Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycan diplomatiya tarixində şair, yazıçı səfirlər, konsullar...

Image


Həyat Məhərrəmova: “Bu olduqca maraqlı bir mövzudur və demək olar ki, tarixşünaslığımızda bu barədə çox az tədqiqat aparılıb”
Vaqif Abışov: “Azərbaycan yazıçı və şairlərinin diplomatik fəaliyyəti tariximizin çox mühüm  səhifəsidir”

 

Tarixən ədiblər - şair və yazıçılar, eləcə də görkəmli fikir adamları Azərbaycan diplomatiyasında izlər qoyublar. Şair və yazıçıların konsul və səfir kimi fəaliyyətləri hər zaman diqqəti cəlb edir. Dünya təcrübəsində ədiblərin diplomatik fəaliyyəti ilə bağlı kifayət qədər nümunə var.

Azərbaycan ədibləri arasında da diplomatlar yox deyil. Azərbaycan yazıçı və şairlərinin diplomatik fəaliyyətinin tarixi yüz ili aşır.

Ölkəmizin diplomatiya tarixində iz qoyan yazıçılar, şairlər kimdir, onlar hansı ölkələrdə konsul və səfir vəzifəsində çalışıblar?

  • Cümhuriyyətin Ukraynada və Türkiyədəki ilk səfiri olan Yusif Vəzir Çəmənzəminli...

Tarixçi-alim Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, Azərbaycan peşəkar diplomatiyasının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. O qeyd etdi ki, 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan parlamenti nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasına nail olmaq məqsədilə Parisə səfər edib və bu, Azərbaycanın müstəqilliyinin tanınması ilə başlayan diplomatiyamızın ilk uğurudur. Bunun nəticəsində Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət alıb və həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman ərzində fəaliyyət göstərməsinə və bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, diplomatiyamızın səmərəli fəaliyyəti nəticəsində bir çox uğur əldə olunub.

Azərbaycanın ilk ədib diplomatlarının Azərbaycanın görkəmli yazıçıları, böyük fikir adamları Yusif Vəzir Çəmənzəminli və Əbdürrəhim bəy Haqverdiyev olduğunu deyən tarixçi bildirdi ki, diplomatik fəaliyyət göstərən Azərbaycan yazıçı və şairlərinin bu sahəyə verdiyi töhfələrin özü geniş bir dissertasiya mövzusudur. “Bu olduqca maraqlı bir mövzudur və demək olar ki, tarixşünaslığımızda bu barədə çox az tədqiqat aparılıb. Azərbaycan ədibləri, şair və yazıçılarının diplomatik fəaliyyəti olduqca maraqlı və dəyərli bir məsələdir. Tarixən Azərbaycanda rəsmi olmasa da, qeyri-rəsmi şəkildə ədiblər, mütəfəkkirlər başqa dövlətlərə elçi kimi göndəriliblər, dövlətin adından diplomatik danışıqlar aparıblar. Azərbaycanın peşəkar diplomatiya tarixinin 100 yaşı var. Yüz il əvvəl yaradılan diplomatiyamızda yazıçı və şairlərin də rolu az deyil. Doğrudur, diplomatik fəaliyyətlə məşğul olan yazıçı və şairlərin sayı çox deyil, amma fakt budur ki, qələm adamları da bu vacib və dövlətçiliyimiz üçün əhəmiyyətli olan sahəyə cəlb ediliblər. Azərbaycanın ədib diplomatlarından danışarkən, ilk növbədə, böyük Azərbaycan yazıçıları, fikir adamları Yusif Vəzir Çəmənzəminlinin, Əbdürrəhim bəy Haqverdiyevin adlarını çəkməliyik.  

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizin Ukraynada diplomatik nümayəndəliyi yaradılıb və Cümhuriyyətin Nazirlər Şurası 1918-ci il sentyabrın 12-də Ukraynaya işlər vəkilinin göndərilməsi haqqında qərar qəbul edib.

1918-ci il noyabrın 1-də Mir Yusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplomatik nümayəndəsi təyin edilib. Məlumatıma görə, elə həmin ay Yusif Vəzir Kiyevdə diplomatik fəaliyyətə başlayıb.

Onu da deyim ki, Yusif Vəzirin ulu babası da diplomat olub. Ulu babası Mirzə Əliməmmədağa Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri idi.

1797-ci ilin iyun ayında İran hökmdarı Qacar Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunan Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirir. Bununla da Mirzə Əliməmmədağaya səfir olmaq qismət olmur. Uzun illərdən sonra Türkiyədə səfirlik etmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi Yusif Vəzirə nəsib olur. Belə ki, o həm də 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur”.

  • Haqverdiyev Dağlılar Respublikasında və Ermənistanda səfir işləyib

Ə.Haqverdiyevin də diplomatik fəaliyyətinə toxunan tarixçinin verdiyi məlumata görə, böyük ədib Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizin Dağlılar Respublikasında, sonra isə Ermənistanda səfiri olub. O, arxiv sənədlərinə istinadən bildirdi ki, Cümhuriyyət dövründə İrəvandakı diplomatik nümayəndə Məhəmməd Xan Təkinski olub. 1919-cu il yanvar ayının 29-da Məhəmməd xan Təkinskinin Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi, səfiri təyin edildiyini qeyd edən H.Məhərrəmovanın sözlərinə görə, M.Təkinskidən sonra görkəmli Azərbaycan yazıçısı və siyasi xadimi Ə. Haqverdiyev 1919-cu il avqustun 24-də Azərbaycan Respublikasının Ermənistanda diplomatik nümayəndəsi təyin edilib. “Bundan əvvəl  Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın Dağlılar Respublikasında diplomatik nümayəndəsi olub” - deyə bildirən tarixçi bu gün də Azərbaycan yazıçı və şairləri arasında diplomatik fəaliyyətlə məşğul olanların olduğunu xatırlatdı. 

O vurğuladı ki, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Hidayət Orucov (Hidayət) diplomatik fəaliyyət göstərir.

Qeyd edək ki, Hidayət Orucova  27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib. Elə həmin gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib və hazırda da sözügedən ölkədə diplomatik fəaliyyətini davam etdirir.

  • “Azərbaycanda diplomatik fəaliyyət göstərən şair və yazıçılar dünən də olub, bu gün də var”

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, eləmlər doktoru, tanınmış tarixçi-alim Vaqif Abışov da bizimlə söhbətində bildirdi ki, Azərbaycanın diplomat yazıçı və şairlərinin fəaliyyəti geniş şəkildə araşdırılmalıdır. “Sizin müraciət etdiyiniz mövzu yeni və orijinaldır, eyni zamanda da çox maraqlıdır. Azərbaycan yazıçı və şairlərinin diplomatik fəaliyyəti tariximizin çox mühüm səhifəsidir. Azərbaycan yazıçıları arasında Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev Cümhuriyyət dövründə səfir işləyiblər. Sonrakı dövrlərdə şair-tərcüməçi Abbas Abdulla Azərbaycanın İstanbuldakı baş konsulu olub. Tanınmış yazıçı-dramaturq Xeyrəddin Qoca, eləcə də şair Səyyad Aran ayrı-ayrı illərdə Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsində çalışıblar. Bu gün tanınmış yazıçı-dramaturq Hidayət Orucov Azərbaycanın Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. Bundan başqa, yazıçı Anarın yazıçı oğlu Tural Rzayev diplomatdır və Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiridir. Mərhum Xalq artisti Mikayıl Mirzənin oğlu Mətin Mirzə də diplomatik fəaliyyət göstərir, o da şairdir, yazır. Yəni Azərbaycanda diplomatik fəaliyyət göstərən şair və yazıçılar dünən də olub, bu gün də var”.

Şair və yazıçıların diplomat kimi başqa ölkələrə göndərilməsinin tarixi səbəblərinə aydınlıq gətirən V.Abışov bildirdi ki, Cümhuriyyət dövründə diplomatik fəaliyyətlə məşğul olan ədiblər bu sahəyə nüfuzlu və geniş dünyagörüşə malik olduqları üçün təyin olunurdular. O vurğuladı ki, o dövrdə Azərbaycanın peşəkar diplomatiyası yenicə formalaşmaqda olduğu üçün, ilk səfirlər, diplomatlar kimi yazıçı və şairlər, fikir adamları irəli çəkilirdilər.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ