Bazar ertəsi günü, 23 noyabr 2026
     

TAP Azərbaycana lazımdırmı?

Image


Azərbaycanın "Şahdəniz II” yatağından çıxan təbii qazın Avropaya nəqlini nəzərdə tutan "Trans Adriatic Pipeline” (TAO) layihəsinin gerçəkləşməsi hələ də sual altındadır.

Səbəb isə qeyri-adi deyil - layihənin icrası üçün tranzit imkanlar təklif edən ölkələr, ilk növbədə Yunanıstan TAP-dan siyasi divident qazanmaq üçün istifadə etməyə çalışır və bununla kəmərin çəkilişi üçün daş daş üstə qoymur. Layihəyə əsasən uzunluğu 800 kilometr olacaq qaz kəmərinin 478 kilometri Yunanıstan ərazisindən Albaniyaya uzanır, oradan Adriatik dənizinin altı ilə çəkiləcək 105 kilometrlik kəmər Azərbaycan qazını İtaliyaya çatdırır. Kifayət qədər bahalı olan kəmərin inşası üçün çəkilən xərclər özünü artıqlaması ilə doğruldur. Lakin Avropada siyasi və iqtisadi böhran iştirakçı dövlətlərin layihəyə nəinki marağını azaldır, eyni zamanda bu dövlətlər tranzit imkanlarını digər tərəflərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Yunanıstan və Albaniyanın iqtisadi durumu zatən məlumdur, Afina həm də özünün ön kiçik strateji üstünlüklərindən belə Avropaya, Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir.

Kəməri kim inşa etməlidir? Azərbaycan kəmərin inşasında maraqlıdır, çünki TAP "Şahdəniz II” qazının Türkiyə üzərindən Avropaya daşınması üçün əlavə imkanlar yaradır. Avropa da nəzəri baxımdan TAP layihəsinin gerçəkləşməsində maraqlıdır, Azərbaycan qazı Avropanın həm Rusiyadan enerji asılılığını azaldacaq, həm də enerji daşıyıcılarının nəqli marşrutlarının diversifikasiyasına imkan yaradacaq. Yunanıstan da layihəyə ayrıca maraq göstərir - TAP bu ölkənin ərazisindən keçdiyinə görə həm Yunanıstanın enerjiyə olan tələbatının böyük qismi ödənəcək, eyni zamanda Afina layihənin iştirakçısı kimi daha ucuz qiymətə qaz ala biləcək. Bundan başqa tranzit haqqı olaraq Yunanıstanın istər yanacaq formasında, istərsə nağd pul şəklində tranzit imkanlarını maddiləşdirmək imkanı yaranacaq. Nəzəri baxımdan TAP-ın inşasının başa çatmasında ilk növbədə Avropa, o cümlədən Yunanıstan maraqlı olmalıdır.

Lakin bu maraq özünü işdə göstərmir. Ortaya "bəs kəməri kim inşa edəcək” sualı çıxır və nədənsə Avropa bu istiqamətdə də atılacaq addımları Azərbaycandan gözləyir. Məntiqi baxımdan bu məsələdə diktə edən tərəf Azərbaycan olmalıdır. Azərbaycan zatən "Şahdəniz II”də hasil olunan qazı TANAP layihəsi vasitəsilə Türkiyə ərazisinə çatdırmaq imkanına sahibdir. Buradan qazın "Köhnə Dünya”ya ötürülməsində Azərbaycandan çox Avropa özü maraqlı olmalıdır. Avropalıların davranışları göstərir ki, onlar layihənin inşasını ləngitməklə Azərbaycanı bu məsələdə də maddi təşəbbüskarlıq göstərəcəyinə ümid bəsləyirlər. Məntiq və hesablama belədir - Azərbaycan Avropa bazarını, buradakı alıcıları itirməmək üçün son nəticədə TAP-ın Yunanıstandan keçəcək hissəsini maliyyələşdirmək üçün vəsait ayırmağa razılaşacaq, çünki Afinanın buna imkanı olmadığını Bakı da yaxşı bilir.

Amma hesablamalar səhvdir, yaxud mövcud geosiyasi durum avropalıların TAP-ı ləngitmək hesablamalarını alt-üst edir. Azərbaycanın öz qazını satmaq üçün alternativləri kifayət qədərdir. Türkiyənin mavi yanacağa tələbat hər il artır, Rusiya və İranın Ankara ilə siyasi münasibətlərinin gərginləşməsi fonunda bazarda yaranan boşluğun Azərbaycan qazı imkanına doldurulması onsuz da bir alternativ kimi nəzərdən keçirilir. TANAP layihəsi ildə 10 milyard kubmetr qazın Türkiyə ərazisindən keçərək Yunanıstan sərhədinə çatdırılmasını nəzərdə tutur. Artıq bu qaza Türkiyənin özünün ciddi ehtiyacı var. Rusiyanın Türkiyəyə nəql etdiyi qazın həcmini azaldacağı ilə bağlı manipulyasiyaları, üstəlik İranın ən çox ehtiyac duyulan vaxtda Türkiyəyə satdığı qazın həcmini artırmaqdan imtina etməsi faktları var və bu faktlar Ankaranı ciddi düşünməyə məcbur edir. Şimali İraqdan qaz nəqlinə başlayan Türkiyə tələbatın bir qismini də "Şahdəniz II” qazı hesabına təmin etməsin? "Əvvəl evin içi, sonra çölü” prinsipi Türkiyənin durumuna daha uyğun gəlir və "Şahdəniz II” qazının tam alıcısına çevrilməsi ehtimalını artırır.

Ən nəhayət, Avropa hər zaman Rusiyanı enerji faktorundan siyasi təzyiq vasitəsi kimi istifadədə günahlandırıb. Kifayət qədər əsaslandırılmış ittihamlardır, lakin nəzərə almaq lazımdır ki, Avropa özü də böyük həcmdə enerji alıcısı olması faktını zaman-zaman siyasi təzyiq vasitəsinə çevirir. Xəzər qazı Avropa üçün alternativ enerji mənbəyi olsa da, "Köhnə Dünya” bu üstünlükdən yararlanmaq əvəzinə, Azərbaycana "müştəri həmişə haqlıdır” prinsipi ilə yanaşaraq öz maraqlarını diktə etməyə çalışır.

Nəticə isə Avropanın enerji xəritəsini kökündən dəyişəcək TAP kimi layihələrin arxa plana keçirilməsi və gündəmdən düşməsidir. "Müştəri həmişə haqlıdır” prinsipi enerji bazarına uyğun gəlmir, bu bazarda diktə edən tərəf enerji daşıyıcıları təklif edən tərəfdir. Təkcə OPEK-in neftin qiymətlərini tənzimləməsini xatırlatmaq yerinə düşər. Avropaya qaz nəqli məsələsində də Azərbaycan diktə edən tərəf olmalıdır. Bu işə elə TAP layihəsindən imtina etməklə başlamaq olar. Onsuz da bu məsələdə Azərbaycanın itirəcəyi heç nə yoxdur. Satan məlum, alan məlum...

Vüqar MƏSİMOĞLU,

APA ANALİTİK MƏRKƏZİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ