Ermənistan prezidenti Serj Sarkisyanın Moskva şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv təhlükəsizlik Şurasının növbəti sessiyasında populist çıxışı coğrafiyadan anlayışı olmayan, qeyri-adekvat şəxsin danışması təssüratını yaradır.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycan ərazilərinin işğalında, günahsız insanların qətlində bilavasitə iştirak edən, terrorizmi, separatizmi, işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran S.Sarkisyan indi də bu cür yalan çıxışları ilə dünya ictimaiyyətinin gözünə kül üfürür və onları yanlış istiqamətə yönəltməyə cəhd göstərir: "Dünyada heç bir dövlət, hətta Ermənistan tərəfindən belə tanınmayan Dağlıq Qarabağda quldur dəstələrinə başçılıq edən, terror təşkilatları ilə isti münasibətlərdə olan və öz xalqını daim aldatmaq vərdişindən əl çəkməyən bu cani müxtəlif qurumlarda ziddiyyətli bəyanatları ilə "zavallı" xalqına mərhəmət və yardım dilənməklə məşğuldur".