaraq Vahid Əhmədovun özü ilə əlaqə saxlayıb həmin fikirlərin ona məxsus olub-olmadığını dəqiqləşdirmək istədik. Təəssüflər olsun ki, dəfələrlə etdiyimiz zəngə millət vəkili tərəfindən cavab verilmədi. Belə olan təqdirdə məsələyə başqa bir məntiqlə yanaşdıq. Hər halda, bir neçə gün əvvəl yayılan fikirlərdən Vahid Əhmədov narazı olsaydı, bunu təkzib edərdi. Bir də millət vəkilinin hansısa bir ifadəsi mübahisə doğurmur ki, onun məhz müəlliflə dəqiqləşdirilməsi olduqca zəruri sayılsın. Deputat KİVDF-nin fəaliyyəti ilə bağlı ətraflı mövqe ortaya qoyubsa, onda onun fikirləri ətrafında polemika açmağa dəyər.

Qərara gəldik ki, Vahid Əhmədovun səsləndirdiyi fikirlərlə bağlı KİFDF ilə yaxından əməkdaşlıq edən KİV rəhbərləri ilə bu mövzunu müzakirə edək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, bütün sahələrdə və qurumlarda olduğu kimi, media sahəsində də ciddi islahatlar aparılmalıdır: "Ümumiyyətlə, yaranan qurumlar effektiv işləməlidirlər, özlərini doğrultmalıdırlar. Cənab Prezident tərəfindən aparılan islahatların da son məqsədi məhz inkişafa nail olmaqdır. Bu baxımdan, Azərbaycan mediasında da ciddi islahatlara ehtiyac var. Mən bunu bir neçə dəfə söyləmişəm. Bu islahatları aparmaq lazımdır ki, mətbuat nüfuz qazansın və özünü saxlaya bilsin. Necə ki, iqtisadi, hüquq və digər sahələrdə uğurlu islahatlara start verilibsə, hesab edirəm ki, media sahəsində də böyük islahatlar olmalıdır".

V.Əhmədov deyib ki, hazırda KİVDF-nin fəaliyyətindən ciddi narazılıqlar mövcuddur:

"Bu narazılıqlar zaman-zaman Azərbaycanın bir sıra tanınmış və peşəkar jurnalistləri tərəfindən də dilə gətirilir. KİVDF və digər bu kimi media təşkilatlarının fəaliyyətinə dərindən baxmaq lazımdır ki, bu qurumlar özünü doğrulda bilib, yoxsa bilməyib. Bunu media sahəsində çalışan insanlar çox gözəl bilirlər. Mənim bildiyim məlumata görə, KİVDF-nin fəaliyyəti ilə bağlı jurnalistlər çox ciddi problemlərlə üzləşiblər. Bu sahədə müəyyən problemlər yaranıb. KİVDF-nin ədalətsiz fəaliyyətindən narazı qalan jurnalistlərimiz var. Bu problemi ümumi kontekstdə həll etmək lazımdır. Yəni Azərbaycanda aparılan dərin islahatlar kontekstində KİVDF-nin də fəaliyyətinə də baxmaq lazımdır".

Deputat qeyd edib ki, hazırda Azərbaycan mətbuatında çox ciddi monopoliya mövcuddur:

"Mən sizə açıq deyim ki, mətbuatımızda çox ciddi monopoliya var. Mən islahatlar deyəndə əsasən də bu problemin aradan qaldırılmasını nəzərdə tuturam. Yəni bu sahədə mövcud olan monopoliya aradan qaldırılmalıdır. Dövlətdən vəsait alan qəzet və saytların əksəriyyətinin arxasında müəyyən qüvvələr dayanır və onları maliyyələşdirir. Üstəlik də dövlət tərəfindən onlara yardımlar edilir. Halbuki, həmin KİV-lər bazarın ixtiyarına buraxılmalı idi ki, özü-özünü doğrultsun. Əgər imkanı, peşəkarlığı olacaqsa, o yaşayacaq. Peşəkarlığı olmayacaqsa, o zaman gedib başqa işlə məşğul olacaq. Bütün dünyada media bu cür fəaliyyət göstərir. Yəni KİV-i öz peşəkarlıqlarına görə bazar özü tənzimləməlidir. Dövlət hər dəfə bu qəzetlərə milyonlar xərcləyir, onları saxlayır. Axı bu, uzun müddət belə davam edə bilməz!".

Media sahəsində peşəkar olmayan Vahid Əhmədovun səsləndirdiyi absurd fikirlər doğrudan da təəccüb doğurur. Media Vahid Əhmədovun yaxından təmasda olduğu iqtisadiyyat sahəsi deyil ki, orada dövr edən böyük pulları əldə etmək istəyi monopoliyanın yaradılmasını şərtləndirsin.  İş olan yerdə narazılıqlar ola bilər. Kimlərsə, fərd olaraq, KİVDF-dən də narazı qala bilərlər. Amma gəlin araşdıraq görək, həmin narazılıqlar nə dərəcədə obyektivdir? Bəllidir ki, narazılıqları edənlər bir çevrədə təmsil olunurlar. Vaxtilə mediadan böyük qazanc götürmüş həmin şəxslərin ortaya qoya biləcək heç bir KİV layihəsi mövcud deyil. Necə deyərlər, yeyib, üstündən də su içiblər. 3-4 nəfər uğursuz keçmiş baş redaktorlardan ibarət həmin çevrənin əsas istəyi isə mediadakı bütün prosesləri tam ələ almaqdır. İstisna deyil ki, KİVDF-yə nəzarət etmək də tam ürəklərindən keçir. Belə insanlar hansısa polemikada, tənqidi fikirlərdə səmimi ola bilməzlər. Çünki ortada qərəzli mövqe var.Vahid Əhmədovun həmin dairələri üzünə tutacaq edərək, mötəbər mənbə kimi onlara istinad etməsi başadüşülən deyil. Elə jurnalistər var ki, KİVDF-nin keçirdiyi müsabiqələri tənqid edir. Həmin jurnalistdən soruşanda ki, heç bir dəfə də olsun müsabiqəyə yazı veribsən? Cavabı ”xeyr” olur. Bu yanaşma ilə prosesi necə tənqid etmək olar? Çox güman ki, Vahid Əhmədov KİVDF-dən narazılar deyəndə bu kateqoriya adamları nəzərdə tutur və onların fikirlərini etalon kimi qəbul etdirməyə çalışır.

Media kapitanları Vahid Əhmədovun səsləndirdiyi fikirlər barədə nə düşünürlər?

  • “Açıq deyim ki, bir başda iki fərqli fikir durumunu Vahid müəllimə heç yaraşdırmazdım...”

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev məsələ ilə bağlı bunları dedi: “MM-in səlahiyyət müddətinin bitməsinə bir il qalmış Vahid Əhmədov özünə qətiyyən dəxli olmayan mətbuatdakı vəziyyətə qarşı qərəzli tənqid püskürməkdənsə, öz deputatlıq fəaliyyətinə aid işlərin sahmana salınmasına daha çox vaxt ayırsa yaxşı olar. Azərbaycanda siyasətçi və ya qəzetçi olduğu bilinməyən bir neçə sabiq və radikal qəzetçidən başqa heç kim KİVDF-nin bir qurum kimi özünü doğrultduğuna şübhə etmir. Bu adamlar isə KİVDF-nin maliyyə müsabiqələrində iştirak etmir, xaricdən də media üçün qrantlar almaq imkanlarından məhrum olublar. Eləsi var ki, cəmi bircə il qəzet çıxara bilib. Belə uğursuz adamların bugünkü Azərbaycan mediası və KİVDF barədə fikri heç vaxt soyuqqanlı və ədalətli ola bilməz. Çox təəssüf ki, Vahid Əhmədov aparıb özünü belə fikirli insanlarla bir sıraya qoyur. Bir tərəfdən Prezidentin siyasətinə dəstək verən bir deputat kimi sərfəli status daşıyasan, o biri tərəfdən məhz Prezidentin şəxsən özünün uğurlu layihələrindən biri olan KİVDF haqqında deyəsən ki, “özünü doğrultmur”. Həm də bunu KİVDF-nin 10 illik ciddi nəticələrə malik fəaliyyətindən sonra deyəsən. Açıq deyim ki, bir başda iki fərqli fikir durumunu Vahid müəllimə heç yaraşdırmazdım. O hansı “tanınmış və əfsanəvi” jurnalistdir ki, KİVDF-nin fəaliyyətini tənqid edib? KİVDF-nin hansı işi ədalətsiz fəaliyyət nümunəsidir? Nə vaxt olub ki, “zaman-zaman KİVDF-yə qarşı narazılıqlar baş verib”? Vahid Əhmədovun bu mətləbləri haradan və hansı “dahi suflyordan” eşitdiyini deyə bilmərəm, ancaq çox təəccüblü və təəssüfedicidir. Vahid müəllimin fəaliyyətlərinin bəzi səhifələrini (olan və olmayan) sevimli mövzulara çevirmiş bir neçə reket media orqanına görə bütün ciddi mediadan qisas almaq yaxşı mövqe deyil. Ölkənin ciddi və KİVDF-nin dəstək sferasında olan qəzetlər Vahid Əhmədovla bağlı həmin “sevimli mövzulara” heç vaxt müraciət etməyib. Əgər Vahid Əhmədov buna görə hesab edirsə ki, mətbuatın nüfuzu qalmayıb, təsiri yoxdur və sair, ciddi mətbuat “sevimli mövzular” barədə öz sözünü deyə bilər.

Sözün açığı, KİVDF-nin dövlətçilik, mətbuat və ictimai maraqlarla uzlaşan fəaliyyətinə belə qərəzli münasibət göstərməyi Vahid Əhmədovdan gözləməzdim, hələ də inanmaq istəmirəm ki, o sözləri Vahid müəllim həqiqətən deyib. Çünki yazı-pozu və fəal siyasət, düşüncə adamları Vahid Əhmədovu maraqlı və düşündürücü fikirlər deyən adam kimi tanıyıblar. Doğrudur, indiyə qədər onun iqtisadiyyatdakı proseslər barədə apardığı təhlil və proqnozların özünü doğrultduğunu eşitməmişəm. Ancaq yanaşmaları maraqlı olub. Təəssüf ki, bu sözləri onun mətbuat və KİVDF barədə fikirləri üçün deyə bilmirəm. Mətbuat haqda müsahibəsi nə dəqiq, nə də maraqlı oldu!

Fikrimcə, belə haqsız fikirlərlə ölkə mediasının böyük bir hissəsinin əleyhinə getdi və yəqin ki, uyğunsuz tənqidə görə onu qınayanlar çox olacaq”.

  • “KİVDF o qəzetlərə pul ayırır ki, onlar həqiqətən ictimai-siyasi proseslərə təsir etmək gücündədirlər”

Rus dilində nəşr edilən “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Habiloğlu “Bakı-Xəbər”ə bildirdi ki, Vahid Əhmədovun öz sahəsinə aid olmayan bir mövzu ilə bağlı belə yanlış münasibət sərgiləməsini təəccüblə qarşılayıb: “Vahid Əhmədov yaxşı olar ki, gedib öz sahəsində problemlər axtarsın. Azərbaycan iqtisadiyyatında həlli vacib olan kifayət qədər mövzu var. Onları niyə araşdırmır? Deyir ki, KİVDF-də monopoliya var. Monopoliya deyəndə nəyi nəzərdə tutur, ona anlaya bilmirəm. Həmin fonddan müxtəlif  növ qəzetlər maliyyə alır. Mən özümüzü misal çəkə bilərəm. Biz tam müstəqil qəzetik. Bizə maliyyə verilsə də, kimsə demir ki, nəyi necə yazın. Öhdəliyimiz yalnız müqavilə imzaladığımız layihə ilə bağlı məqamları icra etməkdir. Bunun nəyi pisdir ki? KİVDF o qəzetlərə pul ayırır ki, onlar həqiqətən ictimai-siyasi proseslərə təsir etmək gücündədirlər. Müstəqil qəzetin baş redaktoru kimi tam səmimiyyəti ilə deyə bilərəm ki, Vahid Əhmədov düz danışmır. KİVDF özünü necə doğrultmur ki, bu günə qədər ölkədə çap mətbuatı yaşayır. Sizi əmin edirəm ki, KİVDF olmasaydı, bu gün gördüyünüz qəzetlər çoxdan fəaliyyətini dayandırmışdı. Qəzetlərə əlavə nəfəsi dövlət məhz həmin fond vasitəsilə verdi. Bilirsiniz, iş olan yerdə müəyyən tənqidlər olar. Bu normaldır. Ancaq tənqidlər faktlara, obyektivliyə söykənməlidir. Vahid Əhmədovun danışdıqları isə yalnız ümumi sözdən başqa nəsə deyil. KİVDF-nin 10 yaşı var. Elə də köhnə təşkilat deyil ki, bütün problemləri birdən həll etsin.  Münasibətindən də görürünr ki, Vahid Əhmədov üçün bu sahə çox yaddır, yaxşı olar özünə doğma olan iqtisadiyyatdan danışsın”.

  • “Əgər o, ölkənin aparıcı jurnalistlərinin narazı qaldığını deyirsə, yaxşı olardı ki, konkret adlar çəksin”

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də “Bakı-Xəbər”ə açıqlamasında Vahid Əhmədovun fikirlərinin tamamilə yanlış olduğunu bildirdi: “Mən bilmirəm, Vahid Əhmədov bu informasiyaları haradan alıb və nəyə əsasən elə fikirlər səsləndirir? Söhbət KİVDF-dən maliyyələşən ölkənin aparıcı media qurumlarından gedirsə, burada seçim çox düz edilib. Yəni KİVDF bir sıra ciddi parametrləri nəzərə alaraq bu maliyyələşməni aparır. Əgər Vahid Əhmədov çap mediasında onlara alterantiv tanıyırsa, buyursun, adlarını təqdim etsin. Əgər o, ölkənin aparıcı jurnalistlərinin narazı qaldığını deyirsə, yaxşı olardı ki, konkret adlar çəksin. KİVDF qəzetləri maliyyələşdirdiyi üçün yəqin ki, Vahid Əhmədovun iradları çap mediası ilə bağlıdır. O bizim qarşımıza daha peşəkar jurnalisti çıxaracaqsa, buyursun. Baxaq görək həmin jurnalistin narazılığı nədən ibarətdir? Əslində, tüstünün haradan çıxdığı məlumdur. Bir qrup  jurnalist var ki, xaricdən media adı ilə aldıqları bütün qrantları həzmdən keçirəndən sonra KİVDF ilə bağlı narazılıqlarını bildirib. Görünür, Vahid Əmədovun gözündə ölkənin aparıcı jurnalistləri məhz həmin adamlardır. Seçim onundur, amma düşünürəm ki, səsləndirdiyi fikirlər həqiqətdən tamamilə uzaqdır”.

  • “Bu gün çap mediasının nümunələri ayaqda qalıbsa, biz buna görə KİVDF-yə borcluyuq”

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də qəzetimizə açıqlamasında Vahid Əhmədovun fikirləri ilə razılaşmadığını söylədi: “Dövlətin söz azadlığına verdiyi ən böyük dəstəyin bariz nümunələrindən biri də KİVDF-nin yaradılması oldu. Həmin qurumun fəaliyyəti konkret konsepsiyaya uyğun şəkildə həyata keçirilir. Fond indiyə qədər keçidiyi yolda KİV-lə dövlət arasındakı münasibətləri lazımi şəkildə tənzimləyə bildi. Bu gün çap mediasının nümunələri ayaqda qalıbsa, biz buna görə KİVDF-yə borcluyuq. Həmin fond olmasaydı, bu gün çap olunan qəzetlərin duruş gətirməsi çətin olardı. Fond çox mühüm istiqamətlər üzrə layihələrin maliyyələşməsini həyata keçirir. Bunların da cəmiyyətə çatdırılması çox vacibdir. Kimsə bu  uğurlu fəaliyyəti başqa səmtə yönəltmək istəyirsə, düz etmir. Biz bu mövqedə olan adamları tanıyırıq. Mediada heç bir uğur qazana bilməyən, rəhbərlik etdikləri media qurumlarını tarixin arxivinə göndərən Mehman və Arif Əliyevləri, Qulu Məhərrəmliləri tanıyırıq. Düzü, Vahid Əhmədovun da həmin çevrədə yer almasını anlaya bilmədim”.

  • “...dövlət qəzetlərin bir tarix olduğunu nəzərə alaraq, qəzetlərin yaşaması üçün bir mexanizm ortaya qoyub”

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, KİVDF-yə yönələn vəsaitlər dövlət büdcəsindən olduğu üçün, bu sahəyə ictimai nəzarətin olması normaldır: “Ancaq təəssüflər olsun ki, bəzən bu ictimai nəzarətdə qərəz elementləri açıq nəzərə çarpır. Bəzən belə bir görüntü yaradılır ki, dövlət büdcəsindən ayrılan vəsaitləri qəzetlər lazım olan istiqamətdə xərcləmirlər. Mənim baş redaktoru olduğun “Kaspi” qəzetinin aylıq mətbəə xərci bizim 2019-cu ilin mart ayının sonuna qədər KİVDF-dən aldığımız vəsaitdən çox idi. Belə olan halda, həmin vəsaitdən bizim başqa məqsədlər üçün istifadə etməyimiz qeyri-mümkündür. Bilirsiniz ki, aprel ayından etibarən maliyyələşmə şkalalara ayrıldı və gündəlik qəzetlərə ayda 20 min ayrılmağa başladı. Yalnız indiki şəraitdə biz tam özümüzü maliyyələşdirə bilirik. Bilirsiniz ki, indiki şəraitdə qəzet çıxarmaq, onun satışını təşkil etmək şox çətindir. Dövlətin yardımı olmadan bunu etmək mümkün deyil. KİVDF-nin maliyyələşdirdiyi qəzetlərin xərci ilə yaxşı bir onlayn resurs saxlamaq olar. Amma görürsünüz ki, dövlət qəzetlərin bir tarix olduğunu nəzərə alaraq, qəzetlərin yaşaması üçün bir mexanizm ortaya qoyub. Bunun müqabilində bu sahəyə aidiyyəti olmayan şəxslərin həqiqətlə uzlaşmayan açıqlamalar verməsi təəssüf doğrurur. Mən inanmıram ki, qəzet sənayesindən az-çox başı çıxan adam Vahid Əhmədovla razılaşa bilsin”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ