Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Milli Məclis Smitin "Azərbaycana sanksiyalar" layihəsinə qarşı "ABŞ-a sanksiyalar" layihəsi çıxardı
Tarix: 24.12.2015 / 02:55
Bölmə: Siyasət
Milli Məclisə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim olundu
ABŞ-la ticarət, energetika, təhlükəsizlik əməkdaşlığına son verilir, hərbçilərimiz Əfqanıstandan çıxır, daha nələr...
ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smit dekabrın 17-də qanunverici orqana "Azərbaycan demokratiya aktı 2015" adlı layihə təqdim edib. "Trend"i məlumatına görə, layihədə Birləşmiş Ştatların Azərbaycanla münasibətlərə yenidən baxması, insan haqları sahəsində vəziyyətlə bağlı Azərbaycanın rəsmi şəxslərinə viza sanksiyalarının tətbiqi və digər müddəalar yer alıb. Açıq şəkildə anti-Azərbaycan xarakteri daşıyan layihə rəsmi Bakı tərəfindən kəskin etirazla qarşılanıb.
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev Smitin anti-Azərbaycan qətnaməsi layihəsinə qarşı qanunverici təşəbbüslə çıxış edib. Azərbaycanlı parlamentarinin hazırladığı və Milli Məclisin qərarı kimi qəbul olunması nəzərdə tutulan layihə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" adlanır. Qərar layihəsinin ilkin müzakirəsinin Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İnsan Hüquqları komitələrinin birgə iclasında aparılması nəzərdə tutulur. Layihədə müstəqillik illərində Azərbaycanın, xüsusən də Amerika Birləşmiş Ştatlarının müxtəlif qurumlarının ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi ikili standartları ilə üz-üzə qaldığı vurğulanır. Qeyd edilir ki, bu qurumlar müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və xarici siyasətinə müdaxilə etməyə cəhd göstərir.
Xatırladılır ki, dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayan ABŞ-ın özü hər vəchlə insan hüquqları ilə bağlı əsas beynəlxalq müqavilələrə qoşulmaqdan yayınır. ABŞ indiyə qədər BMT-nin insan haqlarına dair 14 əsas sənədindən yalnız 4-nü ratifikasiya edib. ABŞ hazırda "Uşaq hüquqlarına dair" Konvensiyaya qoşulmayan iki dövlətdən (ABŞ və Somali) biridir.
Layihədə ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması, İSAF çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakın dayandırılması, ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsinin qadağan olunması, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanmasına çağırış edilir.
"ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında"
Azərbaycan Respublikası Milli Məclisinin
QƏRARI
1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlara üzv olmuş, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmağa çalışmışdır. Bu gün Azərbaycan dünya birliyində layiqli yer tutan, regiondakı proseslərə həlledici təsir göstərən dövlətlərdən biridir. Lakin təəssüf ki, müstəqillik illərində Azərbaycan Respublikası bir sıra ölkələrin, xüsusən də Amerika Birləşmiş Ştatlarının müxtəlif qurumlarının ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi ikili standartları ilə üz-üzə qalıb. Bu qurumlar, müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və xarici siyasətinə müdaxilə etməyə cəhd göstərirlər. Belə üsullardan biri də insan hüquqları və demokratiya kimi məsələlərdə qərəzli və birtərəfli mövqe tutaraq, ölkəni daim təzyiq altında saxlamaqdır.
Mütəmadi olaraq dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayan ABŞ-ın özü hər vəhclə insan hüquqları ilə bağlı əsas beynəlxalq müqavilələrə qoşulmaqdan yayınır. ABŞ indiyə qədər BMT-nin insan haqlarına dair 14 əsas sənədindən yalnız 4-nü ratifikasiya edib. ABŞ hazırda "Uşaq hüquqlarına dair" Konvensiyaya qoşulmayan iki dövlətdən (ABŞ və Somali) biridir.
Son illər ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik, ksenofobiya və islamafobiya təzahürləri xeyli güclənmiş, cəmiyyət üzərində total nəzarət sistemi bərqərar olmuş, şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması halları artmışdır. Leqal korrupsiya və lobbiçilik ABŞ siyasi sisteminin əsas atributlarından birinə çevrilmişdir. ABŞ daxilində cərəyan edən neqativ proseslər, habelə dünya hegemonluğu iddiası Azərbaycan Respublikasını bu ölkə ilə əməkdaşlığa və illər ərzində formalaşmış ikitərəfli münasibətlərə yenidən baxmağa sövq edir.
İrqi və dini ayrıseçkilik
Əsrlər boyu Amerikanın yerli xalqları soyqırıma məruz qalmış, nəticədə 3 milyondan çox hindu öldürülmüşdür. XIX əsrin ortalarınadək Afrikadan bu ölkəyə ən ağır işlərdə istifadə etmək üçün 12 milyondan çox kölə gətirilmişdir. İrqi və dini dözümsüzlük ABŞ-da indi də davam etməkdədir. Belə ki, Nyu-Yorkda polislər tərəfindən atəşə məruz qalanların 50 faizi, öldürülən və həbs edilənlərin isə 70 faizi qaradərililərdir. Bu ölkədə 20-29 yaşında olan qaradərililərin üçdə biri ya həbsxanada, ya da istintaq təcridxanasındadır. 2014-cü ilin avqustunda Missuri ştatının Ferqyuson şəhərində polislərin 18 yaşlı silahsız qaradərili Maykl Braunu qətlə yetirmələri şəhərdə əhali ilə hökumət qüvvələrinin genişmiqyaslı qarşıdurmasına səbəb olmuşdu. Qətldən sonrakı hadisələr ABŞ-dakı irqi ayrıseçkiliyi, polis özbaşınalığını, vətəndaşların sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulduğunu əyani surətdə nümayiş etdirdi. Belə ki, etiraz edənlərə qarşı qeyri-adekvat güc tətbiq olunmuş, aksiyaların dağıdılması üçün şəhərə milli qvardiya yeridilmiş, nümayişçilərə qarşı polis dəyənəyindən, su şırnağından, gözyaşardıcı qazdan, rezin güllələrdən və digər xüsusi vasitələrdən geniş istifadə olunmuşdur.
ABŞ-da qaradərililərlə yanaşı, Asiya mənşəlilər, xüsusən də müsəlmanlar gündəlik həyatda daha çox diskriminasiyaya məruz qalan insan qruplarıdır. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ölkənin müsəlman əhalisinin xüsusi xidmət orqanları tərəfindən izlənilməsi və dinlənilməsi, kütləvi informasiya vasitələrində və siyasətçilərin çıxışlarında onların təhqir olunması geniş hal alıb. Təsadüfi deyil ki, ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Donald Tramp seçkiqabağı çıxışlarının birində müsəlmanların Birləşmiş Ştatlara girişinə qadağa qoyulmasını təklif etmişdir.
Cəmiyyət üzərində total nəzarət sisteminin qurulması, söz və mətbuat azadlığının məhdudlaşdırılması
ABŞ hökumətinin 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra "təhlükəsizlik və terrorla mübarizə" bəhanəsi ilə həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə total nəzarət sistemi bərqərar edilmişdir. Xüsusi xidmət orqanlarının vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilə etməsi, onları dinləməsi və izləməsi kütləvi hal alıb. Müxtəlif məlumatlara əsasən, Federal Təhqiqatlar Bürosu vətəndaşların telefon danışıqlarına gizli olaraq qulaq asır. Əvvəl bu praktika müsəlman ölkələrindən gələnlərə qarşı tətbiq edilirdisə, hazırda istənilən amerikalının telefonu dinlənilə bilər. 2009-cu ildə ölkədə internetdə təhlükəsizliyə cavabdeh olan nəzarət qurumu yaradılmışdır. Təhlükəsizlik orqanları vətəndaşların elektron poçtlarını istədiyi vaxt açıb oradakı məlumatları oxuya bilir. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin verdiyi məlumatlara görə, onun çalışdığı təşkilat kod adı PRİSM olan proqramla 9 böyük telekommunikasiya şirkətinin (Microsoft, Google, Apple, Facebook, Yahoo və s.) istifadəçilərini mütəmadi olaraq dinləmiş, sosial mediada izləmiş, onların kontaktlarına daxil olmuşdur.
Kütləvi tədbirlər zamanı jurnalistlərin polis basqısına və həbslərə məruz qalması da bu ölkədə adi hala çevrilib. Hələ 2008-ci ildə respublikaçıların Minnesota ştatında keçirilən qurultayı zamanı 42 jurnalist, o cümlədən 1200-dən artıq televiziya və radio kanalında proqramları yayımlanan Eymi Qudman və onun 2 prodüseri həbs edilmişdi. Ferqyusonda baş verən iğtişaşlar zamanı 52 jurnalist polislər tərəfindən döyülüb və ya odlu silahla hədələnib, onlardan 21-i isə həbs edilib.
Korrupsiya
Amerikalıların 80 faizi hesab edir ki, ölkənin hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb. Təkcə 2015-ci ilin ilk aylarında müxtəlif səviyyəli məmurlara qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə olan rüşvətdir.
Ali icra hakimiyyətinin ən yüksək pillələrində təmsil olunan şəxslərin, habelə bir sıra konqresmenlərin müxtəlif şirkətlərlə işbirliyində olmasına, onlara lobbiçilik etməsinə dair məlumatlar mütəmadi olaraq mətbuatda yer alır. İlin əvvəllərində senatorlardan biri 14 maddə üzrə, o cümlədən "dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması faktının gizlədilməsi" maddəsi üzrə ittiham edilərək həbs olunmuşdu.
İllinoys ştatındakı Dikson şəhərinin maliyyə xidməti rəhbərinin son 7 il müddətində şəhər büdcəsindən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkar olunub.
Belə cinayətlər kütləvi şəkildə törədilsə də, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu açılmır və ya açılsa da, mətbuatdan gizlədilir.
Seçki saxtakarlığı
ABŞ-ın seçki sisteminin kifayət qədər qüsurlu olması artıq heç kimdə şübhə doğurmur. Lakin seçki praktikasında müxtəlif fırıldaq və hoqqabazlıqların geniş yayılması vəziyyəti daha da pisləşdirir, bu ölkədə demokratik ənənələrin üstündən xətt çəkir. 2000-ci ilin prezident seçkiləri zamanı səslərin sayılmasında saxtakarlıq olduğu barədə araşdırmalar sona çatdırılmadı, Florida ştatında səslərin yenidən sayılması prosesi yarımçıq saxlanıldı.
Səsvermə zamanı çoxlu pozuntulara yol verilir, Latın Amerikasından olan qeyri-leqal miqrantlar "karusel əməliyyatı"na cəlb edilir. Səs vermək üçün üzərində şəkil olmayan, yalnız ünvan, ad və soyad göstərilən hər hansı kağız da (kommunal xərclərin ödənilməsi barədə qəbz, məktub və s.) qəbul edilir ki, bu da saxtakarlığa yol açır. Cəmi 7 ştatda şəkilli sənəd tələb olunur. Əhalinin 10 faizinin şəkilli dövlət sənədi yoxdur.
Seçicilərin qeydiyyatı da bərbad vəziyyətdədir. Belə ki, vətəndaş özü seçici kimi qeydiyyata düşməsə, siyahıya salınmır. Bu da seçicilərin təxminən dörddə birinin səsvermədən kənarda qalmasına səbəb olur.
Vaxtından əvvəl (hətta 1 aydan çox) səsvermə praktikası geniş tətbiq olunur.
Bir qayda olaraq, prezident seçkilərində iştirak edən seçicilərin təxminən üçdə biri bu cür səs verir.
Poçt vasitəsilə səsvermə tətbiq olunur. Bülleten və əlavə zərf poçt vasitəsilə seçicinin evinə göndərilir. O, bülleteni evdə doldurub həmin zərfə qoyur və geri göndərir. Hər seçkidə 20 faizədək amerikalı belə səs verir.
ABŞ seçki sistemi demokratik seçkilər üçün zəruri olan beynəlxalq norma və prinsiplərin qanunvericiliyə daxil edilməsindən kənarda qalıb. Sonuncu prezident seçkilərini müşahidə etmiş avropalı parlamentarilər bildiriblər ki, onlara müşahidə etmək üçün məntəqələri sərbəst seçmək imkanı verilməyib, yalnız hakimiyyət orqanlarının əvvəldən müəyyənləşdirdiyi məntəqələrə göndəriliblər. Səsvermə zamanı müşahidəçiyə şəkil çəkmək, mobil telefon saxlamaq, hətta insanlarla danışmaq qadağan olunur. Bəzi ştatlarda ATƏT-in müşahidəçiləri məntəqəyə buraxılmayıb, hətta onları məntəqənin yaxınlığına da qoymayaraq həbslə hədələyiblər. Məsələn, son prezident seçkilərində Texasın prokuroru bildirib ki, müşahidəçi məntəqəyə 30 metrdən çox yaxınlaşsa həbs olunacaq.
Səsvermə günü təşviqat aparılır, inzibati resurslardan istifadə olunur, ekzit-pollar açıq müzakirə olunur, azyaşlı uşaqlar təşviqata cəlb olunur, partiyalar zəng edib seçiciləri səsverməyə çağırırlar. Hərbi hissələrdə səslər kütləvi şəkildə saxtalaşdırılır.
Seçki fondları üçün məhdudiyyət qoyulmayıb. Kimin pulu çoxdursa, qalib gəlmək imkanı da yüksəkdir. Ona görə də siyasətçilərin əksəriyyəti iri korporasiyalarla işbirliyindədir.
Beynəlxalq
hüququn norma
və prinsiplərinin pozulması
XX əsrin sonlarından etibarən ABŞ terrorla mübarizə və demokratik standartların tətbiqi şüarı altında müstəqil dövlətlərin daxili işlərinə müdaxiləni daha da gücləndirib. Məhz ABŞ-ın müdaxiləsi nəticəsində İraq, Liviya, Suriya, Yəmən kimi ölkələr vətəndaş müharibəsi həddinə gətirilib, xaos, iqtisadiyyatın tənəzzülü, ərazi bütövlüyünün pozulması təhlükəsi ilə üzləşiblər. Adıçəkilən ölkələrdə dövlət orqanlarının fəaliyyəti iflic vəziyyətinə salınıb.
ABŞ hökuməti antiterror əməliyyatları həyata keçirdiyi İraq, Əfqanıstan və digər müsəlman ölkələrində vətəndaşların heç bir dəlil-sübut olmadan qanunsuz həbs edilməsinə və onlarla qeyri-insani rəftar edilməsinə rəvac vermişdir. Bütün dünya İraqdakı Əbu-Qreyb və Kubadakı Quantanamo həbsxanalarında ABŞ hərbçilərinin və xüsusi xidmət orqanları əməkdaşlarının əsir və dustaqlara qarşı törətdikləri vəhşiliklərdən heyrətə gəlmişdir. Sonralar müstəqil hüquq müdafiəçiləri müəyyən etmişlər ki, bütün işgəncə və qətllər ABŞ hərbi komandanlığı tərəfindən sanksiyalaşdırılır. İndiki ABŞ Administrasiyasının seçkiqabağı vədlərinə baxmayaraq, Kubadakı Quantanamo həbsxanası hələ də bağlanmamış, oradakı məhbuslar azadlığa buraxılmamışlar.
Separatçı rejimlərə dəstək vermədiyini iddia edən ABŞ Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə tam fərqli mövqe tutur. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə baxmayaraq, ABŞ Konqresi 1992-ci ildə məhz Azərbaycana dövlət yardımlarını qadağan edən "Azadlığa Dəstək Aktı"na 907-ci Düzəlişi qəbul edib. Digər separatçı qurumların rəhbərlərinə qarşı viza qadağası və digər sanksiyalar tətbiq edildiyi halda, qondarma "Dağlıq Qarabağ Respublikası"nın təmsilçiləri ABŞ-a mütəmadi olaraq səfər edir, müxtəlif tədbirlərdə iştirak edirlər. 1999-cu ildən başlayaraq, ABŞ Konqresinin qərarı ilə tanınmamış quruma hər il əhəmiyyətli məbləğdə birbaşa maliyyə yardımı ayrılır. Bütün bunlar ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutmadığını sübut edir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi
Qərara alır:
Xarici İşlər Nazirliyinə tövsiyə edilsin ki, aşağıdakı kateqoriyalara aid olan şəxslərə Azərbaycan Respublikasına gəlmək üçün viza verilməsindən imtina etsin:
ABŞ hökumətində təmsil olunan şəxslər və onların ailə üzvləri;
ABŞ Konqresində Azərbaycanın diskreditasiyası istiqamətində ardıcıl iş aparan konqresmenlər, senatorlar və onların ailə üzvləri;
erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq edən vəzifəli şəxslər, siyasətçilər;
Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan kütləvi informasiya vasitələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ekspertlər;
ABŞ-ın yüksək rəhbərliyi ilə işbirliyi sahəsində böyük həcmdə maliyyə vəsaiti əldə edən şəxslər;
ABŞ-ın erməni diasporu və lobbi qruplarının dəstəyi ilə seçkili orqanlara seçilmiş şəxslər;
seçki saxtakarlığında iştirak edənlər, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə qarşı çıxanlar;
ABŞ-ın insan hüquqlarına dair beynəlxalq müqavilələrə qoşulmasına qarşı çıxanlar.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Azərbaycanın dövlət qurumları ilə ABŞ şirkətləri arasındakı bütün əlaqələrin dayandırılması məsələsinə baxsın.
Özəl sektorun təmsilçilərinə tövsiyə edilsin ki, ABŞ şirkətləri ilə bağlanmış kontraktlara son qoysunlar və yeni ticari-iqtisadi əlaqələrin yaradılmasından imtina etsinlər.
Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyə edilsin:
ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməsin və onların bank hesabları bağlansın;
ABŞ hökuməti və Konqresi tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülsün;
ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilsin;
Azərbaycan Respublikasının Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakı dayandırılsın;
ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunsun;
ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanılsın.
Qeyd: Amerika Birləşmiş Ştatları hökumətində təmsil olunan şəxslərə, onların ailə üzvlərinə və yaxınlarına qarşı nəzərdə tutulan qadağaların aradan qaldırılması üçün aşağıdakı məsələlər öz həllini tapmalıdır:
Ölkə daxilində:
insan hüquqlarının kobud şəkildə pozulmasına, irqi və dini ayrıseçkiliyə, ksenofobiya və islamofobiya təzahürlərinə, məhbuslarla qeyri-insani rəftara son qoyulması;
etiraz aksiyalarının iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiqindən imtina olunması;
söz və mətbuat azadlıqlarının məhdudlaşdırılması, vətəndaşların şəxsi həyatına müdaxilə hallarının qarşısının alınması;
korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması, lobbiçilik praktikasından imtina edilməsi;
seçki prosesində geniş yayılmış qüsurlu praktikadan imtina edilməsi, seçki saxtakarlığına son qoyulması;
Xarici ölkələrin daxili işlərinə kobud müdaxilə cəhdlərindən əl çəkilməsi;
Azərbaycan Respublikasına qarşı iftira və qarayaxma kampaniyasından imtina edilməsi, bu cür halların gələcəkdə təkrarlanmasına yol verilməməsi;
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüququn tələblərinə müvafiq birmənalı mövqe nümayiş etdirilməsi, işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq edilməsi, Dağlıq Qarabağdakı separatçı rejimlə bütün əlaqələrin kəsilməsi.
Qanun layihəsinin
müəllifi: Rövşən Rzayev,
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai
Birliyinin İdarə Heyətinin üzvü.
DİGƏR XƏBƏRLƏR
Tarix: 22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
Tarix: 22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
Tarix: 22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
Tarix: 22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
Tarix: 22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
Tarix: 22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
Tarix: 22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
Tarix: 22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
Tarix: 22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
Tarix: 22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
Tarix: 22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
Tarix: 21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ