Son günlər dünya gündəminin əsas müzakirə mövzusuna çevrilən Türkiyə-Rusiya münasibətləri öz gərginliyini qoruyub saxlamaqdadır. Xüsusilə Rusiya rəsmilərinin sərt açıqlamaları vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir. Türkiyənin fırtınanı sakitləşdirmək istiqamətində səylərinə rəğmən Rusiya Su-24 vurulmasını bağışlamaq niyyətində deyil.
Ilk vaxtlar Moskvanın açıqladığı sərt sanksiya qərarlarını indi isti qarşıdurma hədələri əvəzləyir. Artıq Moska qarşı tərəfi açıq müharibə ilə hədələməkdən də çəkinmir. Misal üçün Rusiya prezidenti Vladimir Putinin illik brifinqində səsləndirdiyi açıqlamaları bu qəbildən saymaq olar. S-400 raket sisteminin Suriyaya yerləşdirilməsindən danışan Putin, Türkiyə hərbi təyyarələrinin əvvəllər Suriya hava məkanını tez-tez pozduğunu xatırladıb və bildirib ki, "hünərləri var bundan sonra bunu təkrarlasınlar”. Putinin bu açıqlaması Rusiyanın Suriya hava məkanını tam ələ keçirdiyini də göstərir.
Bununla yanaşı Rusiya Suriyada türkmənlərə qarşı əməliyyatların miqyasını da genişləndirib. Rusiyanın Suriyadakı hava əməliyyatları sürətlə Türkiyə sərhədinə yaxınlaşır. Bu isə Rusiya-Türkiyə sərhədində yaşana biləcək hər hansı kiçik bir insidentin Rusiya ilə Türkiyə arasında açıq qarşıdurma ehtimalını artırır.
Baki-xeber.com xəbər verir ki, mövzu haqda dünya miqyasında ən müxtəlif fikirlər, dəhşətli ssenarilər ətrafında müzakirələr səsləndirilir. Vaşinqtonun məşhur beyin mərkəzlərindən "Atlantic Council”da Rusiyanın Suriya siyasəti müzakirəyə çıxarılıb. Keçmiş ABŞ rəsmiləri, səfirlər, Amerika, Rusiya və bölgə ölkələrinin mütəxəssislərinin də qatıldığı konfransda Rusiyanın Türkiyə ilə gəldiyi qarşıdurmalı vəziyyət də dərindən müzakirə edilib. Bir çox ekspert bu vəziyyətin sonunu təxmin etməyin çətin olduğunu, bəziləri isə bunun çox təhlükəli nəticələr doğura biləcəyilə bağlı xəbərdarlıqlar edib.
"Novaya Qazeta”da xarici siyasət yazılarından, müdafiə və təhlükəsizlik üzrə analitik Pavel Felqenqauer Türkiyənin rus təyyarəsini vurmasının ardından Türkiyə ilə Rusiya arasında ciddi bir ''silahlı qarşıdurmanın mümkün'' olduğunu iddia edir.
Sürətlə qarşıdurmaya doğru
Onun sözlərinə görə, Türkiyə ilə Rusiya sürətlə qarşıdurmaya doğru gedir. Ruslar Lazkiyenin şimalını bombalamağa davam edirlər. Qurudan Hizbullah və digər qüvvələr Türkiyənin müttəfiqi türkmənlərə hücum edir. Artıq müəyyən müvəffəqiyyət də qazanılıb. Bu toqquşmalar Türkiyə sərhədinə yaxın yerlərdə də müşahidə edilir və gedərək sürətlə Türkiyə sərhədinə yaxınlaşır. Bu qarşıdurmalar artıqca bəzi raket və ya toplar Türkiyə sərhədinə düşə bilər. Bu da Rusiya-Türkiyə gərginliyini daha təhlükəli həddə gətirə bilər.
Putinin hər şeyi yox edin əmri
Digər tərəfdən Putin yaxın keçmişdə çox açıq şəkildə ordusuna əmrlər verdi. "Sizi təhdid edən hər şeyi yox edin” əmrini ictimaiyyət qarşısında açıq dedi. Rusiya ordusu vurulan bir qırıcının və helikopterin cavabını vermək istəyir və bu məqsədlə bir türk təyyarəsini vurmağı planlaşdırır. Əgər bu olmasa, və Rus-Türk qarşıdurmasını sakitləşdirmək üçün bir addım atılmazsa vəziyyət daha da gərginləşəcək. Bu, bizi o bölgədə daha təhlükəli müharibəyə apara bilər".
Ərdoğanın sarayı rusların hədəfində
P.Felqenqauerin fikrincə, o bölgədə (Türkiyənin cənubunda) müharibənin başlaması Rusiya üçün problemlidir, çünki orada Türkiyə Rusiyaya görə daha güclüdür. Həm quru, həm dəniz və havada Türkiyə üstün mövqedədir. Bu isə o deməkdir ki, Rusiya bu qarşıdurmadan təhqir dolu məğlubiyyətlər ala bilər. Bu da qarşıdurmanın miqyasını daha da artıra və şimala, Qara dənizə çata bilər. Ruslar uzunmənzilli qanadlı raketlərdən stifadə edə və fərqli hədəfləri vura bilərlər. Məsələn, Ərdoğanın Ankaradakı böyük sarayını...".
Türkiyəyə nüvə hücumu
P.Felqenqauerin fikrincə, Putinin bir NATO ölkəsi ilə qarşıdurma planları Rusiyanı zəiflədə bilər. Bu vəziyyətdə isə bu problemi (Rusiyanın zəifliyi) həll etmək üçün ruslar nüvə silahına əl ata bilər. Məhdud və taktiki nüvə hücumu uzun mənzilli qanadlı raket başlıqları ilə edilə bilər. Putin də bir müddət əvvəl bu raketlərə lazım olsa nüvə başlığı taxıla biləcəyini qeyd etmişdi: "Biz hazırda 1973-ci il Orta Şərq böhranından daha təhlükəli bir vəziyyətdə ola bilərik. Hələlik Moskva ilə Ankaranın arasını düzəltmək üçün heç bir ciddi addım atılmır. Məkik diplomatiyası lazımdır paytaxtlar arasında..."
Türkiyə müdaxiləsi...
Analitikin fikrincə, Lazkiyenin şimalında türkmənlərin oradan çıxarılmasının qarşısını almaq üçün yerli atəşkəs lazımdır. Etnik təmizləmə iddiaları yalnız Ərdoğan üçün əhəmiyyətli deyil, Türkiyə ordusu üçün də həssas bir vəziyyət yarada bilər. Kipr kimi... Suriyaya qoşun yeritməyi düşünə bilərlər.
Rusiya hərbi bazasının mühafizəsi
Rusiya üçün də şimal Lazkiye çox əhəmiyyətlidir və oranı təmizləmək onlar üçün vacibdir. Rusiya hərbi bazasına çox yaxın məsafədə suriyalı silahlı üsyançılar var və bunlar bazanı ələ keçirmək üçün əməliyyata başlaya bilərlər. Rusiya bazası çox da strateji əhəmiyyətə malik olmayan və bu cür hücumlara qarşı müdafiəsiz bir mövqedədir.
Obamanın İŞİD strategiyası