Cümə günü, 13 noyabr 2026
     

Ermənistanın işğalçılıq siyasətini dünyada dərk etməyən qalmayıb…

Image


Dağlıq Qarabağ məsələsində Azərbaycan diplomatiyasının əsas missiyalarından biri münaqişənin davamlı olaraq beynəlxalq gündəmin əsas mövzuları sırasında yer alması, Ermənistanın işğalçılıq siyasətinə dünya miqyasında lazımi qiymətin verilməsidir.

Ötən dövr ərzində Azərbaycan qeyd olunan səpkidə önəmli nailiyyətlərə imza atmağı bacarıb və elə bunun nəticəsidir ki, konfliktlə ilgili müxtəlif dövlət və təşkilatlar tərəfindən çoxsaylı qərarlar, qətnamələr qəbul olunub. Təbii ki, bütün bunlar öz növbəsində Ermənistanın işğalçılıq siyasətinin faş olunması və ona qarşı tədbirlər görülməsi üçün zəruri bazanın formalaşdırılması baxımından çox önəmlidir.

Azərbaycanın göstərilən səpkidə həyata keçirdiyi siyasətin əngəllənməsi baxımından erməni tərəfinin, xüsusən də düşmənin güclü lobbisinin fəaliyyəti isə hansısa ciddi nəticə vermir. Əksinə, Azərbaycan işğalçı ölkəni getdikcə daha  çətin duruma salır. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da xüsusi olaraq qeyd edir. Onun sözlərinə görə, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini hər zaman ən mötəbər tribunalardan qətiyyətlə ifadə edir: “Dövlətimizin başçısı hər zaman bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır. İlham  Əliyevin rəhbərliyi ilə münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda güclü siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib, öz mövqeyini qəti və konkret surətdə ifadə edib“. Onun sözlərinə görə, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir: “Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi və digər istiqamətlərdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də Prezident İlham Əliyevin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalıdır. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ problemi heç vaxt gündəmdən çıxarılmayıb. Ən əsası, Dağlıq Qarabağ məsələsini həll etmək üçün Azərbaycan Prezidenti ardıcıl siyasət həyata keçirir. Dövlətimizin başçısı Azərbaycanı yenidən qurur, ordumuzu gücləndirir, iqtisadiyyatı inkişaf etdirir. Yəni, bütün bunlar torpaqlarımızın azad olunmasına xidmət edən işlərdir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olmağımız da, Avropa Şurasına sədrlik etməyimiz də Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət edən məqamlar olub. Hər iki dövrdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi prioritet olub. Bu gün də Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə müvəffəqiyyətlə çatdırılır, hücum diplomatiyası qətiyyətlə davam etdirilir. İnanırıq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqları azad edəcək – ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq”.

Həqiqətən də aparılan uğurlu diplomatiya nəticəsində artıq nüfuzlu beynəlxalq təşkilatlar, həmçinin münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrləri də  haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir. Ermənistan istisna olmaqla, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların bəyanatları, qətnamə və qərarları, ikitərəfli əsasda digər dövlətlərin bəyanatlarında və sənədlərində təsbit olunub. Digər tərəfdən o da faktdır ki,  Ermənistanın Azərbaycan ərazilərinin hərbi işğalını siyasi müstəviyə daşımaq və hətta işğala öz müqəddəratını təyin etmək donu geyindirərək legitimləşdirmək cəhdləri iflasa uğrayıb. Beynəlxalq ictimaiyyət Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini hərbi yolla işğal etməsinin nəticələrini tanımır. Təbii ki, bu da Azərbaycan diplomatiyasının çox ciddi uğurları hesab edilə bilər. Burada həm də ən önəmli məqam odur ki, bütün tərəflər və təşkialtlar Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsinin vacibliyini də açıq şəkildə gündəmə gətirir. Məsələn, ABŞ -ın ATƏT Minsk Qrupundakı həmsədri Endrü Şefer qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsində indiki status-kvonun uzunmüddətli perspektivdə saxlanması mümkünsüzdür: “ Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo saxlana bilməz. Biz çalışırıq ki, prezidentlər və xarici işlər nazirləri əsas məsələlər üzrə, o cümlədən atəşkəs rejiminin qorunmasının vacibliyi və 2017-ci ildə Cenevrədə, eləcə də 2016-cı ildə Vyana və Sankt-Peterburqda qəbul edilmiş qərarların reallaşdırılması üçün addımların müzakirəsinin bərpa olunması məqsədilə qısa zamanda görüşsünlər”. Tanınmış ekspert, “Karnegi Avropa” fondunun böyük elmi işçisi Tomas de Vaal da status-kvonun dəyişməsinin vacibliyini önə çəkir: “Status-kvo Azərbaycanı qane etmir. Ermənistanda bunu heç vaxt unutmamalıdırlar. Onlar torpaqlarını itiriblər, həddən artıq insan evindən məhrum olub. Buna görə də status-kvo Azərbaycan üçün əlverişli sayılmır”.

Status-kvonun dəyişməsinin vacibliyinin beynəlxalq müstəvidə daha çox gündəmə gətirilməsi də Azərbaycanın Qarabağ məsələsində növbəti uğuru hesab edilə bilər. Digər tərəfdən nəzərə almaq lazımdır ki, status-kvonun dəyişdirilməsi, ilk növbədə, işğal faktının aradan qaldırılmasını nəzərdə tutur. Status-kvonun dəyişməsi bu mənada o anlama gəlir ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılır, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunur. Bunlara paralel olaraq, qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması təmin edilir.

Daha bir önəmli məqam budur ki, erməni cəmiyyətinin özündə Qarabağ məsələsinə görə narazılıq artır. Çünki məhz bu münaqişə Ermənistanı böyük problemlərə düçar edib, Azərbaycanın işğalçını təcrid etmək istiqamətində atdığı addımlar qarşı tərəfin çöküşünü sürətləndirib. Faktdır ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən müvəqqəti işğalı bu ölkənin geosiyasi və geoiqtisadi təcridini şərtləndirərək, onu regional layihələrdən kənarda qoyub. Elə bunun nəticəsidir ki, sözügedən ölkənin siyasi, hərbi, iqtisadi, sosial və demoqrafik resurslarını tükənməkdədir. Həmçinin suveren dövlət kimi, Ermənistan öz mövcudluğunu ciddi sual altına qoyub.  Artıq bu məqam erməni mediasında da gedərək daha açıq şəkildə etiraf edilir. Qeyd olunan xüsusda ”1in.am” saytı yazır ki, Qarabağ münaqişəsi üzündən bu gün Ermənistanda əsaslı islahatlar aparılması reallıqdan çox uzaq bir hala gəlib. Saytda dərc olunan yazıda bildirilir ki, yenə bu konflikt üzündən Ermənistan ordusunda ölənlərin sayı müxtəlif qəzalarda həyatını itirən insanlardan dəfələrlə çoxdur. Qeyd olunur ki, elə bu günlərdə əsgər Edqar Eremyan naməlum şəkildə qətlə yetirilib. Qətlin araşdırılması üçün istintaq qrupu yaradılsa da, obyektiv faktların üzə çıxarılması ehtimalı çox azdır. Saytın verdiyi məlumata görə, orduda ölənlərin statistikasını araşdırdıqda məlum olur ki, əsgərlər arasında ölüm halları atəşkəsin pozulması nəticəsində deyil, hərbi hissələrdəki kriminal insidentlər üzündən baş verir.

Ölən əsgər Edqar Eremyanın ailəsi ”1in.am” saytına bildirib ki, övladlarını dövlətin ordusuna etibar etsələr də, ordu rəhbərliyi onu qorumayıb, əksinə, ölümünə bais olub. Erməni KİV-ində vurğulanır ki, vətənpərvərlik şüarları yalnız Ermənistan vətəndaşlarını aldatmaq üçün vasitədir. Ölkənin ali qanunverici orqanı isə Ermənistan ordusunda və ictimai-siyasi həyatında baş verən özbaşınalıqdan və neqativ hallardan yaxasını hər vəchlə kənara çəkməyə çalışır. Bundan başqa, Ermənistanda keçirilən son prezident seçkilərinin saxta olduğunu iddia edən ”1in.am” məsələnin həlli yolunu Azərbaycanla münaqişəyə son qoyulmasında görür. Haqqında söhbət gedən yazıda qeyd olunur ki, Ermənistan yalnız sülh əldə olunduqdan sonra institutsional islahatları həyata keçirə bilər. Bütün bunlar Qarabağ məsələsi ətrafında erməni cəmiyyətində yaranan narazılığın təzahürlərindən biridir. Bu mənada aydındır ki, münaqişəsinin həllinin Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi üzündən uzanması erməni cəmiyyətində də narazılığa yol açır. Çünki konfliktin həllinin gecikməsi qarşı tərəfin üzləşdiyi problemlərin miqyasını daha da genişləndirir. Eyni zamanda Azərbaycanın hərb müstəvisində Ermənistan üzərində davamlı şəkildə artan üstünlüyü fonunda erməni cəmiyyəti hər an yeni savaşın başlaması qorxusu ilə də yaşayır. Buna son qoymağın yeganə yolu isə işğal faktına son qoyulmasıdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ