Bazar ertəsi günü, 23 noyabr 2026
     

Kris Smitin dostlarına xatırlatma

Image


Nyu-Cersi ştatının təmsilçisi Kris Smitin ABŞ Helsinki Komissiyası adından Konqressə təqdim etdiyi "Azərbaycanda Demokratiya Aktı" qanun layihəsinə münasibət birmənalı deyil. Azərbaycanın bu layihəyə adekvat cavab verməsini təklif edənlərlə yanaşı, təmkinli davranmağın, məsələni diqqətlə araşdırmağın tərəfdarı olanlar da var. Hər iki qütbün əsaslandığı ciddi arqumentlər mövcuddur.

ABŞ tərəfi zahirən elə görünür ki, Azərbaycanda və ümumilikdə dünyada demokratiyanın möhkəmlənməsinin tərəfdarıdır. Amma uzun illərin təcrübəsi göstərir ki, ABŞ tərəfindən sərgilənən münasibət demokratiya quruculuğuna dəstək yox, əks effektlidir. Məsələn, qanunun aliliyinin təmin edilməsi demokratiyanın ilk şərtlərindən biridir. ABŞ tərəfindən Azərbaycana qarşı göstərilən təzyiqin mahiyyəti isə budur ki, qanunu pozduqları üçün məhkəmə tərəfindən barələrində hüquqi ölçü götürülmüş şəxslər sərbəst buraxılsınlar. ABŞ-ın münasibətində müşahidə edilən təzadlar bununla bitmir. Əgər istək ABŞ-ın əlaltısı olan şəxslərin toxunulmazlıq statusunu təmin etmək, onları "siyasi məhbus" adlandırıb həbsdən qurtarmalarına nail olmaqdırsa, bu, onsuz da baş verir. Səhhətlərindəki narahatlıq, yaxud hansısa digər səbəb əsas götürülməklə, həmin şəxslər hissə-hissə həbsdən buraxılırlar. Məntiqlə, ABŞ bu prosesi təqdir etməli, Leyla və Arif Yunusların, həbsdən azad edilmiş digər şəxslərin əfvini alqışlamalıdır. Amma əksinə, bu dövlətin qanunsuz istəkləri ödənildikcə, təzyiqlər artır, ölkəmizə qarşı qarayaxmalar genişlənir. Kris Smitin bədnam layihəsi də məhz bu məqamda ortaya çıxıb.

Parlamentin spikeri Oqtay Əsədov elan edib ki, Helsinki Komissiyasının antiazərbaycan təşəbbüsü böyük əfv fərmanının imzalanmasına hazırlıq dönəminə təsadüf edir. Digər tərəfdən, Antalya şəhərində keçirilən "Böyük İyirmiliy"in toplantısı çərçivəsində Azərbaycan prezidentinin Barak Obama ilə təmaslarından sonra, bütün qəbahətlərinə rəğmən, ABŞ-a münasibətdə xeyli loyal davranıldığı, münasibətlərin tənzimlənməsinə cəhd göstərildiyi aşkar görünməkdədir. Münasibətlərin tənzimlənmə istiqaməti aldığı dönəmdə ABŞ-da antiazərbaycan ovqatın körüklənməsi anlaşılmaz görünür. Sadalanan faktlara istinad edən ekspertlərin iddiası budur ki, ABŞ-a Azərbaycanda demokratiyanın möhkəmlənməsi yox, təzyiq üçün bəhanələr lazımdır). Məhkumların azad edilməsi, siyasi dustaq olduqları iddia edilən şəxslərin azadlığa çıxması antiazərbaycan şəbəkənin əlindəki əsas bəhanələrdən birinin əldən çıxması deməkdir. Onlar üçün "sevdikləri" şəxslərin həbsdə olması daha yaxşıdır ki, bunu əsas gətirib Azərbaycana daima təzyiq göstərə bilsinlər. Beləliklə, bu düşüncə tərəfdarları ABŞ-a qarşı sərt reaksiya verilməsini, adekvat addımlar atılmasını təklif edirlər.

Təmkinli davranmağın, baş verənləri təhlil edib qiymətləndirməyin, yalnız əsaslı təhlildən sonra cavab reaksiyası göstərməyin tərəfdarı olanlar da ciddi arqumentlərə malikdirlər.

Berndə Azərbaycan prezidentinin Ermənistan prezidenti ilə görüşü keçirilir. Görüşün məqsədi Qarabağ probleminin tənzimlənməsi üçün tərəfləri güzəştə sövq etməkdir. Görüşün keçirildiyi dönəmdə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş əməliyyatları bərpa edilib. ABŞ-da, Avropada antiazərbaycan ritorikası güclənib. Rusiyanın Ermənistanı yeni silahlarla təmin etdiyini, Azərbaycana qarşı kökləndiyini ehtiva edən informasiyalar çoxalıb. Heç şübhəsiz, müxtəlif qütblərdə baş verən və fərqli prizmalardan yanaşılan bu hadisələri bir nöqtədə birləşdirən səbəb var. ABŞ-da, Avropada, Rusiyada eyni prosesi eyni vaxtda kim başlada bilər? Müxtəlif maraqlara köklənmiş bu mərkəzləri bir nöqtə ətrafında kim birləşdirə bilər? Doğrudanmı ABŞ-ı, Avropanı, Rusiyanı eyni vaxtda bir nöqtə ətrafına birləşdirmək gücündə olan bir qüvvə var? Təbii ki, günümüzün şərtləri daxilində bu, imkansız görünür. Amma sual yaranır, baş verənlərin səbəbi nədir? Müxtəlif ölkələrdə eyni anda başlanan antiazərbaycan kampaniyanın səbəblərini araşdıran ekspertlərdən bir qrupu iddia edir ki, ortadakı birləşdirici bağ erməni lobbisidir. Ənənəvi olaraq Azərbaycan prezidentinin Ermənistan prezidenti ilə görüşü vaxtına təsadüf edən bu cür təzyiqlər Azərbaycan rəhbərini Qarabağ məsələsində güzəştə məcbur etmək məqsədi daşıyır. Bu dönəmlərdə aktivləşən erməni lobbisi "bütün dünyanı Azərbaycan üzərinə qaldıra" bilir. Amma erməni lobbisi ABŞ, Rusiya və Avropanı eyni anda bir nöqtə ətrafında birləşdirmək gücündədirmi? Ekspertlər bildirirlər ki, bu, zahirən belədir. Əslində Azərbaycan üzərinə gələn ABŞ, Rusiya, Avropa yox, bu ölkələrdəki erməni diasporu və onların ələ aldıqları lobbi qruplarıdırlar. Bu qruplar bərkdən səs-küy salmaqla, öz hərəkətlərini bu dövlətlərin ümumi mövqeyi kimi nümayiş etdirə bilirlər. Təsadüfi deyil ki, Azərbaycan rəsmiləri Kris Smitin layihəsinin şəxsi təşəbbüs, yoxsa ABŞ dövlətinin siyasətinin göstəricisi olduğunu aydınlaşdırmağa zərurət yarandığını ifadə ediblər. Həmçinin, yalnız bu aydınlaşmanın aparılmasından sonra, ABŞ-a cavab reaksiyası göstərməyi təklif edirlər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirir ki, Smitin layihəsinin Konqresdə qəbul edilmək ehtimalı sıfra bərabərdir. Sadəcə o, ABŞ-dakı erməni lobbisinin aparıcı simalarından biri kimi, ABŞ-Azərbaycan münasibətlərinin korlanması, Azərbaycanın imicinin ləkələnməsi üçün növbəti addımını atıb.

Smitin hərəkətinə fərqli yanaşma mövcud olsa da, bu fərqlilikdə ortaq bir xətt mövcuddur: tərəflərdən hər biri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, ABŞ-dan sərgilənən münasibətin qeyri-adekvat olduğunu vurğulayırlar.

Amma ümumi ahənglə uzlaşmayan, Azərbaycanı haqsız çıxarmağa cəhd edənlər də yox deyil. Smitin təşəbbüsünə görə Azərbaycan hakimiyyətinin məsuliyyət daşıdığını qeyd edənlər bir faktın üzərindən sükutla keçirlər. ABŞ Azərbaycana qarşı ən sərt, anlaşılmaz münasibəti 1992-ci ildə, Azərbaycanın müstəqilliyinin ilk ilində göstərib. Sovet rejimindən xilas olaraq öz müstəqilliklərinə qovuşmuş xalqlara, respublikalara yardım üçün ABŞ Konqresi "Azadlığı müdafiə aktı" qəbul edib. Həmin akt çərçivəsində yeni elan edilmiş respublikalara həm siyasi, həm də maddi yardım göstərilib. Bu sırada təkcə Azərbaycan kənar tutulub. 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığı müdafiə aktı"na həmin ilin dekabr ayında "907-ci düzəliş" əlavə edilib. Bu düzəlişə əsasən, sovet zülmündən xilas olmuş respublikalardan yalnız birinə - Azərbaycana yardım göstərilməsinə qadağa qoyulub. Səbəb kimi isə Azərbaycanın Ermənistanı və Qarabağı blokadaya alması göstərilib! Maraqlıdır ki, 907-ci düzəliş kimi ədalətsiz bir akt qəbul ediləndə Azərbaycanda hakimiyyət başında məhz indi Smiti dəstəkləyənlər olublar.

Müşfiq Ələsgərli



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ