Bazar ertəsi günü, 23 noyabr 2026
     

Mənfur niyyətlərin nəticəsi

Image


Tarixin dərsləri göstərir ki, ermənilərin mənfur niyyətləri gec-tez müharibələrə, qırğınlara gətirib çıxarıb. Unutmaq olmaz ki, soyqırımlar şovinizmin ən dəhşətli silahıdır. Erməni şovinizmi çox sirli, dəhşətli və təhlükəli qüvvədir. Cəsarətlə demək olar ki, o, bəşəriyyətin yaxşı bələd olduğu faşizmin sinonimidir, faşist xarakterli qüvvədir, yeni suveren dövlətlərə, bütün bəşəriyyətə təhlükədir.
Erməni şovinizmi - erməni millətinin mənafelərinin digər millətlərin mənafelərinə qarşı qoyulması, milli təkəbbür ideyasının yayılması, milli nifrət və düşmənçilik hisslərinin qızışdırılması, millətçiliyin ifrat formasıdır. Onun siyasəti böyük dövlətçilik şovinizmidir, öz rəqiblərini siyasi təzyiq altında saxlamaq qüdrətinə malik effektiv bir vasitədir. Liderlər bu üsuldan ustalıqla istifadə edirlər. Erməni şovinizmi bütün zamanlarda şantaj üsulları ilə bağlı olub və çox incə, eyni zamanda mürəkkəb və sirli siyasi oyun kimi özünü büruzə verib. Ermənistan öz mənfur ideyalarını həyata keçirməkdə əsasən üç qüvvəyə arxalanıb və arxalanır: ilk növbədə erməni Qriqorian kilsəsinin daxildə və xaricdə fəaliyyət göstərən qüvvələrinə, xarici erməni lobbisinə, Rusiyada mövcud olan və indi də fəaliyyət göstərən şovinist qüvvələrə.
Ermənilərin şovinist qüvvələrini birləşdirən Eçmiədzin Qriqorian kilsəsini Kilikiya katolikatı, Yerusəlim və Konstantinopol patriarxlığı, ABŞ-dakı, Cənubi Amerikadakı, Avropadakı, Yaxın, Orta və Uzaq Şərqdəki, Afrika ölkələrindəki yeparxial idarələr dəstəkləyir. Bu şovinist qüvvələrə "Amerikanın səsi," "Azadlıq" radiostansiyaları, informasiya agentlikləri cəlb edilib. Bu şovinist qüvvələrə arxalanan erməni kilsəsi daim Nyu-Yorkda, Monrealda, Los-Anjelesdə Azərbaycanın haqq işinə qarşı nümayişlər keçirir, rəsmi dövlət və hakimiyyət orqanlarına təzyiq göstərir. Nyu-Yorkda keçirilən şovinist ruhlu mitinqlərdə arxiyepiskop Mesrop Eçmiədzinin aşağıdakı çağırışını onun iştirakçılarına çatdırıb: "Biz dünya ictimaiyyətinə göstərməliyik ki, erməni xalqı yekdildir və öz tələbinin həyata keçirilməsinə nail olmaq əzmindədir". "Nyu-York tayms" qəzeti yazır: "ABŞ-ın şəhərlərində keçirilən bütün nümayişlərin təşkilatçısı erməni kilsəsidir".
Qriqorian kilsəsi erməni şovinizminin əsas silahına çevrilib. Rusiyanın dünya siyasi məkanına çıxdığı vaxtdan xristian-Qriqorian kilsə xadimləri, millətçi erməni şovinist ideoloqları ona - Cənubda və Şərqdə özünün dövlət mənafelərinin türk-islam millətlərinin mənafeləri ilə kəsişdiyi bu dövlətə etibarlı müttəfiq olmaq xidmətlərini təklif edirdilər. Özü də ermənilər bu strateji alyansın məqsədlərini elə interpretasiya edirdilər ki, söhbət islam dininə, islam dövlətlərinə və islam xalqlarına qarşı açıq müharibə aparmaqdan gedirdi.
Ermənilər "Böyük Ermənistan" yaratmaq xülyalarını Rusiyanın gələcəyi ilə bağlayırlar. 1916-cı ildə Rusiya İmperiyasının xarici işlər naziri S.D.Sazonov "Nazirlər Sovetinə erməni məsələsi barədə" yazırdı ki, "Rusiyanın Türkiyəni zəiflətməyə həmişə marağı olub, buna görə də o, Türkiyənin sabitliyini pozan bütün mərkəzdənqaçma ünsürlərinə hər vasitə ilə kömək etməlidir. Türkiyədə yaşayan xristianlar məhz bu cür ünsürlər olublar və olmaqdadırlar".
Nazir S.D.Sazonov daha sonra yazırdı: "Rusiya Türkiyəni zəiflətmək məqsədilə oradakı ermənilərin dəstəklənməsini özünün dövlət vəzifəsi hesab edir. Buna görə də rus çarının icazəsi ilə Rusiya diplomatiyası 1912-ci ildən başlayaraq Türkiyə Ermənistanında islahatlar keçirmək naminə ən ciddi addımlar atır.
...Xarici İşlər Nazirliyi Türkiyə ilə Rusiyanın tutuşacağı halda ermənilərin nə kimi rol oynaya biləcəklərini hələ o vaxt çox yaxşı başa düşürdü və bunu qeyd etməyi özünə şərəfli bir borc hesab edir ki, nazirlik öz hesablamalarında səhv etməyib.
...Qafqazdakı ermənilərin rusların mənafelərinə ürəkdən sadiq olduqları aşkar edildiyindən, eləcə də gələcəkdə Ermənistan Türkiyədə öz mövcudluğunu hansı formada həyata keçirəcəyindən asılı olmayaraq, ermənilərin bu işdə oynaya biləcəkləri rol hesaba alınmaqla, Qafqaz ermənilərinə xüsusilə rəğbətli münasibət bəslənməsi vacibdir. Hökumətlə ermənilər arasında yaranan hər cür münaqişə nə qədər metodik xarakter daşısa da, bu cür münaqişələr bizim Yaxın Şərqdə qarşıya qoyduğumuz böyük vəzifələrə yalnız zərər vura bilər".
Son zamanlar antiislam hərəkatına millətçi erməni şovinistlərin təsiri kəskin surətdə artıb. Bu təhlükəli artım Ermənistan-Azərbaycan münaqişəsinin timsalında daha ciddi təzahür edir. Qarabağ böhranının lap əvvəlindən erməni millətçi şovinizminin ideoloqları bu münaqişəyə konfessiyalararası münaqişə kimi rəng verməyə başlayaraq, Rusiyanı və onun rəhbərliyini islam təhlükəsi ilə qorxudurlar. Rusiyada belə bir fikir yayılır ki, əgər Ermənistan-Azərbaycan münaqişəsində Rusiya "müsəlman Azərbaycanın" tərəfini saxlasa, bu, xristian dəyərlərinə xəyanət demək olacaq.
Rusiyada ictimai şüura islam təhlükəsi fikrini yeritmək məqsədi güdən şovinist təbliğatçılar Rusiya rəhbərlərini qorxudaraq yazırlar ki, bu şəraitdə "regionda Türkiyənin və İranın, onların vasitəsilə türk amilinin üstünlük təşkil edəcəyindən yaxa qurtarmaq mümkün olmayacaq, bu isə Şimali Qafqaza, Volqaboyuna və Orta Asiyaya da ciddi təsir edəcək. Onlar tələb edirlər ki, Rusiya dərhal fəaliyyətə başlasın, Ermənistana üz tutsun, regionda islam ideologiyasını boğsun və əgər Zaqafqaziyada öz mövqelərini möhkəmlətmək istəyirsə, yalnız xristian Ermənistanına arxalansın. Əgər Rusiya rəhbərləri bu məsləhətlərə qulaq asmasalar, onda Rusiya "regionda özünün yeganə təbii və tarixi dayağından məhrum olacaq, bu isə Rusiyanın həmin bölgədə öz mənafelərini həyata keçirməsinin və onun çoxəsrlik mövqelərinin bərpa olunmasının əsla xeyrinə olmayacaq".
Üstəlik, "əgər Rusiya özünün təbii ənənələrinə qayıtmasa, Qarabağa, o cümlədən azad edilmiş ərazilərə (?), bütövlükdə Ermənistana birmənalı şəkildə arxa durmasa", onda ermənilər Qərbə üz tutmağa məcbur olacaq.
Şovinist qüvvələr Rusiyanı islama qarşı mübarizədə öz səylərini Qərb ilə və ilk növbədə, ABŞ ilə birləşdirməyə çağırır. Əgər Rusiya Ermənistana üz tutarsa, bu, "ədalətli dünya qaydası üçün, dünyanı qarşıdurmanın yeni dövrəsindən xilas etmək üçün ümumi məsuliyyətdə və Zaqafqaziya regionunda nüfuz dairələri uğrunda rəqabətdə ABŞ ilə Rusiyanın mövqelərinin yaxınlaşmasına gətirib çıxaracaq".
"Ermənistan Qafqazda xristianlığın dayağıdır" şüarı altında erməni şovinizmi Rusiyanı Azərbaycan, Gürcüstan, Türkiyə və İran əraziləri hesabına "Böyük Ermənistan" yaradılmasına kömək etməyə çağırır.
Beləliklə, Ermənistan ideoloqları Rusiya ilə hərbi-siyasi əməkdaşlığı strateji ittifaq elan edirlər. Qərbin Rusiyanı müsəlman aləmi ilə qarşıdurmaya sövq etməkdən ibarət coğrafi-siyasi konsepsiyasının həyata keçirilməsində fəal rol oynayırlar. Bu, təcavüzkar erməni millətçi şovinist siyasətinin tipik nümunəsidir.
Bəs niyə erməni şovinistləri öz planlarının həyata keçirilməsində Rusiyanın qüvvələrinə arxalanırlar?
Demokratik Rusiyada faşizm hərəkatı get-gedə artmaqda və genişlənməkdədir. Bu paradoksdur, yoxsa qanunauyğunluq? Bir irqin başqa irqdən üstün olması, ona nifrət bəsləməsi ideyasını əsas tutan Hitler faşizmini diz çökdürən, ümumdünya antifaşist hərəkatının sarsılmaz dayağı hesab edilən, faşizmə qarşı vuruşmalarda milyonlarla adamını itirən bir ölkədə indi millətçilik hərəkatının yaranmasına, geniş miqyas almasına, sosial-millətçi təşkilatların sayının get-gedə artmasına tamamilə adi hal kimi baxırlar. Faşizmin mayası bir irqin digər irqdən üstün olması, başqa irqlərə nifrət ideyasından, bir millətin silah gücünə başqa millətin taleyini həll etmək hüququna malik olması ideyasından yoğrulub.
Baş verən hadisələrin mahiyyəti isə ondan ibarətdir ki, bütün sivil dünyada pislənən, hələ də lazımınca qüvvə toplaya bilməyən, demokratiyaya ölüm təhlükəsi yaradan hərəkatlar Rusiyada artıq aşkar fəaliyyətə keçib. Onlar daha xəlvəti dalanlarda, yaxud zirzəmilərdə gizlənmirlər. İqtisadi və ideoloji böhran vəziyyətində olan, sosial təlatümlərin sarsıtdığı bir ölkənin - Rusiyanın başının üstünü çox böyük təhlükə alıb. Rusiya faşistlərinin əsas və ən fəal əleyhdarları yalnız vaxtilə faşizmlə üzləşən, indi artıq yaşa dolan adamlardır.
Onlar bir sıra hallarda nə etdiklərini özləri də başa düşmür. Çox vaxt isə, əksinə, bu cavanlar özlərinin yeni peyda olan "müəllimləri" ilə birlikdə öz məqsəd və vəzifələrini lap yaxşı təsəvvür edirlər: onlar ölkədə hərc-mərclik yaratmaq istəyirlər. Faşizmin təbliğinin qadağan edilməsi barədə qanun Dövlət Dumasında üç dəfə müzakirə edilib və hər dəfə də həmin layihə rədd edilib. Hökumətin səsi eşidilmir, prezident də susur, adama elə gəlir ki, hökumət özü demokratiyanın nə demək olması və onun həddi məsələsində başını itirib. İqtidar azadlığın boğucusu kimi görünəcəyindən qorxaraq, əslində azadlığı yüksək təhlükə zonasına çevirənlərin özbaşınalıqları üçün geniş imkan yaradır.
Erməni şovinizmi Rusiyadakı bu qüvvələrə arxalanır, onlarla birgə işləyir. Xatırladaq ki, erməni şovinizminin "Böyük Ermənistan" xülyası Türkiyə, İran, Azərbaycan və Rusiyaya olan iddiaları ilə bitmir. Son zamanlar bu hərəkat Gürcüstanda da geniş miqyas alır. Axalkalaki və Boqdanovkada yaşayan, milli şovinizm ruhu ilə fəaliyyət göstərən erməni əhalisi təşkil edilən mitinqlərdə bu torpaqların ermənilərə məxsus olduğunu elan edir, bu rayonlar üçün muxtariyyət tələb edirlər.
Gürcüstan müstəqillik elan edəndən sonra Axalkalaki Gürcüstan mərkəzi orqanlarına tabe olmur, gürcü ordusunda xidmətdən imtina edir, özlərinin yarımhərbi dəstələrini təşkil edir. Bu dəstələr Dağlıq Qarabağ döyüşlərində də iştirak ediblər. Onları Axalkalakidə məskunlaşdıran rus hərbi hissələri silahla təchiz edirlər. Rusiya hərbi bayrağı altında birləşən ermənilər Gürcüstan torpağında öz hərbi qüvvələrini yaradıblar. Mənbələr yazırlar ki, Axalkalakidə hər evdə silah var.
Rusiyanın sağlam düşüncəli siyasətçiləri dünya siyasətinin kontekstində Ermənistanın Rusiyanı məhz qarşıdurmaya sövq etmək cəhdlərini görürlər. Bu baxımdan "Politiçeskiye issledovaniya" jurnalında dərc edilən məqalə diqqəti cəlb edir. Məqalədə deyilir: "Yeni yaradılan bütün müstəqil dövlətlər arasında Ermənistan, ümumiyyətlə, yeganə dövlətdir ki, 1988-1990-cı illərdə azərbaycanlıları öz ərazisindən zorla köçürəndən sonra, təkcə 1993-cü il ərzində Ermənistanın yaxın və uzaq xarici ölkələrə mühacirət edən 300 min sakinindən məhrum olduğunu da nəzərə alsaq, demək olar ki, o, monomilli ölkəyə çevrilib. Lakin bu "uğur" erməni xalqına çox baha başa gəlib və o, hələ bundan sonra da bu prosesin ağrısını çəkməli olacaq".
Millətçi erməni şovinistlərinin seçdikləri yol siyasi şantaj yoludur. Ermənilər deyirlər: "Ədalətin bizim tərəfimizdə olub-olmamasının fərqi yoxdur, biz qalib gəlməliyik. Bu, yeganə yoldur. Biz qalib gələndə hansı üsullardan istifadə etdiyimizi bizdən soruşan olmayacaq...", - sözlərin müəllifi Hitlerin dəst-xəttinə çox oxşayır.
Erməni şovinizminin dərin kökləri var. Qriqorian kilsəsinin ehkamlarına arxalanan və hər zaman dövlət səviyyəsində fəaliyyət göstərən bu qatı şovinizm "Böyük Ermənistan" şüarı altında xalqları fəlakətlərə, müharibələrə, qırğınlara düçar edib və bu gün də düçar etməyə davam edir. Azərbaycan əsrlər boyu onun hədəfi olub və bu gün də bu şovinizmin hədəfindədir.
Fəaliyyətləri Rusiya şovinist qüvvələri ilə sıx surətdə bağlı olan erməni şovinizmi getdikcə güclənir. Rusiyada hakimiyyətə gələn, yəni gələcəkdə hakimiyyətə gələ biləcək şovinist qüvvələrin çirkin fəaliyyətləri ayıq-sayıq olmağı tələb edir. Yəni erməni şovinizmi təhlükəsi sovuşmayıb, əksinə, yeni qüvvə ilə qızışdırılır. Bu isə bizi daha çox sayıqlığa çağırır.
Fazil QARAOĞLU,
professor




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ