Bazar ertəsi günü, 23 noyabr 2026
     

Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Son illər günbəgün müasirləşən, gözəlləşən Bakının yaraşıqlı guşələrindən birinə çevrilmiş Nizami rayonu ölkənin sosial-iqisadi inkişafına mühüm töhfələr verir. Rayonun sosial-iqtisadi mənzərəsi günbəgün yaxşılaşır, abadlıq-quruculuq işləri getdikcə vüsət alır.
Məlumat üçün qeyd edək ki, Nizami rayonu 1980-ci ilin noyabr ayında yaradılmışdır. Paytaxtın iri sənaye mərkəzlərindən olan Nizami rayonunun ərazisi 19,6 kvadratkilometr, əhalisi isə 191 min 830 nəfər təşkil edir. Rayonda 12 iri sənaye müəssisəsi, 2 tarixi abidə, 22 səhiyyə obyekti, 1 özəl ali məktəb və 2 kollec, 20 uşaq bağçası, 1 uşaq evi və 2 internat məktəbi, 22 orta məktəb, 3 lisey, 2 musiqi məktəbi, mərkəzi kitabxana və 6 kitabxana filialı, 2 istirahət parkı, 60-a yaxın ictimai-iaşə müəssisəsi, 8 kompleks idman qurğusi və 6 stadion yerləşir. Burada, həmçinin, 2 bələdiyyə, 3 seçki dairəsi, çoxsaylı siyasi partiyaların mərkəzi qərargahları, ictimai təşkilat, birlik və dini icmalar fəaliyyət göstərir.
Nizami rayonunun inkişafında mərhum dövlət başçısı, böyük siyasətçi Heydər Əliyevin böyük xidmətləri olub. Ötən əsrin 70-80-ci illərində rayon ərazisində yaradılmış iri sənaye müəssisələri, mühüm sosial və ictimai-iaşə obyektləri, eləcə də bir sıra təhsil və səhiyyə müəssisələri məhz onun xeyir-duası ilə fəaliyyətə başlayıb. Təsadüfi deyil ki, ölkənin iqtisadi həyatında mühüm yer tutan "Qida və Yağ Sənayesi" Açıq Səhmdar Cəmiyyətinin, iri sənaye obyektlərindən sayılan "Peyk" zavodunun və "Evropean Tobacco-Baku" ASC-nin yenidənqurmadan sonra açılış mərasimlərində iştirak edən ulu öndər müxtəlif vaxtlarda sakinlərlə çoxsaylı görüşlər keçirmiş, rayonun gələcək inkişafı ilə bağlı göstəriş və tövsiyələrini verib.
Nizami rayonunda bir neçə il ərzində Azərbaycanda 2 mindən çox yeni məktəb binası tikilb və əsaslı təmir edilib. 2011-2013-cü illərdə Bakı şəhərinin inkişafına dair təsdiq edilmiş Dövlət Proqramında Prezidentin sərəncamı ilə təlim-tərbiyə müəssisələrində təmir işlərinin aparılması müasir tipli yeni təhsil ocaqlarının inşasına başlanılıb. Rayonda 23 ümumtəhsil məktəbi var. Həmin məktəblərdə 3023 nəfər müəllim çalışır. 26149 nəfər şagird təhsil alır. Ötən dərs ilində rayonun orta ümumtəhsil məktəblərini 2013 şagird bitirmişdir. Onlardan 1854 nəfər ali məktəblərə sənəd vermiş, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının verdiyi məlumata görə, sənəd verənlərin 958 nəfəri, yəni 51,67 faizi tələbə adını qazanıb. Ali məktəblərə qəbulun nəticələrinə görə, 220 nömrəli məktəb-lisey birinci yerə, 210 nömrəli məktəb-lisey ikinci yerə, 145 nömrəli məktəb-lisey üçüncü yerə layiq görülüb.
Rayonda həkimlərin sayı 794 nəfər, orta tibb işçilərinin sayı isə 1088 nəfərdir. 5 ambulator dövlətin, 10 ambulator isə özəlindir. Rayonda 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 7 nömrəli Doğum Evi, 11 nömrəli Birləşmiş şəhər xəstəxanası, 18 saylı Birləşmiş şəhər xəstəxanası, 32 saylı Birləşmiş şəhər xəstəxanası, "Azərsu" tikinti xəstəxanası, Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu, Respublika və Rayon Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyət göstərir. Neçə-neçə səhiyyə ocaqları da əsaslı təmir edilib. 19 saylı Uşaq, 26 saylı şəhər poliklinikası, 1 saylı Yoluxucu xəstəliklər xəstəxanası əsaslı təmir edilib. Rayonun daxili resursları hesabına 4 ünvanda müasir tipli mini stadionlar tikilib. Sahibkarlar tərəfindən 2 ünvanda özəl səhiyyə müəssisəsi istifadəyə verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 9 məhəllədə mədəni-kütləvi tədbirlər evi tikilib istifadəyə verilib. Rayonun daxili resursları hesabına Keşlə qəsəbəsində şəhidlər xiyabanında qəbirüstü daşlar dəyişdirilmiş, yenidənqurma işləri görülüb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 117 otaqlı gənc mütəxəssislər üçün bina tikilib istifadəyə verilib. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki müxtəlif səviyyəli Böyükşor yolu qovşağındakı 360 m. uzunluğunda ikinci kompleks də istifadəyə verilmişdir.
Yoxsulluğun aradan qaldırılması üçün 2008-2015-ci ilin Dövlət Proqramı öz bəhrəsini verib. Rayon ərazisində 2500 ailə ünvanlı sosial yardım alır. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən 23918 nəfər əmək pensiyası alır. Nizami rayonunda Böyük Vətən Müharibəsində iştirak edənlərin 120 nəfərindən 37-i nəfəri qalıb, qalanları dünyalarını dəyişiblər. Rayonda 5 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şirin Mirzəyev, Pəhlivan Fərzəliyev, Eldar Ağayev, Nadir Əliyev, Ş.Mirzəyev və P.Fərzəliyevin adını daşıyan küçələr var. Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bütün ölkədə olduğu kimi, Nizami rayonunda da yüksək tərəqqiyə səbəb olub. Son illər rayonun elə bir sahəsi yoxdur ki, orada müsbət dəyişikliklər, dinamik inkişaf baş verməsin.
Nizami rayonunda 2015-ci ilin doqquz ayının sosial-iqtisadi göstəricilərinə nəzər saldıqda xeyli inkişafın şahidi olursan. Belə ki, 2015-ci ilin 9 ayı ərzində rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 346,9 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz çoxdur. İstehsal olunmuş məhsulun 24,8 faizi qeyri-dövlət sektoruna aiddir. Sənayenin dövlət sektorunda 260,9 milyon manatlıq və ya ümumi istehsalın 75,2 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilib. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində 2015-ci ilin 9 ayında istehlakçılara 364,4 milyon manat dəyərində məhsul göndərilib. 2015-ci ilin 01 oktyabr tarixinə olan vəziyyətə görə müəssisələrin anbarlarında hazır məhsul qalığının həcmi 1,7 milyon manat olub. Cari ilin doqquz ayında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 162,8 milyon manat həcmində investisiya yönəldilib. Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 81,6 min manat (50,1 faiz), qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələr isə 81,2 milyon manat (49,9 faiz) sərmayə yönəltmişlər. Adambaşına düşən investisiyaların həcmi il ərzində 836,6 manat olub. Hesabat dövrü ərzində bütün maliyyə mənbələri hesabına 24,5 milyon manatlıq əsas fondlar istifadəyə verilib. 2015-ci ilin yanvar-sentyabr aylarında istifadə edilmiş investisiyaların 150,9 milyon manatı və ya 92,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,1 faiz çoxdur.
Cari ilin 9 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 0,2 faiz artaraq 1450,0 milyon manat olub. Ümumi ticarət dövriyyəsinin 16,9 faizi ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, 22,7 faizi fiziki şəxslərin, 60,4 faizi yarmarka və kənd təsərrüfatı məhsulları bazarlarının payına düşür. İlin əvvəlindən özəl müəssisələrin fəaliyyət dairəsi daha çox genişlənmiş və rayon əhalisinin ərzaq və qeyri-ərzaq mallara olan tələbatının ödənilməsində onlar müstəsna rol oynamışlar. Pərakəndə ticarət dövriyyəsinin, demək olar ki, 100,0 faizi onlar tərəfindən aparılıb. Hesabat dövründə iaşə müəssisələrində 37,2 milyon manatlıq xidmət göstərilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çoxdur. 2015-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi 180,8 milyon manat olub. Pullu xidmətlərin 72,8 milyon manatı və ya 40,3 faizi hüquqi şəxslərin, 108 milyon manatı və ya 59,7 faizi fiziki şəxslərin fəaliyyəti hesabına yaranıb. Hesabat dövründə məişət obyektlərində 29,3 milyon manatlıq müxtəlif xidmətlər göstərilib ki, bu da əhaliyə göstərilən pullu xidmətlərin 16,2 faizini təşkil edib. 2015-ci ilin 9 ayında rabitə sahəsində 244,2 milyon manat dəyərində xidmətlər göstərilib ki, bu da əvvəlki ilə nisbətən 38,0 faiz çox olub. Nəqliyyat sahəsində isə 84,7 milyon manat dəyərində və ya 29,3 faiz çox xidmət göstərilib. Hesabat dövründə Nizami rayonunda 1847 yeni iş yeri açılıb ki, ondan 307-si yeni açılmış, 210-u mövcud müəssisə və təşkilatlara, 1330-u isə fiziki şəxslərə aiddir. Ümumilikdə 2003-cü ildən bu günə kimi rayonda 28012-si daimi iş yeri olmaqla 28109 yeni iş yeri açılıb. Cari ilin yanvar-avqust aylarında orta aylıq əməkhaqqı ötən illə müqayisədə 7,3% artaraq 528,3 manat təşkil edib. Ayrı-ayrı sahələr üzrə-sənaye sahəsində-11,0 faiz, informasiya və rabitə sahəsində-11,2 faiz, maliyyə sahəsində-14,0 faiz, tikinti sahəsində-21,9 faiz, dövlət idarə edilməsi və müdafiə sahəsində-7,7 faiz, təhsil sahəsində-0,8 faiz, səhiyyə sahəsində-3,9 faiz, istirahət, əyləncə, incəsənət sahəsində- 3,7 faiz, inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə isə 28,6 faiz artıb.
Son illər Azərbaycanda bazar iqtisadi münasibətlərinin tam bərqərar olması şəraitində müasir texnologiyalara əsaslanan çoxsaylı yeni istehsal sahələri yaradılır. Bu baxımdan paytaxtın Nizami rayonunda da məqsədyönlü işlər həyata keçirilir, ötən illər ərzində obyektiv səbəblər üzündən fəaliyyətini dayandırmış müəssisələri müasir dövrün, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni istehsal və xidmət sahələri əvəz edir. Ölkədə sahibkarlığa göstərilən dövlət qayğısının ilbəil artması, təşəbbüskarlığa geniş meydan verilməsinin nəticəsidir rayonda xeyli işlər görülüb. Rayon ərazisində yaradılan istehsal və xidmət sahələri həm də çoxsaylı iş yerləri deməkdir. Məhz bunun nəticəsidir ki, son illər Nizami rayonunda uğurlu məşğulluq strategiyası həyata keçirilir.
Nizami rayonunda infrastruktur layihələrinin icrası da getdikcə sürətlənir. Elə rayonda yol-nəqliyyat infrastukturunun təkmilləşdirilməsi, müasir standartlara cavab verən körpü, yolötürücü və tunellərin, yeraltı və yerüstü piyada keçidlərinin inşası, tıxacların aradan qaldırılması məqsədilə yeraltı avtomobil dayanacaqlarının tikintisi, magistral küçə və prospektlərin əsaslı şəkildə yenidən qurulması burada quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaradır. Son illər müxtəlif dövlət proqramlarında nəzərdə tutulmuş abadlıq-quruculuq işlərinin və infrastruktur layihələrinin uğurla reallaşdırılması rayonun simasına əlavə yaraşıq gətirmişdir. Belə ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki müxtəlif səviyyəli yol qovşağı, Babək prospektində, eləcə də Qara Qarayev prospekti ilə Naxçıvani küçəsinin kəsişməsindəki yeraltı piyada keçidləri, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Bakı Metropoliteninin əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş "Koroğlu" stansiyasının yaxınlığındakı park və digər istirahət mərkəzləri rayonun ümumi mənzərəsini xeyli yaxşılaşdırmaqla yanaşı, sakinlərin rahatlığının təminatı baxımından da mühüm əhəmiyyət kəsb edir.
Bir sözlə, Nizami rayonu hər keçən gün inkişaf edir.
Vidadi XUDAŞOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Nizami Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ