Bazar ertəsi günü, 23 noyabr 2026
     

"Azərbaycanın geosiyasəti"

Image


Hazırda "Kəpəz”in birgə istismarı barədə təkliflər irəli sürülüb və bunun müzakirəsi aparılır. Ancaq, Azərbaycanın geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəziyyəti onu Türkmənistandan üstün mövqeyə gətirir, belə ki, Azərbaycan Rusiya və Qazaxıstanla su sərhədlərini müəyyənləşdirib və dənizdə öz geoiqtisadi maraqlarına uyğun addımlar atmaqda davam edir.

Göründüyü kimi, müəllifə görə, Xəzərin statusu ilə bağlı keçən illərdə bütün hövzə ölkələrinin maraqlarına toxunan və onların iştirakı ilə müzakirə olunan bir neçə əsas və qeyri-əsas yanaşma mövcud olub. Bunlardan ən çox diqqət çəkən dörd təklif aşağıdakılardır;

Azərbaycanın təklif etdiyi birinci yanaşmaya görə, Xəzər ətrafında yerləşən beş ölkənin milli ərazilərini birləşdirən, xarici su hövzələri ilə çay vasitəsilə əlaqəsi olan unikal bir dənizdir. Müvafiq olaraq BMT-nin "Dəniz hüquqları haqqında” Konvensiyasının bütün tələbləri onun statusunun müəyyən olunmasına və Xəzərətrafı ölkələrin milli hüquqlarının həyata keçirilməsinə tətbiq edilməlidir. Bu yanaşmaya görə dibi və səthi orta xətt prinsipi üzrə milli sektorlara bölünməli və hər bir ölkə öz sektorunda beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət azadlığı əldə etməlidir.

İkinci yanaşma Rusiya və İranın irəli sürdüyü və uzun illər mövqeyindən geri çəkilmək istəməyən yanaşma idi. Bu təklif tərəfdarları Xəzəri "qapalı su hövzəsi” adlandırır, hər hansı bir ölkənin öz iqtisadi zonasında müstəqil fəaliyyət göstərməsini qəbuledilməz sayır və bütün sahilyanı ölkələrdən su hövzəsinin "ümumi istifadəsi tələblərinə” əməl etməyi tələb edirlər.

Üçüncü təklif, İran tərəfindən irəli sürülmüş və Xəzərin beş bərabər hissəyə bölünməsini hədəfləyən, müəyyən məqamlarda Türkmənistanın da dəstəyini qazanmış mücərrəd bir layihə idi. Bu variant nəinki heç bir yerli və beynəlxalq hüquqa uyğun gəlmirdi, həm də mütəxəssislər tərəfindən "ümumiyyətlə reallaşdırılması coğrafi cəhətdən mümkün olmayan” təklif kimi dəyərləndirilib.

Nəhayət, dördüncü yanaşma, kompromis kimi Rusiya və İranın sonradan təklif etdiyi və yenə də heç bir beynəlxalq və yerli hüquqa söykənməyən "kompromis variant” adlanırdı. Bu varianta görə Xəzərdə hər bir sahilyanı ölkə 12 millik sahil zonası üzərində suveren hüquqa malik olur, bundan sonrakı 25 mil ərazi "iqtisadi zona” kimi qəbul edilir, dənizin ortasındakı qalan ərazilər isə beş sahilyanı ölkənin ümumi istifadəsinə verilirdi.

Qeyd etmək lazımdır ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsində tərəflər arasında gərginlik yaşansa da, zaman-zaman bu problem beynəlxalq hüquq normalarına uyğunlaşma dövrünü yaşayır və gələcəkdə, şübhəsiz belə də həll olunacaq. Bu təkcə bizim arzumuz deyil, həm də günümüzün aktuallığıdır. Belə ki, Xəzərin hüquqi statusu ilə bağlı son real nəticəsi olan görüş 29 sentyabr 2014-cü ildə Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzəryanı dövlət başçılarının IV Sammitində baş tutub. Sammitdə Xəzərin statusu, hövzə ölkələri arasında regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə edilərək beş dövlətin başçıları siyasi bəyanat qəbul etmişlər.

Bu barədə Əli Həsənov öz kitabında yazır: "...Müddəalardan birində Xəzərin milli sektorlara bölünməsinin bəzi hüquqi tərəfləri ilə bağlı ölkə başçılarının ümumi yanaşması öz əksini tapıb. Belə ki, birgə bəyanatda ilk dəfədir ki, Xəzərin su səthinin sahildən başlayaraq orta xətt üzrə 15 millik məsafəsi ölkələrin suveren ərazəsi kimi təsdiq edilib, digər 10 millik ... məsafədə isə dənizin bioloji resurslarının ... hasilatı sahəsində dövlətlərin müstəsna hüququ təsdiqlənir.

Həştərxan bəyanatında, gələcəkdə Xəzər dənizinin dibinin və səthinin hamı tərəfindən qəbul olunmuş prinsiplər əsasında milli sektorlara bölünməsi zərurəti də öz əksini tapıb”. (Bax. s. 594-595)

***

Üçüncü bölmənin ikinci fəsli "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın transmilli enerji ixracı sistemi: beynəlxalq, regional və yerli maraqlar, Azərbaycanın enerji ixracının şaxələndirilməsi siyasəti və onun regionun ümumi geoiqtisadi vəziyyətinə təsiri” adlanır. Digər bölmələrin fəsillərində olduğu kimi, müəllif bu fəsildə də obyektiv, dolğun və cəsarətli fikirlərinə sadiq qalır, yaxın keçmişin hadisələrin təhlilində hansısa dövlətin, yaxud "kiminsə xatirinə”, "kimsə inciyər” prinsiplərindən uzaq geosiyasi, geoiqtisadi, hərbi-geostrateji regionun oyunçularından biri hesab edilən Azərbaycanın mövqeyini və maraqlarını ortaya qoyur, beynəlxalq hüquq normalarından və Azərbaycan qanunlarından kənara çıxmır, Xəzəryanı dövlətlərin hər hansı məsələyə münasibətində onlara şərh verir, çalışır ki, (buna da nail olur) subyektiv fikirlərə yol verməsin. Özünün də yaşadığı dövrü və içində yaşadığı hadisələri bildiyi, dərindən təhlil etdiyi üçün bu obyektiv və cəsarətli fikirləri onda alınır desək, yanılmarıq.

90-cı illərin əvvəllərində Xəzər hövzəsində və Cənubi Qafqaz regionunda yeni dövlətlərin yaranması ilə geosiyasi məkana yeni siyasi çalarlar gətirməklə yanaşı, bölgəyə həm də geoiqtisadi maraqların artmasına təkan verdi. Belə ki, bu yeni müstəqil dövlətlərin Xəzər dənizinin (söhbət təbiidir ki, təkcə Xəzər dənizindən getmir, bütövlükdə müstəqil dövlətlərin təbii ehtiyatlarından, onların istehsalından, istismarından, ixracından, səmərəli istifadəsindən gedir) karbohidrogen yataqlarına yiyələnməsinə və ondan öz maraqları çərçivəsində istifadə etməsinə şərait yaratdı. Elə bu dövrdən də başlayaraq region dövlətləri arasında, birinci növbədə Xəzərin hüquqi statusunda, daha sonra bu karbohidrogen ehtiyatlarının sərbəst şəkildə hasil etmək və dünya bazarlarına ixrac edilməsində, alternativ marşrutlara üstünlük verilməsində, müstəqil satış bazarına yiyələnməsində fikir ayrılığı meydana çıxdı. Burada hər bir dövlətin özünün, ya da tərəfdaşının, müttəfiqinin geosiyasi, geoiqtisadi maraqları olduğu üçün problemlərə bu kontekstdən yanaşmağa cəhd edilirdi.

Hörmətli professor, beynəlxalq tədqiqatçıların fikirlərinə əsaslanaraq qeyd edir ki, Orta Asiya, Xəzər dənizi və Cənubi Qafqazda həyata keçirilən və reallaşan enerji dəhlizi, ixrac marşrutu, kəmərlər siyasətinin bir neçə geosiyasi məziyyətini sadalayır.

Onlardan birincisi, Xəzər hövzəsi ölkələri daxilində, bölgənin enerji layihələrində, bu və ya digər şəkildə iştirak edən transmilli kampaniyalar və digər faktorlar arasında aşkarlanmış zəngin karbohidrogen yataqlarının kəşf edilməsi, işlənməsi, məhsulun dünya bazarlarına çıxarılmasında əlverişli və sərfəli marşrutların seçilməsi, satış bazarının dünya bazarına uyğunlaşması, qiymətinin müəyyənləşməsi, daha sonra tənzimlənməsi, Şərq və Qərb istiqamətində yeni ixrac kəmərlərinin çəkilməsi və bəzi məsələlərdə yaranan ciddi fikir ayrılıqlarından ibarətdir. Təbiidir ki, Azərbaycanın özünəməxsus neft-qaz ehtiyatlarından istifadəsi, geosiyasi və geoiqtisadi maraqlarına uyğun olaraq marşrutların seçilməsi, yeni şəraitdə, bu təkcə qeyd etdiyimiz məkanda deyil, həm də bütövlükdə Avrasiya regionunda enerji siyasəti üzrə qurulmuş yeni geosiyasi münasibətlərin yaranmasına gətirib çıxardı və bu səbəbdən də hər tərəfin maraqlarına uyğun olaraq iqtisadi bloklaşmanın yaranmasına təkan verdi. Belə vəziyyətdə hər bir blokun və onun maraq dairəsi üzrə həyata keçirilən aparıcı və köməkçi dövlətləri meydana çıxır.

Ardı var

Yunus Oğuz



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ