Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Azərbaycanın geosiyasəti"
Tarix: 19.12.2015 / 01:39
Bölmə: Siyasət
Xəzərətrafı bölgədə yeni üç dövlətin yaranması NATO, ABŞ və Aİ-in Şərqə doğru addımını genişləndirməyə səbəb oldu, bu əraziyə "giriş-çıxışı" bir qədər asanlaşdırdı. Beynəlxalq güclərin daima hədəfində olan İranla Rusiya daha tez dil tapa bilirdi. İndi isə dünyəvi inkişaf xətti götürən, Avropaya doğru (Qazaxıstan və Azərbaycan) inteqrasiya səmti alan daha bir neçə dövlətlə razılığa (ola bilər ki, razılığa gəlməsinlər də) gəlmək ucbatından, ya xoşla, ya zorla, danışıqlar aparmaq çətinlik yaratdığından davakar əhval-ruhiyyəsi boşuna deyildi.
Odur ki, mütəxəssislərin fikirlərinə görə, Rusiya dövlətinin Xəzərin statusuna münasibətdə 3 mərhələni qeyd edirlər:
Birinci mərhələ 1992-1995-ci illəri əhatə edir. Bu mərhələ əsasən "Rusiyanın öz geosiyasi maraqlarını xarici ölkənin ərazisində" axtarması kimi xarakterizə edirlər. Hətta bu dövrdə Rusiyanın aqressivliyi regionda lokal münaqişənin yaranmasına səbəb olacaqdı. Nəzərə alaq ki, məhz bu mərhələdə yeni yaranmış hər üç dövlətin (Qazaxıstan, Türkmənistan və Azərbaycan. Sonuncu 1991-ci ildə qəbul etdiyi qərara əsasən özünü 1918-20-i illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmişdi.) beynəlxalq səviyyədə transmilli layihələrə qoşulmaq dövrü idi. Məsələn, əsrin ən böyük layihəsi hesab edilən Bakı-Ceyhan 20 sentyabr 1994-cü ildə Bakıda, Gülüstan sarayında imzalanmışdı.
Rusiya isə belə transmilli layihələri əngəlləmək üçün ortalığa, faktiki olaraq süni manelər yaradan tələblər irəli sürürdü. O milli sektorları bəlli olan sahilyanı ölkələri "Status oyunlarına" qataraq iddia edirdi ki, onun iradəsindən xaricində həyata keçirilən layihə qanunsuz elan olunacaq. İddia ilə yanaşı, hətta bəzi dairələr tərəfindən iddia olunurdu ki, Xəzərdə gerçəkləşəcək iqtisadi layihələr Moskva və Tehranla razılaşdırılmalıdır. Bəlkə bu iddiaya "geosiyasi absurd" adını da qoymaq olardı. Əgər bu iddia gerçəkləşsəydi, Xəzərdə hər üç dövlətin fəaliyyətinin sıfıra düşməsi şübhəsiz olardı. Amma bu mərhələ elə mərhələ olaraq qaldı. Bu dövrdə Azərbaycan dövlətinin də mövqeyi diqqətəlayiq hal kimi qiymətləndirilir. Müəllif yazır ki, tədqiqatçılar bu mərhələdə Azərbaycanın Xəzərdəki fəaliyyəti ilə bağlı Rusiya XİN-nin BMT-yə nota göndərməsini, onu beynəlxalq hüquq normalarını pozmaqda günahlandırmasını, Xəzərdə həyata keçirilən layihələri tanımayacağı haqqında bəyanatlar səsləndirməsini və s. heç bir beynəlxalq gücə malik olmadığını, əsasən xarici tərəfdaşları Azərbaycanla birgə fəaliyyətdən çəkindirmək məqsədi güddüyünü qeyd edirdilər.
O dövr Azərbaycan üçün çox ağır mərhələ idi. Rusiya təkcə nota verməklə kifayətlənmir, həm də daxildən beynəlxalq şirkətləri transmilli layihələrdən çəkindirmək üçün qarşıdurma yaratmağa səy göstərirdi. Eyni zamanda stabilliyi olmayan ölkə imici yaratmaq üçün Dağlıq Qarabağ ətrafında onun (bəzən də İranın siyasi və iqtisadi köməyi nəticəsində) hərbi dəstəyi ilə rayonlar işğal edildi. Surət Hüseynov dövlət çevrilişi etdi, etnik separatizm baş qaldırdı. Ən məşhur elm və siyasi xadimlərimiz qapılarının ağzında güllələndilər. Cavadovlar qardaşları çevriliş etmək həvəsində oldular. İqtisadiyyat zəiflənmiş hala gətirildi. Dövlətin 20% torpaqları işğal olundu. Ölkə rəhbərliyi bir milyon qaçqınla üz-üzə qaldı. Bütün bu prosesləri canlı yaşayan bu sətirlərin müəllifi kimi deyə bilərəm ki, o dövrdə mərhum prezident Heydər Əliyevin nüfuzu və titanik fəaliyyəti Azərbaycanı bir neçə yerə parçalamaqdan xilas etdi və sonda bu mərhələni qarşısına qoyduğu vəzifələri həyata keçirməklə başa vurdu.
Birinci mərhələdən fərqli olaraq, ikinci mərhələni (1995-1997) "yumşaq" mərhələ də adlandırmaq olar. Əli Həsənov bu mərhələni "paraqmatik yanaşma" dövrü kimi xarakterizə edir. O yazır: "Bu mərhələdə Rusiya Xəzərin statusu ilə bağlı diplomatik hücum və hərbi güc çağırışlarından imtina edir, siyasi və iqtisadi yollarla hadisələrin gedişinə təsir göstərməyə çalışır. İkinci mərhələni həm də şərti olaraq rus politoloqları "ilkin kompromis" dövrü adlandırırlar. Bu mərhələdə sahilyanı ölkələrlə ziddiyyətlərin getdikcə artdığını anlayan Moskva 1996-cı ildə öz barışmaz mövqeyindən tədricən əl çəkərək yeni "barışdırıcı" ideyalarla çıxış etməyə başlayır. Həmin ildə Rusiya hökuməti bu ölkənin Xarici İşlər Nazirliyindəki bəzi dairələrdən fərqli olaraq sektor məsələsində Azərbaycanın haqlı olduğunu etiraf edərək, o zamankı baş nazir V.Çernomirdinin dili ilə Xəzərdə həyata keçirilən enerji layihələrinin qanuni olduğunu bəyan edir". (Bax. s. 574)
Bax belə: Rusiya artıq geri çəkilsə də, bunu tam geri çəkilmək kimi qələmə vermək olmaz. Əslində nə baş verirdi? Bu dövrdə Rusiya dairələrində iki əsas fikir mövcud idi. Birinci fikrin tərəfdarları Xəzərətrafı dövlətlərə təzyiq və təhdid etmək gücü ilə istənilən ideyanı hər üç dövlətlə "məsələni razılaşdırmaq" prinsipinə üstünlük verirdilər. Təzyiq və təhdid deyəndə bura siyasi, iqtisadi şantaj, hərbi güc tətbiq etmək, ölkələr daxilində qarşıdurmalar yaratmaq, onları xaosa sürükləmək, əhali arasında belə bir rəy "Rusiya olmasa hər şey dağılıb gedəcək, vətəndaş müharibəsi hər evdən keçəcək" fikri yaradılacaq və s. ibarətdir.
İkinci fikir tərəfdarları isə belə fikir irəli sürürdülər ki, təzyiq, şantaj, hərbi gücü istisna etmək, hər üç dövlətlə bərabər səviyyədə, qarşılıqlı-faydalı maraqları nəzərə almaqla iqtisadi əməkdaşlığa üstünlük vermək. Bu fikrin tərəfdarları belə hesab edirlər ki, Rusiyanın zəngin iqtisadi və maliyyə üstünlüyü son nəticədə hər üç dövləti özünün asılılığına gətirib çıxardacaq. Bu mərhələdə idrak qalib gəldi və rəsmi Moskva dairələrində ikinci fikrin tərəfdarları üstünlük qazandılar. İnsafən demək və qeyd etmək lazımdır ki, bu mərhələdə də Heyrdər Əliyevin danılmaz rolunu xüsusilə vurğulamaq gərəkdir.
Əslində, Rusiyanın ikinci yolu seçməsi beynəlxalq aləmdə aparılan geosiyasi, geoiqtisadi maraqların yeni qaydaları ilə razılaşması anlamına da gələ bilər. Belə ki, Azərbaycanın regionda nüfuzunun artması, onun bu məkanda regional oyunçuya çevirilməsi, dövlətimizin müxtəlif beynəlxalq qurumlarla əməkdaşlığı və tədricən Avropaya inteqrasiya olunması Rusiyanı birinci mərhələdəki mövqeyindən çəkindərməyə məcbur etdi.
"Toxum tarlaya səpilmişdi və onun göyərməsini və bəhrəsini gözləmək lazım idi".
1998-ci ildən başlayan üçüncü mərhələ özünü nəticələrlə çox gözlətmir. Mütəxəssislər bu dövrü "konstruktiv yanaşma" adlandırırlar. Bu dövrdə Rusiya faktiki olaraq Azərbaycan tərəfinin reallaşdırdığı layihələri rəsmi şəkildə tanıyır və pay almaq üçün qarşılıqlı-faydalı əməkdaşlığa üstünlük verir.
1998-ci ilin yanvarında Rusiya ilə Qazaxıstan prezidentlərinin Xəzərin statusu ilə bağlı qəbul etdikləri "Birgə Bəyanat" iki ölkənin orta xətt üzrə Xəzərin dibinin sektorlara bölünməsinə dair razılığa gəlindikdən sonra, Rusiya ilə Azərbaycan arasında danışıqlar başlayır. Nəticə olaraq, Rusiya prezidenti V.Putinin 8-9 yanvar 2001-ci ildə Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti Heydər Əliyevlə "Xəzər dənizində birgə fəaliyyət" haqqında bəyanat imzalandı. Xəzərin statusunda son anlaşma və razılığa gəlinmə 2003-cü il 14 may Astana şəhərində baş tutdu. Azərbaycan, Rusiya, Qazaxıstan arasında, Türkmənistan və İranın mövqeyindən fərqli olaraq "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalandı.
(Ardı var)
Yunus Oğuz
DİGƏR XƏBƏRLƏR
Tarix: 22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
Tarix: 22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
Tarix: 22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
Tarix: 22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
Tarix: 22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
Tarix: 22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
Tarix: 22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
Tarix: 22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
Tarix: 22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
Tarix: 22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
Tarix: 22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
Tarix: 21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ