Almaniya İŞİD-ə qarşı Dəməşqdə ortaq kəşfiyyat ofisi yaradaraq Suriyadakı müharibənin başladığı 2011-ci ildə bu yana Suriya lideri Bəşər Əsədlə əməkdaşlıq edən ilk Qərb ölkə olmağa hazırlaşır.
Baki-xeber.com xəbər verir ki, "Bild” qəzeti adı açıqlanmayan mənbəyə istinadən yazır ki, Avropada terror təhdidinə qarşı tədbirləri artıran Almaniya İŞİD-lə mübarizə məqsədilə Suriyanın paytaxtı Dəməşqdə Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) ofisini açmağı planlaşdırır. Məlumata görə, bununla bağlı Əsəd hökumətilə danışıqlar aparılır.
Dəməşqə gedən agentlərin keçmiş Alman səfirliyinin binasından istifadə etmək niyyətində olduqlarını yazan qəzet, Almaniya kansleri Angela Merkelin il sonuna qədər bununla bağlı qərar verəcəyini bildirib.
Mənbə Suriya kəşfiyyat təşkilatı ilə əlaqənin 2016-cə ilin əvvələrində yenidən bərpa edilə biləcəyini və hətta 2012-ci ilin fevralında bağlanan Dəməşqdəki Almaniya səfirliyinin yenidən açıla biləcəyini deyib. BND əməkdaşlarının müəyyən planlar daxilində müntəzəm olaraq Suriyanı ziyarət edib buradakı həmkarları ilə görüşdüyü bildirilir.
Qəzet yazır ki, Almaniya kəşfiyyatı, Berlinin Əsədin əleyhinə olmasına baxmayaraq, artıq Dəməşq rejiminin gizli xidməti ilə İŞİD-ə qarşı informasiya mübadiləsi apamağa başlayıb.
Almaniyanın Əsədlə əlaqə yaratmasının səbəblərindən biri ola biləcək hər hansı bir qəzada pilotlar Suriyaya düşəcəyi halda Suriya ilə əlaqəli işləmək olduğu bildirilir.
İŞİD-ə qarşı hücumlara birbaşa qatılmayan Almaniya, Federal Məclisin iki həftə əvvəl çıxardığı qərarla ABŞ liderliyindəki koalisiya təyyarələrinin yanacaqla təmin edilməsi və kəşf uçuşları həyata keçirilməsi məqsədi ilə bölgəyə təyyarələrini göndərib. Müdafiə Nazirliyi bu əməliyyatlar zamanı Əsəd rejimi ilə əməkdaşlıq edilmədiyini də bildirib.
BND və Merkelin ofisindən isə mövzu ilə əlaqədar açıqlama verməkdən imtina ediblər.
Onu da qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 2012-ci ildə Berlindəki Suriya səfirinin ölkədən qovulması ilə dayandırılıb.