Bazar günü günü, 14 dekabr 2025
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Gündəm
Siyasət
İqtisadiyyat
Dünya
Sosial
Kriminal
Mədəniyyət
İdman
Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 22.12.2015 / 06:08
Bölmə: Siyasət
Suraxanı dedikdə, adətən, ilk ağlımızdan keçən Atəşgah məbədi olur. Bu da təsadüfi deyil, çünki Bakının bir parçası olan bu guşəni tanıdan, hətta əcnəbilərin belə maraq dairəsinə gətirən məhz bu rayondakı Atəşgah məbədidir. Bura yerli əhalinin qürur yeridir həm də.
Çox qədim tarixə malik bu məbəd Bakının 30 kilometrliyində - Abşeron yarımadasının cənub-qərb hissəsində yerləşir. Hələ ötən əsrlərdən Aleksandr Düma, Vereşşagin, Mendeleyev, Beryozin kimi dünyaca ünlü alim və səyyahların diqqətini çəkmiş bu yaşayış məskənində vaxtilə zərdüştilərin məbədi yerləşdiyindən, dünya miqyasında buraya maraq hər zaman böyük olub. Yerli sakinlərin rəvayətinə görə, Makedoniyalı İsgəndərin Azərbaycana yürüşü zamanı Atəşgah dağıdılıb. İrandan qovulmuş atəşpərəstlər 636-cı ildə məbədi bərpa etsələr də, 7 il sonra ərəb xilafəti məbədi yenidən dağıdıb. Sonralar atəşpərəst hind tacirləri Atəşgahı bərpa edib, orada ibadətlə məşğul olublar. Bu gün dünyanın hər yerindən, özəlliklə də atəşpərəstlər hələ də buraya ciddi maraq göstərir, məbədi ziyarətə gəlirlər. Gələnlər arasında isə bu gün də ünlü isimlərə rast gəlinir. Hər zaman qonaqpərvərliyilə seçilən millətimizin bir parçası kimi Suraxaı sakinləri, təbii ki, bununla fəxr etməkdə haqlıdır. Bir də ki, hər gələn qonağa məşhur hind aktyoru, hamının Amid kimi tanıdığı kino qəhrəmanı Amitabxa Baççanın Atəşgaha gəlişindən niyə də həvəslə danışmasınlar? Axı Bollivudun bu sevilən aktyoru da yüzlərlə ziyarətçi kimi buranın fotolarını öz ölkəsinə aparmaqla deyil ölkəmizin, hətta kiçik Suraxanı rayonunun da dünya çapında tanıdılmasına öz töhfəsini vermiş oldu. Təbii, buna yaradılan şərait məhz müstəqillik illərinin məhsuludur. Daha əvvəllər isə hər şey fərqli idi...
Sovet Azərbaycanı ilə həmyaşıd olan Suraxanı rayonu ərazisində vaxtilə zərdüştilərin yaşadığı, Atəşgah məbədinin məhz o zamanlardan qaldığı barədə miflər, tam da olmasa, qismən sovet dönəmində dağıdıldı. Burada yalnız yeraltı qaz yataqlarından xam qazın fasiləsiz olaraq sızması nəticəsində alov yandığı versiyasının hər cür dini təriqəti rədd edən kosmopolit sovet ideologiyası ilə paralel şəkildə beyinlərə yeridilməsi bu unikal təbiət hadisəsini dəyərsiz və görünməz etmişdi. Üstəlik, ötən 70 il ərzində sovet təbliğatına üzdən dözümlülük göstərsə də, Bakı kəndlərinin aborigen əhalisi İslama sadiq olduğundan, burada nə zamansa atəşpərəstlərin yaşadığını qəbul etmirdi. O üzdən də əslində ciddi tarixi əhəmiyyəti olan, eyni zamanda turist marağını çəkə bilməsi yönümündən əhəmiyyət daşıyan Atəşgah on illərlə nəzərlərdən kənarda qalmış, gözdən uzaq dağılmış bir yerə çevrilmişdi. Ta Azərbaycan müstəqilliyini qazanıb, dünya ölkələri sırasında yerini tutmaq kursu götürənə qədər. Bu kursun götürülməsindən bu günə kimi çox şey dəyişib: ölkənin regionları da, paytaxt Bakı da, onun rayonları da. Yazının girişindən də göründüyü kimi, bu gün bu rayonlardan yalnız biri - Suraxanı haqqında danıacağıq. Əslində elə bu rayonun "simvolu" olan Atəşgahdan söhbət açmaqla danışmağa başlamışıq da. Amma həmişəkindən fərqli olaraq, yorucu statistik rəqəmlərin dili ilə deyil.
İlk öncə onu qeyd edək ki, 13 kilometrlik ərazidə Xəzərin qoynuna sığınan Suraxanı rayonu özündə 6 qəsəbəni birləşdirir: Əmircan, Bülbülə, Zığ, Qaraçuxur, Hövsan, Yeni Suraxanı. Bu rayona bir də son illərdə salınmış Dədə Qorqud yaşayış massivi aiddir. Bu qəsəbələrin hər birini ayrılıqda götürsək və onların müstəqilliyimizə qədərki və ondan sonrakı görüntülərini müqayisə etsək, çox böyük dəyişikliklərin olduğunu əlavə şərhə ehtiyac qalmaz.
Təbii, sovet dönəmində də respublika rəhbərliyində çalışan vətənpəvər insanlar olub və məhz belələrinin sayəsində 1964-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin 3 saylı qərarı ilə XII-XIII əsrlərdə mövcud olmuş atəşpərəstlərin məbədinin qalıqları üzərində Atəşgahın bugünkü versiyası inşa edilib. 1368 kvadratmetr sahəsi olan, 26 hücrədən və səcdəgahdan ibarət Atəşgah 19 dekabr 2007-ci ilə qədər Şirvanşahlar Saray Kompleksi tarixi-memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyət göstərib. Sonradan YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu unikal abidənin önündə geniş üfüqlər açmaqla onun müstəqil fəaliyyət göstərməsinə şərait yaradıb. Belə ki, həmin ərəfədə Azərbaycan Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə "Atəşgah" məbədi dövlət tarix-memarlıq qoruğu elan edilib. Daha sonra - 2009-cu ildə Prezident məbədlə bağlı daha bir sərəncam imzalamaqla ərazidə arxeoloji tədqiqat işlərinin aparılması və "Atəşgah" tarixi muzey mərkəzinin yaradılmasının əsasını qoyub.
Suraxanı rayonunun Bülbülə kəndi də maraqlı tarixi abidələri və qədim tarixilə seçilir. Bir çoxu əsrlərin sınağından çıxaraq günümüzə gəlib çatmasa da, barələrində məlumatlar ağızdan-ağıza keçərək onların varlığından bizi xəbərdar edib. Deyilənə görə, belə abidələr sırasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri dəfn olunub. Deyilənlərə görə, Bülbülə kəndinin günçıxan tərəfindən olan kəndlərdən zəvvarlar Məkkə, Kərbala və Məşhəd şəhərlərinə ziyarətə gedərkən bu təpədə ayaq saxlayar, Bülbülədə olan "İmamzadə"yə salam verərdilər. Ziyarətnamə oxuyub qurtardıqdan sonra isə xudahafizləşərdilər. Ziyarətdən qayıdan zaman da onlar bu təpədə ayaq saxlayar, Bülbülə "İmamzadə"si ilə salamlaşardılar. Beləliklə, xalq arasında bu təpənin adı Salam təpəsi adını alıb.
Daha bir tarixi əsər - Kərbəlayi Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilib. Kərbəlayi Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir. Məscidi 1915-ci ildə Seyid Baxış Seyid Nurbaxış oğlunun rəhbərliyi ilə suraxanılı usta Məşədi Dadaş inşa edib. Salam təpəsi Bülbülə ilə Bakıxanov qəsəbəsi sərhədində yerləşən "həmşəhərli qəbiristanlığı" (yerli leksikonda həmşəri) adı ilə tanınan ərazinin ən hündür sahəsində yerləşir. İrandan Bakıya işləməyə gələnlər dünyasını dəyişdikləri zaman bu ərazidə dəfn olunduğundan, bu yer xalq arasında həmşəhərli qəbiristanlığı kimi tanınırdı.
Azərbaycanın bir çox görkəmli şəxsləri Bülbülə qəsəbəsinə tarixi baxımdan yüksək qiymət verib. Azərbaycanın tarixində böyük xidmətləri olan mütəfəkkir alim Abbasqulu Ağa Bakıxanov özünün "Gülüstani-İrəm" əsərində Bülbülə haqqında belə yazır: "Xalq arasında belə bir rəvayət məşhurdur ki, Əmircan, Bülbülə və Ramana kəndləri xan kəndidir". "Bir çox şəhər və kənd xarabaları, Həzrət Şəmunun Aran şəhərində və yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur". Beşinci İmam Mühəmməd Baqirin burada dəfn olunması isə (677-735) Bülbülənin yaşayış məskəni kimi qədimliyindən xəbər verir. Oğuz məskəni olan kəndin adının mənşəyi haqqında da rəvayətlər mövcuddur. Bu rəvayətlərdən ən maraqlısı Makedoniyalı İsgəndər Zülqərneyn haqqındadır. Belə ki, guya o öz qoşunu ilə palçıq, bataqlıq olan Bülbülə torpaqlarından əziyyətlə keçdiyindən bu yerlərə "buli-buli" deyib.
Suraxanı rayonunun daha bir qəsəbəsi Əmircandır ki, tarixi zənginlik baxımından Bülbülədən heç də geri qalmır. A. Bakıxanov "Gülüstani-İrəm" əsərində öz doğma kəndinin adını "Əmir Hacan" kimi təqdim edir. Tədqiqatçılar bu fikrə istinad edərək Məkkə ziyarətinə gedən zəvvarlara başçı təyin edilənə "Əmir Hac" deyilişini kəndin adına şamil ediblər. "Əmir hac" ərəb sözü olub, tərcüməsi "Hacılar əmiri" deməkdir. Kəndin ərəb xilafəti zamanı sahibi, böyük mülkədar Əmir Nizaməddin XIV əsrdə Bakı mahalında çox məşhur və hörmətli şəxs olub. Maraqlıdır ki, vaxtilə Əmircan xalçaları dünyada məşhur olub. Üləmaların, ruhanilərin, məşhur söz-sənət ustalarının ana yurdu sayılan Əmircan öz abidələri, məscid və minarələri ilə də tanınır. Kəndin qədim adı Xilə olub. Rəvayətlərə görə, çox qədim zamanlarda burada Hillə qəbiləsi yaşayıb (bəzi mənbələrdə onlara Xilə tayfaları deyilir), kəndin əvvəlki adı da buradan götürülərək Xilə adlandırılıb. Tarixçi Sara Aşurbəyli "Şirvanşahlar dövləti" kitabında Xilənin qədim adının yaranması haqqında belə bir məlumat verir: "On üç əsr ərzində dəyişikliyə uğramadan dövrümüzədək qalmış Xilə adının tarixi Azərbaycanın ərəblər tərəfindən istilasına gedib çıxır. İraqda müstəqil əmirliyə malik olduqları Hillədən buraya köçüb gəlmiş rəbiə tayfaları kompakt halda Bərdədə, Şamaxıda və Şirvanın digər yerlərində məskən salıblar. Ehtimal ki, Abşerondakı Xilə kəndi İraqdakı Hillənin adı ilə adlandırılıb. Belə ki, burada məhz həmin yerdən gəlmiş və sonradan türklərlə qaynayıb-qarışmış ərəblər məskən salıb. Lakin ərəblər də bu yerin ilk sakinləri deyildilər. Abşerondakı Xilənin qədim əhalisinin skiflər olmasından burada əldə edilən arxeoloji tapıntılar xəbər verir".
Lakin Suraxanı rayonu tarixə adını təkcə memarlıq baxımından yazmayıb. Bu rayonun ərazisi Azərbaycanın neft industriyasının əsasının qoyulduğu məkan kimi də məşhurlaşıb. Hələ VII əsrdə məşhur ərəb səyyahı Əli Məsudi yazırdı ki, Bakıda iki əsas neft mənbəyi var: birindən ağ neft, digərindən qara və mavi neft çıxarılır. Abşeron ərazisində yerin təkindən çıxan qazın yanması ilə bağlı ilk məlumatı isə bizanslı Panfili Prisk hələ V əsrdə vermişdi. Abşeronun neft quyularının gəlir mənbəyinə çevrilməsi XIX əsrin əvvəllərinə - 1804-cü ilə təsadüf edir. Belə ki, həmin ildən dövlətin bu quyuları icarədarlara satmağa başlaması əcnəbi iş adamlarının Abşerona axınına rəvac verir. O dövrdə bir çox iş adamı Abşeronda icarə əsasında işlətdiyi quyulardan götürdüyü gəliri ölkəsində ən müxtəlif sahələrin inkişafına yönəldirdi ki, buna ən parlaq misal polyak mühəndisi V.Zqlenitski ola bilər. Belə ki, bu polyak iş adamı burada neftdən götürdüyü gəlirlə ölkəsində təhsilin inkişafına sanballı investisiya qoyması ilə adını əbədiləşdirib. Obrazlı desək, Suraxanı nefti tək evləri-küçələri işıqlandırmayıb, onun sayəsində beyinlər də işıqlanıb.
O zamandan çox sular axıb və bu gün Suraxanı rayonu özünün tarixində ən abad dövrünü yaşayır. Ölkə başçısının rayona tez-tez baş tutan hər gəlişi isə inkişafın bir hissəciyindən - hansısa məktəbin tikintisindən, tibb ocağının açılışından, parkın istifadəyə verilməsindən xəbər verir ki, bütün bunlar da ölkədəki abadlıq-quruculuq işlərinin Suraxanı rayonundan da yan keçmədiyinin parlaq göstəricisidir. Lakin bu yerlərin daş yaddaşında hələ açılmamış sirlər onun turizm cəhətdən dünyaya açılmasını zəruri edir. Nəzərə alsaq ki, dövlət səviyyəsində istər qeyri-neft sektorunun inkişaf etdirilməsi, istərsə də ölkənin turizm potensialının artırılması yönündə son illər ciddi addımlar atılır, Bakının Suraxanı rayonunun tarixi turizm məkanı kimi bu proqramın önəmli hissəsi ola biləcəyi şübhə doğurmur. Buna zəmin var, niyyət isə ortadadır, daha nə qalır ki? Yalnız uğur arzulamaq...
Samirə SƏFƏROVA
Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 13.12.2025 / 19:10
Rusiya xüsusi təyinatlıları Voronejdə Azərbaycan diaspor nümayəndələrinə qarşı əməliyyat keçirdi
- saxlananlar var... -VİDEO
Tarix: 13.12.2025 / 17:40
AB Rusiyanın məşhur Valday Klubuna da sanksiya tətbiq etdi…
Tarix: 13.12.2025 / 17:23
Rusiyanın dondurulmuş 210 milyardı təhlükədə
- Avroittifaq pulların Ukraynaya verilməsi üçün ilk addımı atdı...
Tarix: 13.12.2025 / 14:30
Bələdiyyə rəhbərliyinin qanunsuz biznesi çiçəklənir...
Tarix: 13.12.2025 / 14:11
Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...
Tarix: 13.12.2025 / 13:52
Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı -
təsadüf, ya....
Tarix: 13.12.2025 / 12:44
Müdafiə Nazirliyində hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi
Tarix: 13.12.2025 / 12:10
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
Tarix: 13.12.2025 / 01:27
Rusiya-Ukrayna müharibəsi Qara dənizdən sonra Xəzərə də sıçradı
– “Lukoil”un iki neft platforması vuruldu...
Tarix: 12.12.2025 / 21:34
Ermənistan AB ilə Aİİ arasında, Rusiya çarəsiz durumda qalıb...
Overçuk yenə danışdı...
Tarix: 12.12.2025 / 21:19
Venesuela neft blokadasında
- Maduro Belarusdan sığınacaq istədi...
Tarix: 12.12.2025 / 21:05
İrəvanda "Arsax" sözü işlədən media bağlandı...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 12.12.2025 / 21:49
Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...
Tarix: 12.12.2025 / 20:25
Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib? - 23 min nə deməkdir?
Tarix: 12.12.2025 / 18:08
Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...
SON XƏBƏRLƏR
13.12.2025 / 23:06
Elxan Nəcəfov nazir olandan İstanbuldakı naxçıvanlı uşaqların təhsil hüququ pozulur...
13.12.2025 / 19:25
Rusiyadan ABŞ-a mesaj
– o sənədlər bizi məmnun etməyə bilər…
13.12.2025 / 19:10
Rusiya xüsusi təyinatlıları Voronejdə Azərbaycan diaspor nümayəndələrinə qarşı əməliyyat keçirdi
- saxlananlar var... -VİDEO
13.12.2025 / 17:40
AB Rusiyanın məşhur Valday Klubuna da sanksiya tətbiq etdi…
13.12.2025 / 17:23
Rusiyanın dondurulmuş 210 milyardı təhlükədə
- Avroittifaq pulların Ukraynaya verilməsi üçün ilk addımı atdı...
13.12.2025 / 17:06
Aeroportda özünü şübhəli aparan şəxsin mobil telefonundan görün nə çıxdı...
13.12.2025 / 16:49
İrandan gələn narkotiki Salyanda satmaq istəyənlər tutuldu
13.12.2025 / 16:31
Ərdoğandan Odessada türk gəmisinin vurulmasına reaksiya
- onlara zərər vurar…
13.12.2025 / 16:18
Nizamidə quldurluq edib Tərtərdə gizlənirdi... yaxalandı...
13.12.2025 / 15:17
Bakıda sulu qar yağacaq
- XƏBƏRDARLIQ
13.12.2025 / 14:49
Trampın Avropanın daxili işinə müdaxiləsi kəskin rədd edildi...
13.12.2025 / 14:30
Bələdiyyə rəhbərliyinin qanunsuz biznesi çiçəklənir...
13.12.2025 / 14:11
Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...
13.12.2025 / 13:52
Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı -
təsadüf, ya....
13.12.2025 / 13:22
Qubada atasının pulunu oğurlayan yeniyetmə saxlanıldı
13.12.2025 / 12:44
Müdafiə Nazirliyində hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi
13.12.2025 / 12:10
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
13.12.2025 / 09:23
Universitet tələbələrinin dərsliklərlə bağlı ciddi problemi yaranıb...
13.12.2025 / 08:46
Tikintilərdə işçi həyatının qiyməti "3 qəpik olub"
- rəqəmlər dəhşətdir...
13.12.2025 / 01:27
Rusiya-Ukrayna müharibəsi Qara dənizdən sonra Xəzərə də sıçradı
– “Lukoil”un iki neft platforması vuruldu...
13.12.2025 / 00:48
Rusiya Ərdoğan-Putin görüşündən dərhal sonra Odessada Türkiyə gəmisini vurdu
- Qara dəniz müharibə meydanına çevrilir...
12.12.2025 / 22:16
Gürcüstanda aksiya qadağaları sərtləşdirildi…
12.12.2025 / 21:49
Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...
12.12.2025 / 21:34
Ermənistan AB ilə Aİİ arasında, Rusiya çarəsiz durumda qalıb...
Overçuk yenə danışdı...
12.12.2025 / 21:19
Venesuela neft blokadasında
- Maduro Belarusdan sığınacaq istədi...
12.12.2025 / 21:05
İrəvanda "Arsax" sözü işlədən media bağlandı...
12.12.2025 / 20:52
“Terrorsuz Türkiyə” ciddi problemlə üzləşib
- cinayətə batmamış PKK-çı necə təyin ediləcək...
12.12.2025 / 20:39
Tramp 907-ni ləğv etməsə, Azərbaycanda hörmətdən düşəcək...
12.12.2025 / 20:30
Naxçıvanın Kültəpə kəndində yas mərasimində qazdan kütləvi zəhərlənmə
- 23 qadın xəstəxanaya yerləşdirildi
12.12.2025 / 20:25
Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib?
- 23 min nə deməkdir?
12.12.2025 / 20:15
Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
12.12.2025 / 20:12
Azərbaycan-Ermənistan-Türkiyə-Aralıq dənizi marşrutu Almaniyada nəzərdən keçirildi...
12.12.2025 / 19:58
AMEA-nın akademikləri də Mehdiyevin üzündən problem yaşayacaq...
12.12.2025 / 19:45
Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır
12.12.2025 / 19:42
Rusiya Putinin həbsinə orderini qərar verən BCM hakiminə 15 il iş kəsdi...
12.12.2025 / 19:33
Aşqabadda bağlı qapılar arxasında 40 dəqiqlik zirvə
- Ərdoğanla Putin nəyi müzakirə etdi...
12.12.2025 / 19:27
Krımda qanunsuz iş aparan Ermitaj alimi Polşada tutuldu
- Qarabağı alt-üst etmiş əcnəbi alimlər isə...
12.12.2025 / 19:14
Məhkəmə sistemində tam yeni qurum yaradılır
- rəqabət gözləntisi doğrulacaqmı?...
12.12.2025 / 19:08
Türkiyənin tarixi şəhəri -
İzmir
12.12.2025 / 19:00
İran "mis mədənləri" ilə Ermənistanı Qərbin asılılığından qorumaq istəyir...
12.12.2025 / 18:53
Türkiyə səfiri: Heydər Əliyev qurucu bir liderdir
12.12.2025 / 18:47
Tramp NATO-dan çıxmaq adı ilə Avropanı şantaj edir(?)...
12.12.2025 / 18:35
Rəfail Hüseynov VHP-nin hansı(sa) nizamnamə maddəsini pozub?..
12.12.2025 / 18:21
Paşinyan “ermənilərin Qarabağa qayıdışı üzrə nə xəritə” hazırlayır...
12.12.2025 / 18:14
Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Heydər Əliyevin məzarını ziyarət edib
- FOTO
12.12.2025 / 18:08
Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...
12.12.2025 / 17:55
Merz Trampın Avropa siyasətinə sərt cavab verdi...
12.12.2025 / 17:46
ABŞ Avropanı parçalayır... 4 ölkə Avropa Birliyindən çıxacaq
- Gizli plan sızdırıldı…
12.12.2025 / 17:34
Rusiya Belçikanın “Euroclear” şirkətini məhkəməyə verdi…
12.12.2025 / 17:25
Ailə sevgi və sədaqət ocağıdır
12.12.2025 / 17:20
ABŞ G7-yə alternativ yaradır
- Rusiya və Çinin də daxil olacağı Core-5 qrupu…
12.12.2025 / 17:15
MEDİA nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi
- FOTO
12.12.2025 / 16:55
Gələn il dünyanın müxtəlif nöqtələrində savaş enerjisi yüksələcək - 2026-cı ilin astroloji-siyasi təhlili
12.12.2025 / 16:31
Trampın Ukrayna planının daha bir detalı ortaya çıxdı
- silahsızlaşdırılmış zona Rusiya ərazisi kimi tanınacaq...
12.12.2025 / 16:14
Ukrayna Xəzərdə Rusiyanın iki gəmisini vurdu...
12.12.2025 / 16:01
Şahin Şıxlınskiyə yekun ittiham elan olundu
- işi aparan və ifadə verənlər ermənilərdir...
12.12.2025 / 15:48
Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır
12.12.2025 / 15:25
Şəhid ailələri üçün daşınmaz əmlakın qeydiyyatı rüsumlardan azad edilir
12.12.2025 / 15:11
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulur...
12.12.2025 / 14:26
Kiyev Donbasda bufer zonanın yaradılmasını dəstəklədi, ancaq şərtləri var…
12.12.2025 / 14:06
Türkiyənin tanınmış müdafiə sənayesi şirkəti Azərbaycanda fəaliyyətə başladı
12.12.2025 / 13:50
Azərbaycan əhalisinin sayı açıqlandı
12.12.2025 / 13:37
AMEA Ramiz Mehdiyevin akadamek adını alır
12.12.2025 / 13:28
Trampdan xəbərdarlıq
- Ukrayna münaqişəsi III Dünya müharibəsinə çevrilə bilər
12.12.2025 / 13:10
Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir
12.12.2025 / 12:52
Ramiz Mehdiyevin Dövlət Şurası və “son siyahı”
12.12.2025 / 12:44
Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib
12.12.2025 / 12:40
Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət etdi
- FOTO
12.12.2025 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- FOTO
12.12.2025 / 12:07
ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana gəlir
12.12.2025 / 11:25
Əli Əsədov: "Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər unikal xarakter daşıyır"
12.12.2025 / 11:18
"Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin işində fəal iştiraka hazırdır"
– Baş nazir
12.12.2025 / 11:13
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib
12.12.2025 / 11:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
12.12.2025 / 10:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- FOTO
12.12.2025 / 09:57
Zelenskidən Donbasla bağlı təəccüblü açıqlama
- referendum keçirilə bilər...
12.12.2025 / 09:25
MİDA-nın mənzillərindən "kiberbarmaqlar" kəsilmir ki, kəsilmir...
12.12.2025 / 09:06
Avropa Liqası - "Fənərbağça" darmadağınla qalib gəldi
12.12.2025 / 08:42
"Əldə balta ilə odun da doğramaq olar, adam da"
- məktəbdə uşağa verilən suala baxın...
12.12.2025 / 00:31
Ukrayna Xəzərdə “Lukoil”un neft platformasını vurdu
- 20-dən çox quyuda əməliyyatlar dayandı…
12.12.2025 / 00:06
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
- FOTO
Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır
Populyar xəbərlər
Tarix: 29.11.2025 / 13:50
Müəllimi 8 saat məktəbdə tutmağın hədəfi budur,
planın uğuruna şübhələr var…
Tarix: 04.12.2025 / 18:53
Uşaqlarımızın "Mavi balina" bəlası yenidən qayıdıb...
Tarix: 19.11.2025 / 09:32
SOCAR prezidentinin qərarı ölkədə maaş disbalansını dərinləşdirəcək...
Tarix: 14.11.2025 / 13:09
Пашинян громит агентов России
- ПРЯМАЯ ТРАНСЛЯЦИЯ
Tarix: 17.11.2025 / 13:05
К.Саркисян: "Будет новый Бог - армянин". Иисус Христосян?
- ПРЯМАЯ ТРАНСЛЯЦИЯ
XƏBƏR ARXİVİ